SON XƏBƏRLƏR

İranda seçki qalmaqalı: İslahatçılar parçalana bilər

2021.10.20, 07:36
İranda seçki qalmaqalı: İslahatçılar parçalana bilər

Gunaz.tv
İranda seçki qalmaqalı: İslahatçılar parçalana bilər İranda prezident seçkilərinə hələ bir müddət qalsa da seçkiylə bağlı maraqlı proseslər getməkdədir. Bir müddət əvvəl İslahatçılarn önəmli bir qanadı olan “Etimad Milli” partiyası şok bir açıqlama verdi. Partiyanın baş katibinin müavini Rəsul Müntəxəbniya Fars Xəbər Agentliyinə verdiyi açıqlamada Mehdi Kərrubini partiyanın əsas namizədi kimi təqdim etdi. O bildirdi ki, bu Etimadi Milli Partiyasının son seçimidir. Müntəxəbniyanın sözlərinə görə partiya daxilində bir neçə aydır ki, bu barədə müzakirələr aparılır, bütun variantlar diqqətlə araşdırılıb və digər qruplarla da danışıqlar aparılıb. Bunun nəticəsində partiya yetykililəri belə qərara gəlib ki, partiya öz namizədini irəli sürsün. O açıqlamalarında Mehdi Kərrubinin partiyanın namizədi olduğuna diqqəti çəkərək, digər islahatçı qüvvələrlə anlaşaraq vahid namizəd ətrafında birləşməyə ümid etdiklərini qeyd edib. İndiki iqtidara yaxın olan Rəca Niyus saytı bu xəbəri “İslahatçılar daxilində ilk rəsmi parçalanma” başlığı ilə təkrar yayıb. Qeyd edək ki, bəzi mənbələr Mehdi Kərrubini Ali Dini Rəhbər Ayətulla Əli Xameneyiyə yaxın hesab edirlər. İslahatçıların digər qrupları o cümlədən “Müşarikət” partiyası və “İnqilab Mücahidləri Təşkilatı” Xatəminin namizədliyini dəstəkləyir. “Məcmə-e Ruhaniyyun” (Ruhanilər cəmiyyəti) də namizədliyini irəli sürəcəyi təqdirdə Xatəmini dəstəklədiyinə dayir qərər qəbul etmişdi. Digər islahatçı qrup olan “Kargozaran” (İş görənlər) partiyası müxtəlif namizədlərlə bərabər Xatəminin də adını öz namizədləri sırasına daxil edib. İslahatçı partiyalar arasında sadəcə “Etimad Milli” partiyası heç bir namizəd irəli sürməmişdi ki, o da son qərarı ilə İslahatçıların bütün ümidlərini puça çıxarmış oldu. Əslində, “radikal İslahatçılar” daha çox Əbdullah Nurinin namizədliyinin irəli sürülməsinin tərəfdarıdırlar. Əbdulla Nurinin “Şurayi Nigəhban” filterindən keçmə ehtimalının az olduğu üçün, “radikal İslahatçı” qrup bunu bəhanə edib seçkiləri baykot etmək və mitinqlər keçirməklə hakimiyyətdə koklü dəyişikliklərin baş verməsinin mümkünlüyünə inanır. İndiyə qədər bütün təhlillərdə Xatəmi İslahatçıların vahid namizədi kimi çox gmün ki mühafizəkarların namizədi olacaq Əhmədinejad ilə rəqabət apara biləcək şəxsiyyət kimi təqdim olunurdu. Xatəminin bu təklifi qəbul edib-etməməsinə bağlı olaraq mühafizəkarlar da Əhmədinejadın ətrafında birləşib-birləşməyəcəklərinə qərar verməli olacaq idilər. Mühafizəkarların ikinci yerdə namizədi Natiqi Nuridir. Namizədlər arasında Əhməd Qalibaf və Təvəkkülinin də adları hallansa da onların şansı çox azdır. Bir çox mərkəzlər Əhmədinejadın da bu seçkilərdə şansının çox az olduğunu bəyan ediblər. Bu o deməkdir ki, sağlam və şəffaf seçkidə indiki prezidentin bir daha seçilə bilmə ehtimalı çıx azdır. Amma hər halda seçkini aparan strukturlar, rejimin hərbi və siyasi qurumları onun tərəfində olduğundan seçkilərdə onun ədalətsiz qələbə qazanma ehtimalı da çoxdur. İslahatçılar hesab edir ki bütün bunlara baxmayaraq bərabər seçki keçiriləcəyi təqdirdə Xatəminin seçilmə şansı həm Natiqi Nuridən həmdə Əhmədinejaddan yüksəkdir. O, 8 illik prezidentliyi dövründə iqtisadi sabitliyi qoruya bilib və inflyasiyanın yüksəlməsinin qarşısını alıb. O, həmçinin qruplar arasında balansı da saxlaya bilmişdi. Xatəminin hakimiyyəti zamanı Mühafizəkarlar ilə İslahatçılar arasında ziddiyyətlər bu qədər yüksək səviyyəyə çatmamışdı. Amma bütün bunlara baxmayaraq Xatəminin vəd etdiyi siyasi və mədəni islahatların sona çatdırılmaması və bəzi istiqamətlərdəki uğursuzluqları İran əhalisinin çoxunu təşkil edən gəncliyi narazı salmışdı. Bu səbəbdən incik düşən gənclər son zamanlarda islahatçılara qarşı etinasız davranırdılar. Ümumən baxdıqda isə “İİR” tarixində ilk dəfədir ki, seçkilərə uzun bir zaman qalmış seçki ətrafında belə bir çəkişmələr baş verir. Bu həm də ona görə maraqlıdır ki, qanadların müəyyənləşdirəcəyi namizədin kimliyi seçkilərin nəticələrinə əhəmiyyətli dərəcədə təsir edəcək. Bu isə daha geniş planda bölgədə və dünyada gedən proseslərin istiqamətinə də təsri edə bilər. İslahatçıların qələbəsi İranın daxili və xarici siyasi kursunda az da olsa dəyişikliklərin baş verməsinə səbəb ola biləcək. Əks halda, xüsüsən Əhmədinejadın yenidən prezident kürsüsündə qalması xarici siyasətdə gərginliyin artması və Qərblə qarşıdurmanın şiddətlənməsinə səbəb ola biləcək. Hər halda “İranlıların” seçəcəkləri prezident ilə sadəcə öz gələcəklərini ilə müəyyənləşdirməyəcəklər. Əlbəttə ki, bir şərti də nəzərə almaq lazımdır ki, İran demokratik ölkə deyil. Amma, xalqın səsinə demokratik və azad ölkələrdə əhəmmiyyət verilsə də, qeyri-demokratik ölkələrdə də onun səsini tam boğmaq mümkün deyil. İranda növbəti prezident seçkiləri 2009-ci ilin ortalarında keçiriləcək. Onun dəqiq tarixi Daxili İşlər Nazirliyi tərəfindən elan olunacaq. “İİR”in durumunu və beynəlxalq ictimaiyyətin bu ölkəyə qarşı münasibətini nəzərə alsaq, bu seçkilər İslam İnqilabından bu yana bəlkə də ən həssas və əhəmmiyyətli seçki hesab oluna bilər. Qeyd: İranda prezident seçkiləri 4 ildən bir keçirilir. Prezidentliyə namizədlər sadəcə “Şuraye Negəhban” tərəfindən təsdiqləndikdən sonra seçki prosesinə qatıla bilərlər. Prezident seçilən şəxs Ali Dini Rəhbər tərəfindən təsdiqləndikdən sonra prezident statusunu əldə edir. araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar