SON XƏBƏRLƏR

İsrail: İranı yenidən hədəfə alacağıq

2026.04.30, 21:50
İsrail: İranı yenidən hədəfə alacağıq

Gunaz.tv

Gunaz TV xəbər verir ki; İsrailin müdafiə naziri ölkəsinin yaxın vaxtlarda yenidən hərbi əməliyyatlara başlaya biləcəyini bildirib və məqsədin İranın “yenidən İsrail üçün təhdidə çevrilməməsi” olduğunu deyib.

Yisrael Katsın ofisinin bəyanatına əsasən, o hərbi mərasimdə bildirib: “ABŞ prezidenti Donald Tramp, İsrailin baş naziri (Benyamin) Netanyahu ilə koordinasiyada bu kampaniyanın məqsədlərinə çatmaq üçün səylərə rəhbərlik edir ki, İran gələcəkdə yenidən İsrail, ABŞ və azad dünya üçün təhdidə çevrilməsin”.

O əlavə edib: “Biz bu səyləri dəstəkləyirik və lazım olan yardımı göstəririk, lakin məqsədlərin həyata keçirilməsi üçün tezliklə yenidən hərəkətə keçməyə məcbur qala bilərik”.

Bu açıqlama ABŞ ilə İran arasında atəşkəsdən sonra İsrailin İrana hava hücumlarını dayandırdığı bir vaxtda verilib. Bununla belə, İsrail ordusu Livanla atəşkəsə baxmayaraq Hizbullah hədəflərinə hücumları davam etdirir.

Yeni xəbərdarlıq bölgədə gərginliyin yenidən artması və mümkün hərbi toqquşmaların bərpası ehtimalını gücləndirir.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar