SON XƏBƏRLƏR

Heqset: ABŞ müdafiə-sənaye bazasını hərbi vəziyyətə keçirmək niyyətindədir

2026.04.29, 19:25
Heqset: ABŞ müdafiə-sənaye bazasını hərbi vəziyyətə keçirmək niyyətindədir

ABŞ müdafiə-sənaye bazasını "hərbi vəziyyətə" keçirməyi planlaşdırır.

Gunaz.tv

Bu barədə Pentaqon rəhbəri Pit Heqset Konqresdə bildirib.

O, ABŞ Prezidenti Donald Trampın İranın nüvə silahına malik olmasının yolverilməzliyi barədə mövqeyini təsdiq edərək qeyd edib ki, ABŞ tərəfi Tehranla razılıq əldə etmək üçün dünyanın ən yaxşı müzakirəçilərini cəlb edib.

Heqset 2027-ci maliyyə ili üçün 1,5 trilyon dollar məbləğində müdafiə büdcəsinə dair Ağ Evin sorğusunu dəstəkləyərək bildirib ki, bu, vəziyyətin təxirəsalınmazlığını əks etdirir. Onun sözlərinə görə, Tramp ABŞ-nin hərbi-sənaye bazasını hərbi vəziyyətə keçirmək niyyətindədir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar