SON XƏBƏRLƏR

Rusiyaya güvənməyə əsas yoxdur

2021.10.20, 07:36
Rusiyaya güvənməyə əsas yoxdur

Gunaz.tv
"Rusiyaya güvənməyə əsas yoxdur" Sabah Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedyev və Serj Sərkisyanın Moskvada görüşü gözlənilir. Dünənsə RF paytaxtında Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü olub. Son zamanlar Moskvanın Qarabağ münaqişəsinin həllində fəallaşması və ABŞ-ı danışıqlar prosesindən kənarlaşdırmaqla təkbaşına vasitəçilik etmək istəyi aşkar şəkildə sezilir. Moskva görüşündən nə gözləmək olar? Bununla bağlı "Ekspress"in əməkdaşının suallarını "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu cavablandırır. - Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçiliyinin fəallaşması nə ilə bağlıdır? - Rusiyanın vasitəçilik missiyasının fəallaşması avqust ayında Cənubi Osetiyada baş verən gərgin olaylardan sonraya təsadüf etməsi təbiidir. Gürcüstandakı diplomatik uğursuzluqdan sonra Rusiya başa düşdü ki, onun Tiflis ilə hər hansı münasibətləri perspektivsizdir, digər tərəfdənsə, Rusiya üçün çox önəmli olan Ermənistan blokada vəziyyətinə düşümüşdü. Həmçinin beynəlxalq təşkilatların regionda fəallaşması da Rusiyanı məcbur edir ki, aktiv şəkildə bu prosesə qoşulsun. Moskvanın bu məsələdə öz maraqları var və prosesə bu prizmadan yanaşır. Əslində, bir sıra detalları nəzərə almasaq Rusiyanın təklifləri Qərbin, Türkiyənin təkliflərindən fərqlənmir. Plana görə, Ermənistan Aşağı Qarabağdan qoşunlarını çıxarır, Azərbaycanla kommunikasiya əlaqələri yaranır, Dağlıq Qarabağdan da öz hərbi birləşmələrini geri çəkir və bölgəyə Rusiya sülhməramlılıprı yerləşdirilir. Hesab edirəm ki, bu, münaqişənin həlli variantı deyil. - Moskva görüşündən hansısa nəticə gözləyirsinizmi? - Real gözləntim yoxdur. Rusiyanın təklifləri Azərbaycan üçün məqbul sayıla bilməz. Ən azından ona görə ki, həmin təkliflərindən biri refendum və Rusiyanın sülhməramlılarının yerləşdirilməsi ilə bağlıdır. İndiki mərhələdə Azərbaycan bunu qəbul edə bilməz. Əgər qəbul edilməyəcəksə, burada nizamlama prosesindən danışmaq olmaz. - Rusiyanın Azərbaycanın maraqları baxımından münaqişənin həll variantını irəli sürməsi realdırmı? - Gürücüstanla münaqişdən sonra Rusiya regionda mövqelərini itirib. Onun müttəfiqi Ermənistan coğrafi baxımdan Rusiyadan təcrid olunub və Qərbə meylini biruzə verməyə başlayıb. Rusiyanın Dağlıq Qarabağda sülhməramlı yerləşdirməsi münaqişənin həlli deyil. Bundan sonra Rusiya Dağlıq Qarabağ faktorundan bir təzyiq vasitəsi kimi Həm Azərbaycana, həm də Ermənistna qarşı istifadə edəcək. Bu isə münaqişənin dərin bir dalana düşməsidir. -Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Qarabağın statusunun razılaşdırılması üçün "bir addım" qaldığını bildirir... - Bu bəyanatlar təbliğat xarakteri daşıyır və bir çox hallarda daxili auditoriyaya hesablanır. Belə bəyanatlara ciddi yanaşmaq olmaz. Ymumiyyətləsə, Nalbandyan belə şey deyə bilməz. Çünki Azərbaycan və Ermənistan rəhbərləri arasında münaqişənin çözülməsi ilə bağlı ikitərəfli danışıqlar olmayıb. Nalbandyan bunu nəyin əsasında deyir? - Nalbandyan "bir addım"ın referendum olduğuna eyham vurub... - Azərbaycanın referendum məsələsinə ciddi yanaşması mümkünsüzdür. Birincisi, Azərbaycanda heç bir hakimiyyət ərazi bütövlüyü məsələsini müzakirəyə, xüsusilə də bir qrup əhalinin müzakirəsinə çıxarmaz. Bu tarix, məsuliyyət məsələsidir. İkincisi isə, qanunvericiliyimiz buna əsas vermir. - ATƏT-in Minsk qrupunun yeni vasitəçilik formatı ilə əvəzlənməsi ehtimalı nə dərəcədə realdır? - Bu cür təkliflər Rusiya tərfindən irəli sürülür. Moskva hətta konfranslar təşkil edərək Qərb dövlətlərini bu proseslərdən təcrid etməyə çalışır. Moskva həmçinin İranı və Türkiyəni bu məsələlərə cəlb etməyə çalışır. Güman etmirəm ki, bu mümkündür. Çünki bu gün Cənubi Qafqaz regionunda toqquşan maraqlardan biri tərəfində də Qərbdir. Qərb dövlətlərinin təmsilçiliyi olmayan nizamlama prosesindən uğurlar gözləmək sadəlövlük olardı. Minsk qrupunun bu günkü həmsədrlik formatı hələlik optimal variantdır. Təbii ki, proses irəli getmədiyinə görə, uğursuzluğu Minsk qrupunu ayağına yazmaq olar. Eyni zamanda, 15 il ərzində müharibə yenidən alovlanmayıbsa, bunu da Minsk qrupun aktivinə yazmaq olar. Bu formatın tezliklə yenisi ilə əvəz olunacağını gözləmirəm. - Türkiyənin irəli sürdüyü Qafqazda Təhlükəsizlik və Sabitlik Platforması təşəbbüsü gerçəkləşə bilərmi? - Hələlik müzakirələr gedir. Təşəbbüsün uğurlu olub-olmamasını zaman göstərəcək. Türkiyənin təşəbbüsünün reallaşması üçün region ölkələrinin və Amerikanın mövqelərini üst-üstə düşməlidir. -Türkiyə rəsmiləri Ermənistanla münasibətlərin yaxşılaşmasının Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərəcəyini iddia edirlər. Ankara Ermənistanla sərhədləri açarsı, bu, münaqişənin həllinə necə təsir göstərər? - Türkiyə qeyr-şərtsiz sərhədləri açarsa, bu, Ermənistanı indiki blokada vəziyyətindən çıxaracaq. Bundan sonra Ermənistan Qarabağ məsləsində öz mövqeyini qəbul etdirmək üçün daha israrlı olacaq. Əgər indiki rəhbərlik heç bir şərt irəli sürmədən sərhədləri açarsa, bu Türkiyədə ciddi təpki ilə qarşılanacaq. Ərdoğan hakimiyyəti bu riskli addımı atmağa hazır deyil. - İndiki məqamda Azərbaycanın hansı siyasət yürütməsi münaqişənin həllinə müsbət təsir göstərər? - Azərbaycan Avropa təşkilatları ilə əməkdaşlığını genişləndirməlidir. Düzdür, Rusiya Dağlıq Qarabağ münaqişəsini hamıdan tez həll edə bilər - bu, xeyrimizə də ola bilər, eləcə ziyanımıza da. Xeyrimizə həll edərsə, elə seçim etməliyik ki, Belarusun günününə düşməyək. Son iki yüz ildə Azərbaycan Rusiyaya qarşı müqavimət göstərməyib. Ancaq zaman-zaman ərazilərimizi işğal edib Ermənistan dövləti yaradıblar. Rusiyanın bu məsələdə Azərbaycanın səmimi dostu olacağına güvənməyə əsas yoxdur. Bəkir Nərimanoğlu express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar