SON XƏBƏRLƏR

Tehranla nüvə müşahidəçiləri arasındakı danışıqlar iflasa uğradı

2021.10.20, 07:36
Tehranla nüvə müşahidəçiləri arasındakı danışıqlar iflasa uğradı

Gunaz.tv

GünAz TV: BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) nüvə müşahidəçiləri bu gün İranla iki gündür davam edən danışıqlıqlarda İranı razılığa gətirə bilmədiklərini deyiblər.

 

İran İslam Cümhuriyyəti BMT nümayəndəsinin əsas hərbi obyektə (təsiasat) baş çəkmək təklifini rədd edib. Bu barədə “Reuters” məlumat yayıb.

 

Bu ay İrana etdikləri ikinci səfərdə Beynəlxalq Atom Enerjisi Agentliyi Tehrana səfər edib və İran rəsmiləri ilə nüvə proqramı haqqında danışıqlıqlar aparıb.

 

Hər iki səfər ərzində agentliyin üzvləri Parçində yerləşən hərbi obyektə baş çəkmək istəyib və hər iki dəfə İran buna icazə verməyib.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar