SON XƏBƏRLƏR

İranın yalanı üzə çıxdı

2021.10.20, 07:36
İranın yalanı üzə çıxdı

Gunaz.tv

GünAz TV: İran hakimiyyətinin yalanının üstü açılıb. Rəsmi Tehranın Suriyaya 2 hərbi gəmi göndərməsi ilə bağlı yaydığı xəbəri ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Müdafiə Nazirliyi təkzib edib.

Pentaqonun məlumatına görə həqiqətən İran limanlarından (bəndərlərindən) iki hərbi gəmi Suriyaya doğru hərəkət etməyə başlayıb. Amma bu gəmilər sonradan Süveyş (suez) kanalından yenidən körfəzə qayıdıblar. Pentaqon bu gəmilərin Suriya limanlarına girdiyi və oradan hər hansı bir yük boşaldıldığı barədə xəbərə malik deyil.

Qeyd edək ki, bir neçə gün öncə İranın dövlət televiziyası Suriya dəniz qüvvələrinə təlim keçmək məqsədi ilə bu ölkəyə gəmi göndərilməsi haqqda xəbər yaymışdı. İranın müdafiə nazir Əhməd Vahidi isə bunu «İranın dəniz gücünün göstəricisi » adlandırmışdı. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar