SON XƏBƏRLƏR

İran Azərbaycanın hava sərhədini pozub

2021.10.20, 07:36
İran Azərbaycanın hava sərhədini pozub

Gunaz.tv

GünAz TV: İran təyyarələri Azərbaycan sərhədini pozub Cümhuriyyətinin hərbi helikopteri Azərbaycan sərhədini pozub.

Bu barədə Teleqraf.az-a hadisənin şahidi olmuş Azərbaycanın Astara rayonunun sakinləri məlumat verib.

 Helikopterin sərhəd yaxınlığındakı xəstəxananın üzərində iki dəfə dövrə vurduğunu deyən şahidlərin sözlərinə görə, həmin vaxt insanlar təlaşa düşüb və qaçaqaç yaranıb. "İcra başçısı da xəstəxananın həyətində idi. O və digər məmurlar da bu hadisəni gözlərilə gördülər. Hətta icra başçısı qaçaraq xəstəxananın həyətindən uzaqlaşdı. Burada xırdavat satan bir çinli var. Onun satdığı durbini götürüb dəqiq baxdiq və gördük ki, helikopter İrana məxsusdur", deyə şahidlər bildiriblər.

Qeyd edək ki, İran helikopterinin üzərində dövrə vurduğu xəstəxana əsaslı təmir olunub və hazırda orada tamamlama işləri aparılır. Martın 1-də (March) prezident İlham Əliyev həmin xəstəxananın açılışında iştirak etməlidir. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar