SON XƏBƏRLƏR

İran növbəti dəfə Azərbaycana nota verib

2021.10.20, 07:36
İran növbəti dəfə Azərbaycana nota verib

Gunaz.tv

GünAz TV: İranın Azərbaycandakı səfirliyinin rəsmi Bakıya təqdim etdiyi notada iranlı jurnalistlərin saxlanması faktının (gərçək) beynəlxalq normalara zidd olduğu bildirilir, onların dərhal azadlığa buraxılması tələb edilir.

Bu barədə APA “Fars” agentliyinə istinadən xəbər yayıb.

İran kütləvi informasiya vasitələri “FARS” informasiya agentliyinin və İran televiziyasının “Səhər” kanalının jurnalistlərinin Bakıda həbs olunması barədə məlumat yayıb. Saxlanan şəxslərdən Anar Bayramlının “Səhər” kanalının müxbiri, Ramil Dadaşovun isə “Səhər” kanalının sürücüsü olduğu bildirilir.

 Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə İran televiziyasının Anar Bayramlı adında əməkdaşının Xarici İşlər Nazirliyində akkreditasiya (təsdiqlənmək) olunmadığını bildirib.

A. Bayramlı Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə, saxlanılarkən onun üzərindən narkotik (müxəddir maddələr) vasitə götürülüb. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar