SON XƏBƏRLƏR

İran klubundan irqçi və utandırıcı addım

2021.10.20, 07:36
İran klubundan irqçi və utandırıcı addım

Gunaz.tv

GünAz TV: Hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən İranın "Sepahan" klubu (başqah) şok qərarla diqqət mərkəzinə düşüb.

Təlim-məşq toplanışı çərçivəsində Serbiyanın "Partizan" klubu ilə yoldaşlıq görüşü keçirməli olan "Sepahan" takımı (tim) rəqibin baş məşqçisinin (mürəbbi)  israilli olması səbəbindən oyunu təxirə salıb. Bu barədə “Qol.Az” məlumat yayıb.

Serbiya təmsilçisinin dünyaca ünlü baş məşqçisi Avraam Qrant bu yaşananlardan çox üzgün olduğunu bildirib: "İdmanı heç vaxt siyasətlə qarışdırmadım. İngiltərədə onlarca müsəlmanla çalışmışam. Hətta bir çoxu ilə dostluq münasibətlərim də var. İran klubunun bu addımı isə utancvericidir".

Qeyd edək ki, İngiltərənin "Vest Hem" və "Çelsi" kimi klublarında işləyən Qrant təxminən bir aya yaxındır ki, "Partizan"ı çalışdırır. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar