SON XƏBƏRLƏR

AB-nin Gürcüstan Sammitində “Orta Yol” Qərarı

2021.10.20, 07:36
AB-nin Gürcüstan Sammitində “Orta Yol” Qərarı

Gunaz.tv
AB-nin Gürcüstan Sammitində “Orta Yol” Qərarı Sentyabrın 1-də Brüsseldə Avropa Birliyinin növbədənkənar sammiti keçirildi. Sammit Gürcüstandakı son vəziyyət və Rusiyanın separatçı bölgələrin müstəqilliyini tanımasından sonra AB-nin rəsmi Moskva ilə münasibətlərinin yenidən müzakirəsinə həsr olunmuşdu. Toplantı sonunda verilən 11 maddəlik rəsmi açıqlamada AB, Gürcüstanın ərazi bütövülüyünü dəstəklədiyini bildirdi və Abxaziya ilə Cənubi Osetiyanın statusuna dair beynəlxalq formatdakı müzakirələrin tezliklə başlanması çağrışını etdi. Digər dövlətlərin Rusiyanın tək tərəfli tanıma qərarına bənzər addım atmamaya dəvət edildiyi açıqlamada Rusiyadan Gürcüstanla imzalanmış sazişə əməl etməsi istəndi. AB üzvləri Rus ordusunun Cənubi Osetiyanın təhlükəsəzliyini təmin etmək iddiası ilə yerləşdiyi bufer zonadan çıxmasını da tələb edərək mövcud vəziyyətin monitorinqinin aparılması proqramın yaradılmasını təklif etdilər. AB həmçinin Gürcüstanda quruculuq işlərinə köməklik etməyə hazır olduğunu bildirərərək bunun üçün xüsusi Gürcüstan nümayəndəsi mexanizmasının yaradılmasını qərarlaşdırıldı. Bu çərçivədə artıq Gürcüstana ilk mərhələdə 15 milyon Avro ayırıldı və azad iqtisadi zona yaradılmasına dair müzakirələr başlandı. Sammitin əsas maraq doğuran məsələsi isə AB-nin Rusya ilə münasibətlər barədə hansı qərarı alacağı idi. AB üzvləri arasında Rusiya ilə münaisbətlərə dair fikir ayrılığı bu toplantı ərəfəsində və toplantıdakı müzakirələrdə özünü bir daha göstərdi. Ümumiyyətlə AB üzvlərinin Rusiya mövzusunda mövqeylərinə görə dört qruba ayırmaq olar. Əvvəla, ən böyük əleydarlar kimi Polşa, Baltık ölkələri, Böyük Britaniya və İsveçi saymaq olar. Xatırladaq ki, bu ölkələrdən Polşa Rusiyanın emperyal əməlləri nəticəsində tarixdə dört dəfə parçalanıp və 1989-a qədər də SSRİ-nin təsir dairəsində qalıp. Rusiya ilə daima müxtəlif məsələlər səbəbiylə gərgin münaibətləri olan Baltık ölkələri də Rusiyanın sələfi SSRİ-nin yayılma əməllərin sonucu 1939-da müstəqilliklərini itirmiş və ancaq SSRİ-nin dağılması ilə müstəqil olmuşlardı. Yenə rəsmi Moskva ilə münasibətləri casus problemləri və BP-TNK məsələsi səbəbiylə son dövrdə pisləşən və Rusiyanı üçüncü təhlükə elan edən Böyük Britaniya da sərt mövqeyi ilə seçilənlərdəndir. Rusiyanın anti demokratik adımlardan dolayı tez tez tənqid edən İsveçin mövqeyi də Gürcüstan hadisəsi ilə daha sərtləşdi. Belə ki, İsveç xarici işlər naziri Karla Bildt Rusiyanı 1938-ci ilin faşist Almaniyasına oxşatdı. Bu qrup son sammitdə Rusiyaya qarşı sərt təbdirlər alınmasını istəyirdilər. “Rusiyanın ehtiyatlı tənqidçilərinin” təşkil etdiyi ikinci qrubda isə Rusiyadan tarixən zərər görmüş, ancaq mövcud enerji asılılığı səbəbiylə ehtiyatı davranan Macaristan, Çexiya və Ruminiya ilə bərabər Danimarka var. Bu qrub Gürcüstan məsələsində də bu mövqeyini qorudu. Əsasən “praqmatik vəya neytral” kimi xarakterizə edilən üçüncü qrubda Sloveniya, Slovakiya, Bolqaristan, İspaniya, Finlandiya, Hollandiya, Avistriya, Portuqaliya, İrlandiya və Malta var. “Rusiyanın vəkilləri vəya lobbiçiləri” kimi bilinən dördüncü, yəni son qrupda Fransa, Almaniya, İtalya, Belçika, Yunanistan, Cənubi Kipr və Lüksemburq var. Rəsmi Moskva ilə əsasən ənənəvi yaxınlıq münasibətləri ilə diqqəti cəlb edən bu qrubun numayəndələri son AB sammitində Rusiya əleyhinə sərt qərarın alınmamasıı üçün xüsüsi fəallıq göstərdilər. Bu grubun xüsusi fəallığı və üzvləri arasında ziddiyətlərin daha böyüməməməsi üçün orta yolu seçən AB, Rus ordusu Gürcüstanı tərk edənə qədər AB-Rusiya strateji əməkdaşlıq çərçivə müqaviləsinə dair müzakirələri dayandırma qərarı aldı. Xatırladaq ki,2007-ci ildə bitən əvvəlki müqavilənin davam etdirilməsi üçün aparılan bu müzakirələr Polşa və Litvanin etirazları səbəbiylə daha əvvəl iki dəfə kəsilmişdi. Birlik Rusiya ilə münasibətlərin gələcəyinə üçün noyabrın 14-də Nitsada keçiriləcək növbəti sammitin mühüm əhəmiyyət kəsb edəcəyini vurqulayaraq, Rusiya ilə danışıqların davam etdirilməsi üçün Fransa prezidenti Nikola Sarkoziyə mandat verdi. Sarkozi danışıqlar aparmaq üçün sentyabrın 8-də Moskvaya səfər edəcək. AB-nin Rusiyaya qarışı daha sərt addım atmamasının bir səbəbi də bu ölkədən böyük enerji asılılığıdır. Bele ki, AB-nin istifadə etdiyi neftin 16, qazın isə 20 faizini Rusiyadan almaqdadır. Elə sammit öncəsi Avropa mətbuatıdan bəzi qəzetlər adı bildirilməyən Rusya rəsmisinə istinadən, AB-nin Rusiyaya qarşı daha sərt tədbirlər alması halında Moskvanın enerji silahını istifadə edəcəyi xəbərlərini yayınlandılar. Qazprom mətbuat xidmətinin sammitdən əvvəl Polşa və Almaniyadan keçən hissədə tam təmir işləri ilə bağlı olaraq Yamal-Avropa qaz kəmərinə 2-3 sentyabr tarixlərində qaz verilməyəcəyini elan etməsi də təsadüf kimi görünsə də xəbərləri doğrulayan hadisə təsiri bağışladı. Bu çərçivədə AB rəsmi açıqlamasında diqqət cəlb edən məqamlardan biri də AB-nin enerji nəqlinin təhlükəsizliyinin təmini edilməsi, enerji kaynaklarının və nəql yollarının çox şaxəliyi üçün fəallığını artıracağını elan etməsi oldu. Bunun mənası ABŞ-la bərabər AB-nin də alternativ enerji lahiyələri çərçivəsində enerji mənbəsi Hazar bölgəsinə daha fazla maraq göstərəcəyidir. Bu maraq çərşivəsində AB enerji mənbəyi və tranzit ölkə kimi Azərbaycanla və də tranzit ölkə kimi Türkiyə ilə enerji əməkdaşlığını daha da gücləndirəcəkdir. Elə AB-nin Brussel sammitinin rəsmi açıqlamasında də ittifaqın qonşular siyasəsi çərçivəsində xüsusiylə AB-nin şərqdəki qonşuları ilə münasibətləri daha da fəal olacağı vurqulanmakdadır. Bu çəriçivədə AB-nin yeni Qara dəniz strartegiyası olan “Qara dənizdə sinerji” siyasətinin inkişafını və Ukrayna, Moldova, Azərbaycan, Gürcüstan, Ermənistan və Belorusiya ilə rəsmi Brüssel arasında regonal əməkdaşlıq formu yaratmayı nəzərdə tutan “Şərq Əməkdaşlığı” lahiyəsinin həyat keçirmə cəghdlərini gücləndirəcəyi qeyd edilməkdədir. Sənəddə AB-nin “Şərq Əməkdaşlığı” lahiyəsini mart 2009-cu ilin Martında təsdiqləmək istədiyi və Avropa Komisyasının əlaqədar təklifi 2008 dekabrılndan etibarən hazırlamaya başlamasının qərarlaşdırıldığı bildirilməkdədir. Bu çərçivədə sentyabrın 9-da Farnsada keçiriləcək AB-Ukrayna sammitinin mühüm ömən daşıdığı vurqulanmakdadır. Daha əvvəl də qeyd etdiyimiz kimi AB-nin Gürcüstan məsələsi səbəbiylə Rusiya barəsində aldığı qərar bir orta yoldur. Bu qərar AB-yə Gürcüstan məsələsində bir yandan ABŞ-la və də Gürcüstanla ümumi prinsiplərdə razlı olduğunu göstərirkən, o bir yandan önəmli partneri Rusiya ilə münasibətlərdəki problemin diplomatik müstəvidə müzakirələr yolu ilə həli imkanı verməkdədir. Qərarın ABŞ və Gürcüstanla yanaşı Rusiyada da ümumi mənada razılıqla qarşılanmasını da bu çərçivədə izah ediləbilər. Beləliklə daimi “ekonomik baxımdan dev, ancaq siyasi baxımdan xüsusən xarici siyasətdə cücə” olduğu tənqidləriylə qarşılaşan AB Gürcüstan böhranında (Rusiyanın da dəstəyi ilə) mühüm fəllalıq göstərməkdədir. Kəskinləşən ABŞ-Rusiya münasibətləri fonunda həyata keçən bu fəalaşmanın AB-nin Rusiya ilə münasibətlərinin gələcəyinə və ümumilikdə AB-nin globall sistemdəki siyasi yerinə təsirini isə zaman göstərəcək araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar