SON XƏBƏRLƏR

Əhmədinejadin Nüvə Siyasəti Və İranda Ağrılı İqtisadi Siyasət

2021.10.20, 07:36
Əhmədinejadin Nüvə Siyasəti Və İranda Ağrılı İqtisadi Siyasət

Gunaz.tv
Prezident Əhmədinejad İran vətəndaşlarının çoxunun üzləşdiyi təxirəsalınmaz iqtisadi problemləri həll edə bilmir. Əhalinin böyük əksəriyyəti, artıq ölkəni üçüncü dəfə Birləşmiş Millətlər Təşkilatının sanksiyalarına məruz qoyan nüvə proqramına dair barışmaz mövqeyə malik Əhmədinejadın yanlış iqtisadi siyasətindən də böyük çətinliklər çəkməkdədir. İran BMT sanksiyalarının yaratdığı əlavə iqtisadi çətinlikləri də ortadan qaldırmaq məcburiyətində qalır. Bir yandan İranda kommersiya ilə məşğul olmağın maliyyəti artarkən, o bir yandan ölkədəki neft-qaz sənayesində son dərəcə lazımlı olan Qərb investisiyaları həyata keçməmişdir. Dünyanın dördüncü böyük xam neft istehsalçısı İran, keçən il neftdən 70 milyard ABŞ dolları əldə etdi. Ancaq nəğd pulun böyük hissəsi israfçılıqla paylanan hökümət subsidalarına xərcləndi. İqtisadçı Sacid Laylaz bu vəziyyəti “Rejim nüvə proqramını davam etdirmək üçün seçicləri satın alır” sözləriylə izah edir. Fakt odur ki, gundəlik məişət mallarının qıtlığı və məsuliyyətsiz iqtisadi siyasət İran vətəndaşlarının ciddi inflyasiyadan zərər görməsinə səbəb olur. Tehranda tərəvəz piştaxtası sahibi bir baqqal “infilyasiyanın onu gündə üç dəfə qiymət etiketlərini dəyişməyə məcbur etdiyini" deyir. Əhmədinejadın xalqa İranın neft gəlirlərini ədalətli paylama sözü verərək 2005-ci ildə hakimiyyətə gəlməsindən sonra neft qiymətlərinin bahalaşması milli gəlirlərdə böyük yüksəlişə səbəb olsa da, iqtisadçılar nəhəng maddi subsidalarının və prezidentin yardımlarının xəzinənı boşaldaraq və inflyasiyanı gücləndirdiyini deyir. Xalq geniş hissəsi hökümətin böyük maddi yardımları ilə qorunmaya çalışılsa da, nəzrətdən çıxan qiymətlər adi istehlakçıların ciblərinə zərbə endirməyə davam edir. İran vətəndaşlarının çoxu üçün 14 Mart seçkilər siyasi olmaqdan daha çox iqtisadi xarakter daşıyırdı. İcmalçılar seçkiləri İranda müxtəlif siyasi fraksiyalar arasında hakimiyyət uğrunda mübarizə kimi əks etdirmişdilər. Əslində isə çoxu İran vətəndaşı məntəqəqlərə prezident Əhmədinejadın iqtisadi siyasətini rədd etmək üçün getdi. Seçkilər prezidentin nüfuzuna böyük zərbə olmadı, ancaq seçicilər onun tərəfdarlarının çoxuna qarşı səs verməklə öz narazılıqlarını ifadə etdilər. İnadkar Əhmədinejad hələ də nüvə fəaliyyəti mövzusunda İranın Ali Lider Ayatullah Əli Xameneyinin dəstəyini almaqdadır, ancaq iqtisadi iflası gələn il onun yenidən prezident seçilmə şanslarını məhv edə bilər. İran vətəndaşlarının dolanması getdikcə daha da çətinləşməkdədir. Düyü, cücə və yumurtalar kimi əsas qida məhsullarında böyük bahalaşmalar olmaqdadır. İşsizlik rəsmən 10 faiz kimi göstərilsə də, müstəqil mütəxəssilər əhalinin gənc təbəgəsinin çox olduğunu vurqulayaraq bu rəqəmin daha da yüksək olduğunu bildirirlər. Xatirladaq ki, İrannın 70 milyonluq əhalisinin 70 faizin 25 yaşıdan gənclər təşkil etməkdədir. İnflyasiya işsizlikdən daha böyük problem yaradada bilər. Bir il əvvəl inflyasiya 12 faizə yüksəldi. Bu gün isə rəsmən 20 faiz olan infilyasiya, müstəqil mənbələrə görə isə bu rəqəmin ən az 10 faiz daha yüksəkdir. Bəzi iqtisadçılar inflyasiya səbəbiylə yüz minlərlə adamın yoxsulluq həddinin altına düşəcəyini deyirlər. İnflyasiyanın bütün çətinliklərini isə 2005-ci ildəki seçkilərdə Əhmədinejadın ən qızğın tərəfdarları olan kasıblar çəkir. Keçən il qiymətləri üç qat artmış ərzaq malları kasıbları xüsusi narahatçılıq yaradır. Əhalinin 7-10 faizlik təbəqəsi gündəlik minimal qida tələbini təşkil edən 2 100 kaloriyadan daha az qida alır. Əhmədinejadın prezident olmasından sonra neft gəlirlərini idxal mallara və xeyriyə işlərinə səxavətlə xərcləmişdir. İranın mərkəzi bankının istatistikasına görə, Əhmədinejad prezidentliyini ilk iki ilində əsasən subsidalar olmaq üzrə 78 milyar ABŞ doları xərclədi. Maddi yardımların xüsusi təyinatının olmaması nəticsəində onlardan kasiblar yerinə zəngilnər daha cox xeyir götürürlər. Prtezidenti mübahisəli proqramlarından biri milyonlarla aşağı gəlirli gəncin evlənməsinə kömək etmə məqsədini daşıyan 1.3 milyard dollarlıq “İmam Rıza Evlənmə Fondu” idi. Aşkar görünür ki, Əhmədi Necad bu addımla ənənəvi nigah mərasimin ortaya çixardığı büyük xərclərin ödənməsinə kömək edərək yaşı 30-un altında olan və əhalinin üçdə ikisi təçkil edən təbəqənin dəstəyini əldə etmək istəyirdi. "Neft gəlirləri xalqın süfrəsində olmalıdır” şüarı ilə pulunu götürmək" şüarından istifadə edən Əhmədinejad gənc secicilərə həkümət lahiyələri çərçivəsində işlə təmin etmək və maliyyə köməyi göstərmək vədləri ilə ələ aldı. Nəticə isə tam tərsi oldu: daha yüksək işsizlik və astronomik həddə artan inflyasiya. Əhmədinejad başqa iqtisadi addımları da oxşar şəkildə nəticələndi. O əvvəlcə minimum əmək haqqını 50 faiz qaldırsa da, qısa müddət sonra rüsvayçı şəkildə bundan imtina etdi. Onun neft istehlakını məhdudlaşdırmaq üçün benzini talonla vermə sisteminə dair keçən yaydakı qəfil qərarı isə kütləvi ictimai iğtişaşlara səbəb oldu. İran iqtisadçısı və BMT İnkişafı Proqramının kasıblıqla mübarizə şöbəsinin rəhbəri Məhəmməd Əli Farzin "xroniki inflyasiyanın, yüksələn qiymətlərlə mütənasib olmayan gəlirlərin və ciddi işsizlik probleminin olduğu şəraitdə aşağı gəlirli ailələrin özlərini dolandırmasının mümkün olmadığnı və bunun da onlarda dövlətin yardımına ehtiyac yaratdığını” vurğulayır. Farzin "İran iqtisadiyyatının işləmək üçün kifayət qədər yeni iş yeri imkanları imkanları yarada bilmədiyini, gəlirlərin səmərəli bölünməsini təmin etmədiyini və əhalinin kasib təbəqəsinin rifah səviyyəsini yaxşılaşdırmadıını” söyləyərək, bunun əsas problem olduğunu qeyd edir. İqtisadçılar İranı neft qiymətlərindəki bahalaşmadan xeyir götürən neft və qaz ilə zəngin başqa bir ölkə olan Rusiya ilə müqayisə edir. İndi Rusiya 400 milyard ABŞ dolları məbləğində xarici valyuta fonduna malikdir. İran isə ancaq 100 milyard ABŞ dollarına malikdir. Ancaq iqtisadçıları bu miqdarın ən az iki qat çox məbləğə çatmalı olduğunu vurğulayırlar. Əhmədinejadın sələfi prezident Məhəmməd Xataminin sabiq sənaye naziri İranın "Holland xəstəliyinin" təhlükə altında olduğunu vurğulayır. 1960-cı illərdə, Holland iqtisadiyyatı təbii qazın kəşfinin ardınca prezidentin bədxərcliyi səbəbiylə ciddi problem yaşandı. Sabiq nazir “İranın neft gəlirinin böyük bir hissəsini şəkər almaq üçün xərclədiyini” qeyd edir. Keçən il Əhmədinejad 3,5 min ton şəkəri idxal etdi. Nəticədə, mağazalar şəkər ilə dolduöu üçün şəkər fabriklərı bağlandı və fermerlər çuğundur becərməyi dayandırdı. Keçmiş nazir “başqa sektorların vəziyyətinin də narahatçılıq yaratdığını və nəticə olaraq iqtisadiyyatın Əhmədinejad hakimiyyəti zamanında uçruma gedən bir yol izlədiyini" vurğulayır. Müşahidəçilər gələcəkdə yeni iqtisadi problemləri doğuracaq başqa bir problemi qeyd edirlər: İran istedadlı gəncini Dini məhdudiyyətlər ilə çıxılmaz vəziyyətə düşən İran gənclərin çoxu diplomları alıp xaricə gedir və heç vaxt qayıtmır. Bəziləri də, xaricdə oxuduqdan sonra, orada iş tapır və qayıtmır. Beynəlxalq Valyuta Fonduna görə, İran dünyada ən yüksək beyin axını göstəricisinə malikdir. Nəticədə, Əhmədinejadın dövründə İranda həyat getdikcə daha çox çətin olmuşdur. Sanksiyalar və yararsız iqtisadi siyasət gündəlik yaşayışı həyat üçün mübarizəyə çevirmişdir. Nə qədər ki, öz nüvə proqramına yenidən baxmaqdan imtina edən və yararsız iqtisadi lahiyələri təkidlə həyata keçirən Əhmədinejad hakimiyyətdədir, İranda vəziyyətin yaxşılaşması çətin ki mümkün olsun. http://www.araztm.az/?mod=news&id=47

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar