SON XƏBƏRLƏR

BVF yanılacaq..._Elnur Aslanov: "Beynalxalq Valyuta Fondunun Azərbaycanla bağlı mənfi proqnozu özünü doğrultmayacaq"

2021.10.20, 07:36
BVF yanılacaq..._Elnur Aslanov: "Beynalxalq Valyuta Fondunun Azərbaycanla bağlı mənfi proqnozu özünü doğrultmayacaq"

Gunaz.tv
BVF yanılacaq... Elnur Aslanov: "Beynalxalq Valyuta Fondunun Azərbaycanla bağlı mənfi proqnozu özünü doğrultmayacaq" Prezidentin İcra Aparatının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri Elnur Aslanovun APA-ya müsahibəsində Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycanla bağlı son proqnozunu şərh edib. Hesabatın cari statistik göstəricilərə əsaslandığını qeyd edən E. Aslanov bildirir ki, orada hazırda Azərbaycan iqtisadiyyatında neft sektorunun dominantlıq etdiyi göstərilir və bu vəziyyətin davam edəcəyi halda ortaya çıxacaq fəsadlar qeyd edilir. - Lakin hesabatda hökumətin qeyri-neft sektoru ilə bağlı gördüyü və görəcəyi tədbirlər nəzərə alınmayıb. Beynəlxalq təşkilatlar belə hesabatları hazırlayarkən daha çox indiki vəziyyəti dəyərləndirir, ölkədəki inkişaf tendensiyasını gözdən qaçırır ki, bu da həmin təşkilatların bir çox halda ciddi yanılmasına səbəb olur. Məsələn, bu ilin əvvəlində BVF 2008-ci il üçün dünya üzrə iqtisadi artım göstəricilərini 3.7%, 2009-cu il üçün isə 3.8% proqnozlaşdırmışdı. Lakin keçən həftənin sonunda təşkilat yanıldığını qəbul edərək, dünya üzrə artım tempini 2008-ci il üçün 4.1%, 2009-cu il üçün isə 3.9%-ə yüksəltdi. Həmçinin təşkilat cari il üçün ABŞ-ın iqtisadi artımını 0.5%-dən 1.3%-ə, Avropa regionunun iqtisadi artımını isə 1.4%-dən 1.7%-ə yüksəltdi. Göründüyü kimi, bu təşkilatın altı aylıq proqnozlarında belə ciddi yanılmalar olur. Bu baxımdan, kifayət qədər uzun müddət olan altı illik proqnozlara da bir az etina ilə yanaşmaq lazımdır. Çünki adi statistika qaydalarına görə, müddət uzandıqca yanılma ehtimalı da artır. Azərbaycan iqtisadiyyatında son illərdəki iqtisadi inkişaf tendensiyaları BVF-in iqtisadi artımla bağlı mənfi proqnozunun özünü doğrultmayacağını göstərir. Bununla yanaşı, hesabatı tam geniş aspektdən təhlil etsək, obyektivlik naminə qeyd edilməlidir ki, hesabatda indikatorlardan sadəcə birinin uzun müddətdə nisbi pozulacağı qeyd edilir. Bu da sabit qiymətlərlə ümumi daxili məhsul (YDM) artımıdır. Lakin hesabata diqqətlə nəzər salsaq görərik ki, YDM-dəki nisbi azalmaya rəğmən, Azərbaycan vətəndaşlarının xaricdən ABŞ dolları ilə mal və xidmət satınalma gücü artacaq. Belə ki, YDM-in artım sürətinin azaldığı 2012-ci ildə adambaşına düşən milli gəlir 9700 ABŞ dollarından 11.148 dollarına, 2013-cü ildə isə 12.915 dollara yüksələcək. Ymumiyyətlə, önümüzdəki 6 ildə adambaşına düşən milli gəlir üzrə dünyada ən yüksək temp Azərbaycanda müşahidə olunacaq. Azərbaycanda adambaşına düşən YDM-in həcmi 2007-ci ildə 3.663 ABŞ dollarından 2013-cü ildə 12.915 dollara yüksələcək. Xatırladım ki, 2003-cü ildə Azərbaycanla Ermənistanda adambaşına düşən milli gəlirin həcmi təxminən eyni olub. Lakin proqnozlar göstərir ki, 2013-cü ildə adambaşına düşən milli gəlirlə bağlı göstəriciyə görə Azərbaycan Ermənistandan 3 dəfə öndə olacaq. Azərbaycan 2013-cü ildə adambaşına düşən milli gəlirinin həcminə görə, dünyada 56-cı yeri tutacaq. Ötən il isə ölkəmiz bu indikatora görə 181 ölkə arasında 91-ci olub. Adambaşında düşən milli gəlirin artması Azərbaycanın dünya iqtisadiyyatındakı rolunu və iqtisadi nüfuzunu da gücləndirəcək. Əgər 2003-cü ildə Azərbaycanın dünya iqtisadiyyatı içindəki xüsusi çəkisi 0.054% olubsa, 2013-cü ildə bu göstəricinin iki dəfədən çox artaraq 0.117%-ə yüksələcəyi gözlənilir. Bu baxımdan, 2003-cü ildə dünya ölkələri arasında YDM-in həcminə görə, 90-cı yerdə olan Azərbaycanın 2013-cü ildə 73-cü pilləyə yüksələcəyi proqnozlaşdırılır. Bu 10 illik mərhələdə Ermənistanın dünya iqtisadiyyatına töhfəsi isə nisbət olaraq dəyişməyəcək (2003-0.020%, 2013-0.029%). - Sizcə, Neft Fondunda toplanmış gəlirlərdən səmərəli istifadə olunması ilə bağlı görülən işlər BVF-in proqnozlarının doğrulmamasına səbəb ola bilərmi? - Əlbəttə, BVF-in yanılacağını deməyə əsas verən səbəblərdən biri məhz Neft Fondunda toplanmış gəlirlərdən səmərəli istifadə olunmasını təmin etmək üçün prezident İlham Əliyevin 27 sentyabr 2004-cü ildə "Neft və qaz gəlirlərinin istifadə olunması üzrə uzunmüddətli strategiya (2005-2025-ci illər)" ilə bağlı fərmanı imzalamasıdır. Bu strategiyada vəsaitlərin səmərəli istifadəsi, o cümlədən qeyri-neft sektoru, regionlar, kiçik və orta sahibkarlıq, infrastruktur sahələrin genişmiqyaslı inkişafı nəzərdə tutulur. Həmçinin bu sənəddə gəlirlərdən yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsi, digər sosial problemlərin həlli, iqtisadiyyatın intellektual və texnologiya bazasının səviyyəsinin yüksəldilməsinin stimullaşdırılması, "insan kapitalı"nın inkişafı, ölkədə və xaricdə yüksək ixtisaslı kadrların hazırlanması, kadrların professionallıq səviyyəsinin artırılması, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və azad edilmiş ərazilərin yenidən qurulması, məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün ifadə olunması nəzərdə tutulur. Ymumiyyətlə, Neft Fondunda toplanmış gəlirlərin xərclənmə istiqamətini şərti olaraq üç portfelə ayırmaq olar: Ymumi gəlirlərin ən azı 25%-dən ibarət gələcək nəsillər üçün xüsusi investisiya portfeli, büdcə kəsirinin örtülməsi üçün sabitləşdirmə portfeli (bu hissə xüsusilə neft qiymətləri anidən aşağı düşəcəyi təqdirdə istifadə oluna bilər), üçüncü portfel isə cari strateji, həmçinin zəruri layihələri icrası üçün xərc portfelini əhatə edir. Belə layihələrə BTC neft kəməri, BTQ dəmiryolu, BTƏ qaz kəməri, su kəmərləri daxildir. Bu praktika qabaqcıl dünya təcrübəsinə də tam uyğundur. Strategiyanın uğurla tətbiqi Azərbaycanın gələcək inkişafını, o cümlədən qeyri-neft sektorunun tərəqqisini də stimullaşdırır. Azərbaycanda inkişaf etdirilməsi nəzərdə tutulan prioritet qeyri-neft sahələri olaraq informasiya kommunikasiya texnologiyaları (İKT), turizm və kənd təsərrüfatı seçilib. Hökumət kənd təsərrüfatı sektorunda dirçəlişi ölkədə yoxsulluğun azaldılması, sosial rifah səviyyəsinin yüksəldilməsi, regionların tarazlı inkişafı və ərzaq təhlükəsizliyi baxımlarından ən əhəmiyyətli vasitə kimi görür. Eyni zamanda, turizm və İKT-nin inkişafı bu rifahın davamlılığını təmin edir, həmçinin sənaye dövrünü adlayaraq, post-sənaye, yəni informasiya cəmiyyətinə transformasiyanın, ölkənin inkişaf etmiş ölkələr sırasına daxil olmasının əsas göstəricisi kimi qəbul edir. - Azərbaycanın qeyri-neft sektorunda biznes mühitini necə dəyərləndirirsiniz? - Azərbaycanda qeyri-neft sektorunda biznes mühiti getdikcə yaxşılaşmaqdadır. 2008-ci ilin əvvəlində müəssisələrin, sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına alınması proseslərini sadələşdirmək və korrupsiya hallarını aradan qaldırmaq məqsədilə "Vahid Pəncərə" sistemi tətbiq edilib. Sistemin tətbiqi nəticəsində cari ilin birinci rübündə qeydiyyatdan keçən hüquqi şəxslərin sayı, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çox (14 mindən artıq) artıb. Ölkədə pərakəndə ticarət müəssisələrinin sayı son beş ildə 39% çoxalıb, ən yüksək artım iri və orta müəssisələrdə olub. Bu vəziyyət ölkədə investisiya iqliminin yaxşılaşdığını göstərir. Həmçinin yaxın perspektivdə xüsusi iqtisadi zonaların (XİZ) yaradılması da Azərbaycanın mövqeyini yaxşılaşdıracaq amillərdir. Yeni Gömrük Məcəlləsinin qəbul edilməsi, Dünya Ticarət Təşkilatına üzvlük üçün görülən tədbirlər də sahibkarların işini asanlaşdıracaq. - Sizcə, qeyri-neft sektoruna yönəlik xarici investisiyaların artmasını gözləmək olarmı? - Bəli, bundan sonra da birbaşa qeyri-neft sektoruna yönəlik xarici investisiyaların artmasını gözləmək olar. Bu nəticəyə gəlmək üçün həm neft, həm də qeyri-neft sektorlarındakı investisiya mühitini dəyərləndirərək birbaşa xarici investisiya potensial indeksini hesablayan UNCTAD-ın 2007 Dünya İnvestisiya Hesabatına baxmaq kifayətdir. Belə ki, Azərbaycan bu hesabatda birbaşa xarici kapital investisiyalarının daxilolma potensial indeksində 2004-cü ildə 73-cü, 2005-ci ildə isə 65-ci yerdə olub. Potensialın yüksəlməsi ölkənin investisiya iqlimindəki müsbət dəyişikliklərlə bağlıdır. Azərbaycan həm birbaşa xarici investisiya daxilolmalarının reallaşması, həm də potensial indeksində çox güclü mövqeyə sahibdir. Bu iki indeksin birlikdə dəyərləndirilməsi, ölkəmizin qeyri-neft sektorundakı investisiya iqliminin getdikcə yaxşılaşdığını, gələcəkdə bu sahəyə daha çox kapitalın cəlb edilməsinin mümkünlüyünü göstərir. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar