SON XƏBƏRLƏR

Səkinə Məhəmmədinin vəkili 6 il azadlıqdan məhrum edilib

2021.10.20, 07:36
Səkinə Məhəmmədinin vəkili 6 il azadlıqdan məhrum edilib

Gunaz.tv

GünAz TV: İranda zinada günahlandırılaraq daşqalaq olunmaqla edama məhkum edilmiş Səkinə Məhəmmədi Aştiyaninin vəkili Hutən Kiyan 6 il azadlıqdan məhrum edilib.

Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsi ona 1 il, Təbriz şəhər Məhkəməsi isə 5 il həbs cəzası verib. Şərqi Azərbaycan vilayətinin (ostan) Apellyasiya Məhkəməsinin (dadqah-i təcdide nəzər) 40-cı şöbəsi hər iki qərarı qüvvədə saxlayıb. Bu barədə APA məlumat yayıb.

 Qeyd edək ki, Hutən Kiyan 2010-cu il oktyabrın (October) 10-da Səkinə Məhəmmədi Aştiyaninin oğlu Səccad Qadirzadə və onlardan müsahibə almaq istəyən iki alman jurnalistlə birlikdə İranın İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən ofisində həbs olunub. Əvvəlcə ETTELAAT-ın təcridxanasında saxlanılan vəkilin sonradan Tehranın Evin həbsxanasının 209-cu bölməsində köçürülərək işgəncələrə məruz qaldığı bildirilir. Hazırda Hutən Kiyan Təbriz mərkəzi həbsxanasının narkomanlar (motadlar) bölməsində saxlanılır və ailəsi ilə əlaqə saxlamasına qadağa qoyulub. Hətta ona digər məhbuslarla da ünsiyyətdə olmaq yasaqlanıb. Hutən Kiyanın vəkil tutmasına da icazə verilməyib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar