SON XƏBƏRLƏR

Güney Azərbaycanın Milli Hərəkatına qarşı olan qüvvələr çabaların artırırlar

2021.10.20, 07:36
Güney Azərbaycanın Milli Hərəkatına qarşı olan qüvvələr çabaların artırırlar

Gunaz.tv
Güney Azərbaycanın Milli Hərəkatına qarşı olan qüvvələr çabaların artırırlar Son zamanlar baş verən hadisələr İranın daxilində və xaricində bunu nişan verir ki, Güney Azərbaycanın azadlıq mücadiləsinə qarşı olan qüvvələr bu hərəkatı aradan aparmaq üçün hazırlıq planı işləyirlər. İran Kürdüstanının Demokrat Partiyası 2007 - ci il 31 dekabrda bir bəyanat dərc etmişdir. Bu sənəddə belə yazılıb: " Fərad Xəbər Agentliyinin verdiyi məlumata əsasən, PKK - nın rəhbəri Abdullah Öcalan Türkiyənin İraq Kürdüstanına həmləsi ilə bağlı öz fikrin bildirmişdi. Onun fikri PKK - nın idarə heyəti tərəfindən qəbul olunmuşdur. Onların fikrinə görə, İraqın Kürdüstanında kürdlərə aid hökumətin yaranması Amerikanın və ingilisin planı kimi dəyərləndirilmişdir. Onlar hədələmişdirlər ki, İran və Suriya ilə birləşələr. PKK - nın fikrinə görə, İranda Kürdüstan adına bir vilayət var və bununla da onların İranda xüsusi muxtariyyata bənzər nəyləri isə var. Əgər İran Kürdüstan vilayətin bir az genişləndirə və pejakı ( İranın PKK qolu ) rəsmiyyətdə tanıyarsa, biz də 100 min nəfərlik silahlı qüvvələrimizi İranın ixtiyarında qoya bilərik." Bu bildiriş üstə qeyd etdiyim kimi 2007 - ci ilin son günü İran Kürdüstanının Demokrat Partiyası tərəfindən nəşr olunub. Bu gun Güney Azərbaycanın batı hissəsində baş verən hadisələr belə nəzərə gəlir ki, kürdlərə aid olan pejak təşkilatı ilə və İran hakimiyyətinin bir növ əməkdaşlığı həyata keçir. Pejak dağlarda partizan savaşı yerinə, Batı Azərbaycanda, misal üçün, Urmu, Xoy, Salmas, Maku kimi şəhərlərdə və onların ətraf kəndlərində terrorçu əməliyyatı həyata keçirir. Bir neçə gün bundan əvvəl Urmu şəhərində axşam saat 22:45 dəqiqədə 17 nömrəli şəhər polis bölməsinin kənarında bir güclü bomba partlamışdır. Batı Azərbaycanın Müdafiə Komitəsinin verdiyi məlumata görə, bu partlayış elə güclü imiş ki, onun səsi şəhərin hər tərəfində eşidilmişdir. Yanğın sondürən və təcili tibbi yardım maşınları hadisə yerinə gedərək, odu söndürmüş, yaralıları xəstəxanaya daşımışlar. Baxmayaraq ki, bu hadisədən neçə gün keçir, İran hökumət dairələri və xəbər agentlikləri susublar. Amma şahidlərin verdiyi məlumata görə, 4 nəfər hadisə zamanı ölüb və çoxlu yaralanan var. Şəhərdə camaat arasında belə bir şaiyə var ki, bu partlayış kürd terrorist qrupları tərəfindən olub. Əlbəttə, bu partlayışdan da qabaq dəfələrlə gənc hərbiçi Azərbaycanlılar terrorçu kürd qrupları tərəfindən terror olunaraq öldürülmüşdürlər. Amma İran hökuməti bu terrorlara da qarşı müəyyən və konkret bir iş görməyib, ancaq susmuşdu. Bəzi milli fəalların nəzərinə görə, terrorçu kürd qrupların terror əməliyyatı, bais olur xüsusən Batı Azərbaycanda bir hərbi vəziyyət yarana. Bir tərəfdən rejim kürd -- türk təzadın qızışdırmaqla özün zərbə altından çıxarda, digər tərəfdən də əlinə bəhanə düşür öz nəzarətin milli fəalların fəaliyyətinə artıra və onları dayandırmaq üçün ağlagəlməz metodlardan istifadə edə. Başqa bir tərəfdən də şahçılar bekar oturmayıblar, onlar da Güney Azərbaycanın Milli Azadlığına qarşı son zamanlarda fəaliyyətlərin artırıblar. Əlbəttə, şahçıların Güney Azərbyacan Milli Azadlıq Hərəkatına qarşı mübarizələri informasiya cəbhəsində həyata keçir. Onlar çalışırlar ki, bizim milli hərəkatımızı məzmun və məna baxımından dəyişib, öz istədikləri yönə salalar. Bu hədəfə çatmaq üçün bir müddət bundan əvvəl İranın Bütövlüyü və Demokratiyası üçün Azərbaycan Hərəkatı adlı bir təşkilar yaranmışdı. Məlumat üçün qeyd edim ki, bu təşkilatı yaradanlar şahçılardan ibarətdilər və İranda pəhləvi sülaləsinin hakimiyyətə gəlməsinə çalışırlar. Bu təşlikat son bildirişində məlumat vermişdi ki, avqustun 2 - 3 - də Mərkəzi Avropada Azərbaycan hərəkatının rəhbərləri və bütöv İrandan siyasi fəallar, partiyalar və alimlər və hətta beynəlxalq aləmdən olan şəxslər burda iştirak edəcəklər. Tədbirin birinci günü Azərbaycan hərəkatının ali şurası müəyyən edilib, formalaşacaq. Tədbirin ikinci günü İranın milli rəhbərlik şurası ilə əlaqədar fikir mübadiləsi aparılacaq. Bu bildirişdə qeyd olunur ki, iki günlük tədbirdə iştirak edənlərə xüsusi parol veriləcək və onun əsasında tədbirə girəcəklər. Bidiriş "Yaşasın İran və İran milləti!" şüarı ilə başa çatır. Əgər bu bildirişə diqqət etsəniz, məlumat verilmir Mərkəzi Avropanın hansı ölkəsində və şəhərində bu iki günlük tədbir həyata keçəcək. O biri təfədən də qeyd olunur ki, məxsusi adamlar parolla tədbirə girəcəklər.Bu cür təcili və gizlin formada iclasın keçirilməsi nişan verir ki, onların bizim milli hərəkatımıza qarşı ciddi planları var. Digər tərəfdən də İranın atom proqramında israrlı olması bu təhlükəni artırıb ki, İran Amerika və İsrailin həmləsinə məruz qala. Elə bu mövzunu İranın hökuməti və onun fars müxalifəti bəhanə edib, Güney Azərbaycan Milli Azadlıq hərəkatına qarşı təzyiqi və təbliğatı artırıblar. Onların iddialarına görə, Amerika və İsrail İrana həmlə edib və İranın daxilində milli zülmə qarşı fəaliyyət aparan, o cümlədən Güney Azərbaycanın milli fəallarının əli ilə İranın torpaq bütövlüyünü təhlükəyə salacaqlar. Buradan belə bir sual ortaya çıxır: Bu cür bir ağır durumda Azərbaycan hərəkatını sevməyənlər fəaliyyətlərini artırıb, hazırlıq işləri görürlərsə, onda biz nə etməliyik? Aydındır ki, bu cür müxtəlif sui - qəsdlərə qarşı bizim milli birlik naminə güclü təşkilatımız olmalıdır. Çox təəssüf ki, bizim təşkilat sahəsində çox ciddi problemlərimiz var. Hətta bunları qaldırıb, aradan götürməyə də çaba göstərilmir. Bir misalla fikrimi aydınlaşdırmaq istəyirəm. İndiyə kimi Güney Azərbaycana aid olan təşkilatlar hətta siyasi məhbuslarla bağlı bir müştərək bildiriş yaymayıblar. Bu cür bir vəziyyətdə onlar necə müvəffəq olacaqlar müştərək üsulun üstündə əməkdaşlıq aparıb və milli birlik adına təşkilat yaradalar. Mənim fikrimcə, hələ Güney Aszərbaycana idi olan təşkilatlar demekratik düşüncəyə tam sahib olmayıblar. Hər kəs öz fikrin mütləq həqiqət kimi görür və ona qarşı olan fikirlə barışmaz mövqeydə dururlar. Biz də bir - birimizlə əməkdaşlıq etmək üçün kor iddiaları bir kənara qoyub, elmi nöqteyi - ənəzərdən əsasları olan prinsiplər ətrafında birləşməliyik. İcazə verin burda bir misal çəkim. Misal üçün, İsveçdə bir xristian demokrat sosialist tərəfəkkürlü olan və bir liberalist və mühafizəkar siyasətçi ilə bir masa arxasında oturanda xristian demokrat İncil, sosialist sosial ideologiya, liberalist liberal düşüncə və mühafizəkar öz inandığı ideoloji əsasında kütləni qane eləməyə çalışmırlar. Onlar tanınmış elmi metodlardan, yəni təcrübədən, sənəddən, statistikadan və məntiq üsullarından faydalanırlar. Əgər demokratik və düzgün formada milli birliyə yetişmək marağımız var, bunu qəbul etməliyik ki, inandığımız mütləq həqiqət əsasında yox, əslində demokratik və elimi metodların əsasında birliyə yetişə bilərik. Babək Azəri hüquqşünas

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar