SON XƏBƏRLƏR

Dünya Ana Dili Günü ərəfəsində azərbaycanlı fəallara ağır həbs cəzası verildi

2021.10.20, 07:36
Dünya Ana Dili Günü ərəfəsində azərbaycanlı fəallara ağır həbs cəzası verildi

Gunaz.tv

GünAz TV: Azərbaycan Milli Hərəkətından vahiməyə düşən İran rejimi azərbaycanlı fəallara qarşı öz təzyiqlərini davam etdirir.

 

Dünya Ana Dili Gününə bir gün qalmış Təbrizin inqilab məhkəməsi bu şəhərin bir qrup azərbaycanlı fəalını toplam 22 aydan çox həbsə məhkum edib.

 

Məhkəmə hökmünə əsasən, Mehdi Həmidi Şəfiq, Musa Bərzin və Tağı Sələhşur 27 ay 1 gün, Mustafa Əvəzpur, Həsən Ərk, Əziz Purvəli və Vəhid Şeyxbəyli 1 il həbs və 1 il asılı (təliqi) həbs, Mahmud Fəzli, Cəmişid Zarei, Elman Nuri və Əhməd Riyazi 2 il həbsə məhkum ediliblər.

 

Murtaza Əvəzpur isə ittihamlardan bəraət qazanıb. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar