SON XƏBƏRLƏR

Rəsmi Bakı İranın notasına yazılı cavab verib

2021.10.20, 07:36
Rəsmi Bakı İranın notasına yazılı cavab verib

Gunaz.tv

GünAz TV: Azərbaycanın Xarici İşlər Nazirliyi İranın 12 fevral (February) tarixində Azərbaycanın bu ölkədəki səfirinə təqdim olunmuş notaya yazılı şəkildə cavab verib.

 

Azərbaycan XİN-in (xarici işlər nazirliyi) rəsmi nümayəndəsi Elman Abdullayevin Gün.Az-a bildirdiyinə görə, İrana cavab notasında Azərbaycanın isbat edilmiş və əsaslandırılmış mövqeyi öz əksini tapıb.

 

“İranın notasında əksini tapan informasiya əsassız, cəfəngiyat və uydurmadır. Azərbaycan öz ərazilərində heç vaxt terror fəaliyyətinə yol verməyib və bu mövqeyi biz notada İran tərəfinin diqqətinə çatdırmışıq”, - deyə E.Abdullayev bildirib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar