ABŞ İran milli komandasının məsullarına viza vermədi
İranda manat bahalaşdı
Küveyt İranın hücumlarını suverenliyin pozulması kimi qiymətləndirib
“Rosneft” rəhbəri: İran müharibəsindən ən çox ABŞ neft şirkətləri faydalanır
ABŞ Küveytə 1,98 milyard dollarlıq antidron sistemlərinin satışını təsdiqləyib
İranda məişət texnikasının qiyməti yenidən artdı
Bəhreyn İranın Bəhreyn və Küveytə raket hücumlarını qınayıb
Elyar 27 günlük hüquqi mübarizədən sonra doğum haqqında şəhadətnamə ala bilib
ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçməsinə kömək edib
Azərbaycanlı vəkilə qarşı yeni ittiham irəli sürülüb
İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb
KİV: Uitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər
Tramp: İran raket arsenalının təxminən 22 faizini qoruyub saxlayıb
“Fitch”: Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ildə 93 mlrd. dollara çatacaq
İran, Rusiya və Çin nümayəndələri Qrossi ilə görüşüb
Tramp: ABŞ yaxın vaxtlarda İranla müharibəni saziş və ya sərt üsullarla başa çatdıracaq
ABŞ İranın hərbi hədəflərinə zərbələr endirib
Təbrizdə qadın məhbus edam edilib
ABŞ İranın Bəhreyn və Küveytə atdığı raketləri zərərsizləşdirib
Livan prezidenti İranın müdaxiləsinə sərt reaksiya verdi
ABŞ İranın maye qaz satış şəbəkəsinə qarşı yeni sanksiyalar tətbiq etdi
ABŞ İran milli futbol komandasının oyunçularına viza verdi
Ukrayna pilotsuzu Rumıniyada partladı; NATO narahatdır
Azərbaycan metan emissiyalarının azaldılması üçün geniş proqram həyata keçirir
Millət vəkilləri nazirin impiçmentini tələb edirlər
İran məhkəməsi daha bir etirazçı barədə ölüm hökmü çıxardı
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Baraka hücumundan sonra nüvə riskləri barədə xəbərdarlıq edib
XİN "İsrail ordusunun Azərbaycanda yerləşdirilməsinə" münasibət bildirdi
Məhəbbət şairi Müşfiqin doğum günüdür
Keçmiş baş nazir xəstəxanaya köçürülüb
Rumıniyanın Konstansa limanında PUA partlayıb
XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub
Urmiya vilayətində yerləşən Quluncu kəndinin bələdiyyəsi kəndin tarixi türkcə yer adlarını bərpa edib
Maku sakini Naci Şərifi Zindəşti ilə Maku Azad Ticarət Zonasının baş direktoru arasında baş tutan görüşü ifşa etdiyinə görə saxlanılıb
Türkiyə ordusu “İHA-230” hipersəs ballistik raketlərinin ilk partiyasını təhvil alıb
Araz Əmani Nadarli Təbriz Mərkəzi Həbsxanasına köçürülüb
ABŞ blokadasından sonra İraqın Ümm Qəsr limanı İran üçün yeni tranzit mərkəzinə çevrilib
İran parlamenti sədrinin müavini Bab əl-Məndəb boğazını bağlamaqla hədələyib
İranda xidmət idxalı rekord həddə çatıb, mal idxalı isə kəskin azalıb
İsrail müsadirə etdiyi silahları İran kürdlərinə ötürüb - Media
ABŞ blokadasından sonra İranın neft ixracı kəskin azalıb
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
ABŞ Hörmüz boğazında mina təmizləmə əməliyyatının əksər hissəsini başa çatdırıb
Yunus Oğuz artıq bizim milli-ədəbi ictimai mühitdə ciddi bir tarixçi kimi tanınır. Ümumiyyətlə, türk tarixini lap qədim dövrlərdən bəri diqqətlə öyrənmiş, araşdırmış bir tədqiqatçıdır. Üstün cəhəti isə ondan ibarətdir ki, tarixi məsələlərə yeni metod və üsullarla yanaşır. Yeni mənbələrlə işləməyin formalarını tapır, türkşünaslıqda, türkologiyada indiyə qədər tədqiqata cəlb olunmamış mənbələri tədqiqata cəlb edir. Hətta tədqiqata cəlb olunmuş mənbələrdə elə məqamlara müraciət edə bilir ki, onlar indiyə qədər bizim tarixi təfəkkürümüzdən kənarda qalıb. Son işlərindən biri olan Attila haqqında yazdığı dram əsərindən də hiss olunurdu ki, Yunus Oğuzun çox zəngin elmi-tarixi düşüncəsi var, tarixə dərindən bələdçiliyi var, tarixlə işləmək mədəniyyəti, eyni zamanda çox müasir və güclü bədii təfəkkürü var. Tarixdən yazan yazıçı üçün bunların hər ikisi mühüm məsələdir. Çox zaman yazıçılarımız tarixi yaxşı bilmədiklərinə görə, daha çox o tarixin müəyyən dövrləri və tarixi şəxsiyyətlər barədə özlərinin düşüncələrini, təsəvvürlərini veriblər. Yəni tarixdən daha çox öz ideyalarını verməyə çalışıblar. Və yaxud elə tarixçilərimiz olub ki, onların bədii təfəkkürü olmayıb. Tarixi bilənlərimizin də bədii təfəkkürü zəif olub. Bu mənada Yunus Oğuzda bunların hər ikisinin birləşdiyini görürük. O, həm tarixi yaxşı bilir, həm də bədii təfəkkürü güclüdür. Bu onun "Nadir şah" romanında da çox aydın və həm də çox parlaq bir şəkildə əks olunub. Nadir şah dövrünü, onu hakimiyyətə gətirib çıxaran tarixi şəraiti və Nadir şahdan sonra Azərbaycan tarixinin vəziyyətini çox dərindən təhlil edib. "Nadir şah" olduqca böyük həcmli romandır. İndiyə qədər yazılan tarixi romanlarla müqayisə etsək, tarixi belə geniş panoramda görmək, onun yetişdirdiyi şəxsiyyətlər, onların mühiti, mövzuya çox həssas və həcmli müraciət etmək baxımından Yunus Oğuzu Məmməd Səid Ordubadi ilə müqayisə etmək olar. Məmməd Səid Ordubadinin romanlarında elə xüsusiyyətlər var ki, onlar Yunus Oğuzun "Nadir şah" romanında da var. Müfəssəllik, təfsilatın genişliyi, müəyyən məqamlarda hətta saray münaqişələrinin daxilinə girməyə qədər, tarixin məişətinə daxil olmağa qədər bu üslub M.S.Ordubadinin üslubudur. Elə bil ki, Məmməd Səid Ordubadinin üslubunu Yunus Oğuz yenidən dirçəldir. Çoxlu tarixi romanlar yazılıb. Onların heç birində Məmməd Səid Ordubadi üslubu bu dərəcədə təzahür etməmişdi. Bu da onunla bağlıdır ki, Yunus Oğuz dövrü yaxşı bilir. Dövrü diqqətlə öyrənib. Dövrün coğrafiyasını yaxşı bilir. Hadisələrin o məkandan bu məkana keçməyini yaxşı bilir. Özü də nəzərə almaq lazımdır ki, əsərin qəhrəmanı Nadir şahdır. Yunus Oğuz bu məqamı çox doğru tutub ki, Nadir şahın daimi, ardıcıl, davamlı oturduğu stabil paytaxtı olmayıb. Nadir şahın oturduğu yer at beli idi. Buna görə də o, Azərbaycanın coğrafiyasının hər yerində olmuş və hər yerinə də paytaxt kimi baxmış bir adam idi. Nadir şah hökmdar, sərkərdə və hərbçidir. Nadir şahın tarixə uyğun xarakterik obrazının mükəmməl şəkildə ortaya çıxmasında bu element çox vacibdir. Nadir şahı özünəqədərki Səfəvi hökmdarlarından fərqləndirən də bu idi. Azərbaycanın müxtəlif ərazilərində olmuş, müxtəlif yerləri ilə bağlı olan Səfəvi sülaləsinin banisi Şah İsmayıl Xətai idi. Onun da prinsipcə paytaxtı olub. Amma Nadir şah Səfəvi nəslindən deyildi, buna baxmayaraq o, Şah İsmayılı xatırladır, eyni zamanda şah mühitindən çıxmaması, sarayla bağlı olmaması, ümumiyyətlə saray həyatından həmişə kənarda dayanması onu Şah İsmayıl Xətaidən də böyük sərkərdə, hərbçi, daha geniş coğrafiyanı əhatə edən və Azərbaycanın ən müxtəlif yerlərində olan bir hökmdar kimi tanıdır. Bu obrazın ən mühüm cəhətlərindən biridir ki, Yunus Oğuz bunu bütün zənginliyi, genişliyi ilə verə bilir. Ona görə də bu roman indiyə qədər Azərbaycanda yazılmış romanların içərisində ən çox coğrafi toponomik ünsürləri olan bir romandır. Bizim bəlkə də indiyə qədər heç bir əsərimizdə bu qədər tarixi coğrafi ad çəkilmir. Bu əsərin həm tarixi-coğrafi "propiska"sını-qeydiyyatını müəyyənləşdirir, həm əsərə tarixilik gətirir, əsərin tarixi mükəmməlliyini təmin edir, həm də bir obrazlılıq yaradır. Bu obrazlılıq da bizim üçün çox vacibdir. Bu gün hər bir azərbaycanlının, hər bir Azərbaycan ziyalısının, düşüncə adamının təfəkküründə, beynində Azərbaycan coğrafiyasının genişliyi ilə yanaşı onun daxili zənginliyi barədə məlumat olmalıdır. Bu, Vətən haqqında konkret bir təyinatdır. Vətənin nədən ibarət olduğunu, tarixən hansı coğrafiyanı əhatə etdiyini və s. göstərmək baxımından bizim bədii-tarixi romançılıq düşüncəmiz üçün mühüm ünsürdür və Yunus Oğuzun ən böyük müvəffəqiyyətlərindən biri, elə hesab edirəm, budur ki, tarixi coğrafiyanı bütün mükəmməlliyi ilə, həm də tarixi intellektlə ehtiva edə bilib. Yunus Oğuzun bu əsərinin ən üstün, ən mühüm cəhətlərindən biri də Azərbaycanda gedən hadisələri, Nadir şahın hakimiyyətə gəlməsini, Nadir şahın hökmdarlığını Azərbaycanın ümumi tarixi fonunda, Azərbaycanın taleyi fonunda verməsidir. Bu, çox mühüm cəhətdir. Yəni Nadir şah niyə hakimiyyətə gəldi? Bu suala detallarla, təfərrüatlarla çox aydın bir cavab verib. Elə tarixçilər var ki, onlar Nadiri Səfəvi xanədanını devirməkdə suçlayıblar. Amma Yunus Oğuz Səfəvilərin son hökmdarı Təhmasibin həyat tərzini, məişətini, ümumiyyətlə, Səfəvilərin son illərdə gəlib düşdüyü o mənəvi, siyasi və ruhi bataqlığı çox dərinliyi ilə təsvir edir. Onların mənən nə qədər alçalmasını, xalqdan, nəinki xalqdan, hətta öz babalarının qoyduğu ənənələrdən nə qədər uzaq düşməsini dəqiq detallarla göstərir. Və istər-istəməz Nadirin hakimiyyətə gəlməsini Azərbaycanın taleyi üçün mühüm hadisə hesab edir. Səfəvilərin o şəkildə qalmasındansa Nadirin hakimiyyətə gəlməsi yaxşı idi. Əlbəttə Səfəvilər Azərbaycan tarixində çox böyük hadisədir. Amma sonra paytaxt İranın içərilərinə çəkildi və sarayda fars şovinizmi işləməyə başladı. Belə bir vəziyyətdə Avşar qəbiləsindən çıxmış Nadirin hakimiyyətə gəlməsi bir uzurpatorluq, tarixin ziddinə olan bir hadisə yox, Azərbaycanın tarixi taleyi üçün müsbət hadisə idi. Bunu Yunus Oğuz çox gözəl şəkildə ifadə edə bilib. Eyni zamanda Nadirin obrazını xarakterizə edəndə onun şəxsiyyəti, xarakteri, qorxmazlığı, hərbi şücaətlələri çox yaxşı verilib. Nadirin yalnız sadəcə olaraq, sərkərdə, dövlət qulluqçusu olması, mənsub olduğu millətin oyanış dövründə özünəməxsus coğrafiyasını cızması, ölkə daxilindəki müxtəlif tayfaların bir dövlət halında birləşdirilməsi, dövlət mexanizmlərinin qurulması, hətta hərbi məktəblərin açılmasına qədər işlərə ciddi fikir verməsi onun obrazını çox aydın şəkildə ifadə edir. Bu baxımdan Yunus Oğuz obyektiv bir yazıçıdır, tarixə obyektiv baxan bir adamdır. Bu baxımdan çox doğru deyir ki, Nadir şah dövlət qura bilərdi, amma dövləti idarə edə bilməzdi. Çünki Nadirdə dövlətin idarə olunması təcrübəsi yox idi. O hər şeyi hərbi-strateji mövqedən təhlil edirdi və istənilən bir məsələnin həllinə də hərbi mövqedən yanaşırdı. Amma dövləti idarə etmək, dövlətin daxili gücünü bir yerə toplaya bilmək, ölkənin müharibəsiz, sülh şəraitində yaşamasını təmin etmək, bu, Nadirin gücü daxilində olan məsələ deyildi. Ona görə də çox maraqlı detaldır; elə ki, müharibələrdə bir fasilə əmələ gəlirdi, Nadir şah dərhal yeni müharibə barədə fikirləşirdi. Bunun nəticəsi idi ki, Hindistana hücum çəkdi, yeri gələndə Rusiyaya təzyiq etmək üçün Şirvana müdaxilələr etdi. Tarixdə baş vermiş bu hadisələri Yunus Oğuz Nadir şahın xarakteri kimi təqdim edə bilib. Ola bilərdi ki, bu hadisələr bizim tarixi roman müəlliflərinin əsərlərində olduğu kimi sadəcə, sadalansın. O, bunu etdi, onu etdi, bu hücumları oldu, bu sərkərdələrlə döyüşdü, bu orduları məğlub etdi. Amma bunlar onun xarakteri kimi təqdim olunmasın. Amma bu əsərdə bütün hadisələr Nadir şahın xarakteri kimi təqdim olunur. Yəni elə bil ki, Nadir şah dövlət qurmaqdan, müharibələr aparmaqdan daha çox özünü ifadə edir. Yəni o, müharibəsiz bir şəraitdə rahat dayana bilmir. Nadir şahın faciəsi də çox aydın bir şəkildə göstərilir. Bu faciə artıq o dövrdəki şahlıq üsul-idarəsinin özünün yarıtmazlığı ilə bağlı məsələ idi. O dövrün saray həyatının artıq köhnəlməsi və cəmiyyətdən uzaq düşməsi ilə bağlı bir məsələ idi. Ona görə də istər-istəməz Nadir şah səfəvilərdən sonra nə qədər böyük dövlət qura bilir, hətta gəlib Muğanda özünü hökmdar elan edir və bütün bu işləri yüksək diplomat qabiliyyəti ilə görürdüsə də, yenə bir idarəçi, dövləti idarə etmək gücündə olmadığına, eyni zamanda o dövrün idarə texnologiyasının özü həddindən artıq macəraçılıqla dolu olduğuna görə, istər-istəməz Nadir şah da eyni dərəcədə həmin hökmdarların ənənəvi həyat tərzinin qurbanına çevrilir. Bununla yanaşı Nadir şah bu əsərdə çox əzəmətli görünür. Yəni bütün gücü, siyasi imkanları, düşüncə imkanları, yüksək diplomatiyası, idarəçilikdəki zəifliyi ilə paradoksal bir şəkildə yenə də kifayət qədər nəhəng görünür. Yazıçının Nadir şaha məhəbbəti ifadə olunur. Yunus Oğuzun bir müvəffəqiyyəti də ondan ibarətdir ki, o, Nadir şahın obrazını yaradanda Nadir şaha qədər və Nadir şahdan sonra Azərbaycanın birliyi, bütövlüyü, Azərbaycan millətinin bir millət olaraq yüksəlişinə xidmət etmiş bütün tarixi şəxsiyyətlərdən elementlər toplayıb. Nadir şaha qədər də, Nadir şahdan sonra da hansı böyük dövlət adamları azərbaycanlılara, Azərbaycana xidmət edibsə, onların hər birinin xarakterindən müəyyən elementlər Nadir şahda var. Əsər həm də ona görə mükəmməldir. Romanın üstün cəhətlərindən biri də odur ki, o yalnız böyük bir coğrafiyanı, Azərbaycanın tarixi coğrafiyasını əhatə etmir, hətta beynəlxalq münasibətlərdə gedən mürəkkəb prosesləri də əhatə edir və Nadir şahın apardığı mübarizə həmin o beynəlxalq mübarizə fonunda verilir. Osmanlı dövlətinin, Rusiyanın, bir az sonra hətta Avropa dövlətlərinin Azərbaycanda gedən proseslərə nəzarəti mənə elə gəlir ki, nə qədər obrazlı olmasına baxmayaraq, az qala bir sənət dəqiqliyi ilə təqdim edilib. Bu da onunla bağlıdır ki, Yunus Oğuz Azərbaycan tarixini yaxşı bilməklə yanaşı, beynəlxalq münasibətlər tarixini də kifayət qədər dərindən öyrənmiş bir adamdır. Nadir şahın Osmanlı hökmdarlarına, sərkərdələrinə, Rusiya çar sarayına münasibəti və onların Nadir şaha münasibəti tarixi təfsilatı ilə verilir. Nadir şahın münasibəti, hiss olunur ki, kifayət qədər fəal münasibətdir. Nadir şah nə Osmanlı dövlətinin, nə Rusiyanın iddiaları ilə oturub-duran adam deyil. Ona görə də o, istədiyi vaxt onların fikirlərinə, mülahizələrinə, diplomatiyalarına hətta istehza edə bilir. Nadir şah osmanlının məhz türk olduğunu, oğuzlardan olduğunu, Azərbaycan türkləri ilə eyni bir millət olduqlarını hər məqamda hiss etdirir. Ona görə də yollar arayır ki, Osmanlı ilə münasibətləri necə sülh şəklində həll, qarşılıqlı əlaqələri necə təmin etmək olar. Rusiyanın, Avropanın Nadiri ya Osmanlı ilə üz-üzə qoymaq, ya üz-üzə qoymaqdan çəkindirmək barədə iddialarını həmişə bir istehzayla qarşılayır və düşünür ki, bu elə bir məsələdir ki, hansısa diplomatik macəranın predmeti ola bilməz. Bu məsələləri yalnız Azərbaycan hökmdarı ilə Osmanlı hökmdarı həll etməlidir. O, bu hadisələri beynəlxalq münasibətlər mühitində təqdim edə bilir. Bu da bizim bir sıra tarixi romanlarımızda yoxdur. Çünki çox zaman bizim tarixi romanlarımızda ölkə daxilində baş verən hadisələr təsvir olunur. Dünyada gedən proseslərin bura çox zaman həddən artıq güclü, çox zaman həlledici təsiri də unudulur. Guya ki, bu hadisələrin hamısı Azərbaycanın öz tarixinin, taleyinin məntiqi ilə baş verir. Belə deyil, çünki beynəlxalq münasibətlər elədir ki, istər-istəməz hadisələrin mahiyyətinə təsir edir, onları nəinki yönəldir, hətta öz məcrasından da çıxara bilir. Bax, bu baxımdan Yunus Oğuz həm o tarixi dəqiqliyi, beynəlxalq münasibətlərin Azərbaycanda baş verən proseslərə təsirini göstərə bilir, həm də bu təsirin Nadir şah tərəfindən necə inikas olunduğunu göstərməklə onun xarakterini verə bilir. Bu da hesab edirəm ki, əsərin üstün cəhətlərindən biridir. Bizdə Şah İsmayıl Xətai haqqında çox romanlar yazılıb. Bu romanların heç birini xüsusi böyük düşüncə, sənət əsəri saya bilmirəm. Çünki hamısında nəsə zəif cəhət var. Şah İsmayıl Xətaidən sonra haqqında roman yazılmalı tarixi şəxsiyyətimiz, şübhəsiz ki, Nadir şahdır. Yunus Oğuzun "Nadir şah" romanı Şah İsmayıl Xətai haqqında yazılmış tarixi romanlardan mükəmməldir. Düşünürəm ki, Nadir şah haqqında yazmağa daha çox ehtiyac var. Çünki XVII-XVIII əsrlər Azərbaycanda intibah dövrüdür. Baxmayaraq ki, Azərbaycan Nadir şahdan sonra xanlıqlara parçalandı - bu xanlıqlara parçalanmanın kökü elə Səfəvilər dövründə əmələ gəlmişdi - buna baxmayaraq, bu dövr bir milli düşüncənin çiçəklənməsi dövrüdür. Xalqın həyatının, məişətinin, xalq yaradıcılığının ön plana çıxması dövrüdür. Bunu da Yunus Oğuz romanda xeyli dərəcədə ifadə edə bilir. Bu ifadə onda özünü göstərir ki, o dövrün böyük sənətkarlarının adı çəkilir, müəyyən etnoqrafik detallar verilir. Məsələn, Nadir şahın oğlunun toyunda xalqın içərisindən gələn qavaldaş ifaçısından başlamış Xəstə Qasıma qədər onların epizodik şəkildə olsa da, kifayət qədər maraqlı obrazları yaranır. Eyni zamanda əsərin, romanın özünün strukturunda bir dastançılıq, bir epos ruhu var. Yəni bu əsər bu mənada Məmməd Səid Ordubadinin romanlarından fərqlənir. Yunus Oğuzun əsərində o dastan, o epos təfəkkürünün, təhkiyəsinin elementləri var. Sonra kök, mənşə etibarilə ora, o ifadə tərzinə söykənir. Bununla yanaşı əsərdə modern yazı texnologiyalarından yaxşı istifadə olunur. Bir məqamda müəyyən hadisə, əhvalat təhkiyə ilə, başqa halda Nadir şahın özünün xatirələri şəklində, özünün dilindən verilir. İş o yerə gəlib çatır ki, ölümündən sonra da Nadir şahın öz qətli ilə bağlı xatirələri verilir. Bir epos düşüncəsi ilə. Əsərin proloq hissəsində və digər hissələrində Nadir şahın mifik bir himayədə, bir boz qurd himayəsində olduğu göstərilir. Bu mənada əsərin bax, bu epos təfəkkürü ilə bağlı ondan yaranması bu məqamlarda özünü ifadə edə bilir. Əsərdə çox dərin epos ənənəsi ilə yanaşı həm də son orta əsrlərin tarixçi düşüncəsi elementləri də var. Əsərdə "Tarixi-Nadir"in texnologiyasından da yanaşılır. Bir də görürsən ki, modern yox, orta əsrlər düşüncəsi ilə, xüsusən Nadirin dilindən təqdim olunur. Eyni zamanda müasir dövrün tarixi xronologiyanı ardıcıl vermək ünsüründən də istifadə edib. Elə bilirsən ki, bu bir yazıçının deyil, tarixçinin fikirləridir. Bir də görürsən ki, haşiyələr verir. Bu haşiyələr "müəllifdən" adı ilə verilir və daha subyektiv və daha impulsiv bir təhlil verə bilir. Mən düşünürəm ki, Yunus Oğuzun "Nadir şah" romanı xalqımızın tarixinin ən məsuliyyətli və ən orta əsrlərdən qopub yeni dövrə keçdiyi dövrün tarixi hadisələri, buradan çıxan nəticələri kifayət qədər mükəmməl bir şəkildə təqdim edən bir əsərdir. Tarixə həm tarixin, dövrün öz gözü, həm keçmişdən, həm də gələcəkdən baxmağın nümunəsini verən bir əsərdir. Və bu məqamların hər biri də, təbii ki, yaradıcılıq imkanları baxımından maraqlıdır və müəllifin həqiqətən böyük istedadını nümayiş etdirir. İnanıram ki, Yunus Oğuz bundan sonra da hələ çoxlu romanlar, dram əsərləri yazacaq. Ona görə də bu məqamda Yunus Oğuzun qədrini bilməliyik. Qiymətləndirməliyik, çünki o bizə xalqımızın tarixini danışa bilir. Nizami CƏFƏROV, Atatürk Mərkəzinin direktoru, professor, millət vəkili
ABŞ Küveytə 1,98 milyard dollarlıq antidron sistemlərinin satışını təsdiqləyib
Bəhreyn İranın Bəhreyn və Küveytə raket hücumlarını qınayıb
İran, Rusiya və Çin nümayəndələri Qrossi ilə görüşüb
Təbrizdə qadın məhbus edam edilib
ABŞ İranın maye qaz satış şəbəkəsinə qarşı yeni sanksiyalar tətbiq etdi
Ukrayna pilotsuzu Rumıniyada partladı; NATO narahatdır
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Baraka hücumundan sonra nüvə riskləri barədə xəbərdarlıq edib
Məhəbbət şairi Müşfiqin doğum günüdür
Urmiya vilayətində yerləşən Quluncu kəndinin bələdiyyəsi kəndin tarixi türkcə yer adlarını bərpa edib
Türkiyə ordusu “İHA-230” hipersəs ballistik raketlərinin ilk partiyasını təhvil alıb
ABŞ blokadasından sonra İraqın Ümm Qəsr limanı İran üçün yeni tranzit mərkəzinə çevrilib
İranda xidmət idxalı rekord həddə çatıb, mal idxalı isə kəskin azalıb
İsrail müsadirə etdiyi silahları İran kürdlərinə ötürüb - Media
İran qonşularına hücumdan təbliğat kimi istifadə edir- Bin-Taleblu
İranda siqaret çəkən qızların sayı kəskin artıb
İranla qarşıdurmada qələbə qaçılmazdır - Tramp
Geosiyasi fürsət: Hörmüz boğazının bağlanması və Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın əhəmiyyəti artır
Xaməneinin dəfn mərasimi ilə bağlı xəbər təkzib edildi
Qərbi Azərbaycan əyalətində silah-sursat aşkarlanıb
Qəzvindən olan azərbaycanlı fəal Suri Babayi Çəqini 3 il həbs cəzasına məhkum edilib
Güneyli tədqiqatçı dünyasını dəyişib
NYT: İranın mühafizəkar qanadı ABŞ ilə mümkün razılaşmanı pozmağa çalışırlar
İranda neft oğurluğu- 7 nəfər saxlanılıb
İsrail yenidən İranla müharibəyə hazırlaşır- "Haaretz"
Müharibə naziri: İranla razılaşma əldə olunmasa, ABŞ hərbi əməliyyatları yenidən başlatmağa hazırdır
Bloomberg: İranın Küveytə zərbəsi nəticəsində bir neçə amerikalı yüngül xəsarət alıb
İran məhkəməsi daha bir etrazçını ölümə məhkum etdi
Milli fəalların məhkəməsi oldu- Lisani, Kari və Xeyrcu qatılmadılar
Meksika da İran millisinə viza verməyib
İran rəsmilərinin villaları müsadirə olunacaq - Bessent
Məsud Pezeşkian hökumət iclasında çıxış etdi - Davam edəcəyəm
AP: ABŞ blokadanı yarmağa çalışan ticarət gəmisini sıradan çıxarıb
Tanınmış Qaşqay şair və tədqiqatçı İlyas Bəhrampur Laçın vəfat edib
Dəniz minaları Oman sularında da müşahidə olunub
Axios: İran ABŞ-la danışıqlarda üstünlük qazanmaq üçün Hizbullaha müharibəni genişləndirməsi üçün təzyiq göstərir
Əhər-Təbriz yolunda ağır qəza: 3 nəfər həyatını itirdi
Səudiyyə KİV: İranın Hörmüz rüsum sistemi Səudiyyə-Çin neft ticarətini hədəfə alır
İsrail qüvvələri Livanın cənubuna irəliləyib