SON XƏBƏRLƏR

Texasda Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul olunub

2021.10.20, 07:36
Texasda Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul olunub

Gunaz.tv

GünAz TV: Texas ştatının Nümayəndələr Palatasının üzvü Mark Şeltonun hazırladığı Xocalı qətliamının 20-ci ildönümü ilə əlaqədar 12R448 saylı qətnamə layihəsi qəbul olunub.

   Qətnamədə bildirilir ki, 2012-ci il 26 fevral (February) tarixi dünya azərbaycanlıları üçün anım günüdür. "Qətliam barədə ABŞ-ın (Amerika Birləşmiş Ştatları) xəbər nəşrlərində və "Human Rights Watch/Helsinki" təşkilatının hesabatlarında məlumat verilib".

   ABŞ-dakı Azərbaycan diaspor təşkilatları, o cümlədən USAN bu qətnaməni alqışlayıb və bildiriblər ki, 2012-ci ilin fevralında qəbul edilmiş bu qətnamə Texas qanunvericilərinin Xocalı qətliamı ilə bağlı qəbul etdiyi ikinci sənəddir (APA).

   İlk sənəd 2011-ci il martın (March) 3-də qəbul edilmiş H.R.535 saylı qətnamədir. Bu qətnamə Texas Nümayəndələr Palatasına respublikaçı (cümhuriyyətçi) Mörfi tərəfindən təklif olunub və Palatanın spikeri (sədri) tərəfindən imzalanıb. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar