SON XƏBƏRLƏR

DİLİMİZ ULUSAL VARLİĞIMIZ DEYİLMİ ?_ Ərsan Ərel

2021.10.20, 07:36
DİLİMİZ ULUSAL VARLİĞIMIZ DEYİLMİ ?_ Ərsan Ərel

Gunaz.tv
DİLİMİZ ULUSAL VARLİĞIMIZ DEYİLMİ ? Arasıra tanış birisinin yazısını görərkən, azda olsa yurd nisgilini gidermek üçü ümidlənirəm. Dünen 525-ci qəzetin saytında Prof.Nizami Cəfərovun yazisida mende bu ümidi yaratdı. Ancaq yazının ilk cümlələrini oxuyan kimi sevincim qursağımda qaldı. “Azərbaycan poeziyasının tarixində müxtəlif üslublarla, müxtəlif məktəblərlə rastlaşırıq. Bu üslubların, məktəblərin hər biri bütöv və zəngin Azərbaycan poeziyasını təşkil edir. Müasir dövrdə Azərbaycan mədəniyyətinin, ədəbiyyatının dünyaya inteqrasiyasıyla bağlı, bu inteqrasiyanın müxtəlif mərhələləri və hər mərhələnin də uğurlu və məhdud cəhətləri barədə də mülahizələr yürüdə bilərik. Bu inteqrasiya nəticə etibarilə ədəbiyyatda rəngarəngliyə gətirib çıxarır…” Bu cümlələri oxuyan kimi ulusallıq adına beyin axarım məni bir neçə yabancı sinliyinə (məzarlığına) gəziyə götürdü. Göründüyü kimi bir neçə edimlə (fillə) yardimcı edimdən başqa Türkcə söz yoxdur. Şeyx Nəsrullahlığı yansıdan anlaşılmayan bu dil, bizə ölüm yolçuluğundan başqa nəyi aşılıya bilər? Ulusumuzun gələcəyi adına dil özgəçiliyinə ( dil kapitülasiyonuna) boyun əymiş bu dillə, gəncliyimizə hansı dil güvəncəsin veremək olar? Bir ulusda dil güvəni yaranmırsa o ulusun varlığı nəylə qoruna bilər? Dil öldüsə bir ulus ölmürmü görən? Dilimizin gələcəkdə egemənliyinin qorunması üçün bu yabancı ölülərin iyrənmiş cəmdəklərinin qoxusunu gəncliyə aşılamaq onları bu dildən çimçəkdirmək deyilmi? Hansı tutarlı məntiqlə gənclikdən yabancı sinliyi olan bu dilə yiyələnmələrini istəmək olar? Bu dil özgəçiliyi bizi acunun (dünyanın) egəmənliyinə soyunan Fransızcayla İngiliscəyə yem etmə yoluna götürmürmü? Bu Şeyx Nesrullahlığa inanan daşlaşmış beyinlər vardısa onlarla dartışacağım yox. Nə yazıq çiçəklənmədə olan gəncliyimizin düşüncə irzinə geçəcəyinə quşqum yoxdur. Geçənlərdə DAK adına belə bir bildiri yayınlanmışdır . “ Nəzərinizə çatdırırıq ki, 21 iyul 2008-ci il tarixində, İran İslam Respublikasının «Səhər» beynəlxalq telekanalının «Kompas» verilişində belə bir informasiya səslənmişdir ki, guya Azərbaycan hakimiyyəti Dünya Azərbaycanılıları Konqresinin telekanal açmaq üçün maliyyə dəstəyi ayırmışdır. DAK İnformasiya mərkəzi bəyan edir ki, bu həqiqətə uyğun məlumat deyil, dezinformasiyadır, İran İslam Respublikasının məlum dairələri tərəfindən Azərbaycan Respublikasına qarşı aparılan çirkin siyasətin məqsədlərinə xidmət edir.” Prof. Cəfərovun yazısın oxuyandan sonra bu dil duyarsızlığının suçunu, o siyasal əkinsəl (kültürəl) qurumdan(DAK) görmədim. Dil bilgisindən uzaq belə yazıların yazarları, (katibləri, mirzələri) “ədəbi dil” tamusundan (cəhənəmindən) öyrəndikləri qalıbların gəvşiyənləridir. Yene deyrəm bunuların suçuda Prof. N. Cəfərovların Əhti ətiqin (Arastutelin- ərəstunun) qalıtları (irsləri) olan dil bilgisinə dayanan “qutsal ədəbi” qalıblarından qaynaqlanır. Özlərini dilçi adlandıran bu kəsim, başlarında olan əzginliyi silkinib ata bilməsələr, dilimiz ölü dil olmağa adaydır. Çagımızda acnun egemən dilləri olma yolunda İngiliscəylə Fransızca ildə neçə min yeni söz yaratmaq üçün bir biriylə savaşdadırlar. Ancaq bizim dilçilərimizin əlinə ölmüş (arxeiqləşmiş) dəyənəyini verib, geçmiş ekinimizin, uyğarlığımızın güzgülərini sınndıraraq, ulusumuzu öz geçmişindən uzaqladmışıq. Bunun yerinə çeşitli alanlarda yabancı sözlərin bicliyinə , gicliyinə baxmadan onlara çağdaşlıq adşna vətəndaşlıq veririk. İllər boyu yavaş –yavaş Qarabağa gəlib yerləşən bir ovuc Ermənini Toprağımızdan çıxatmaqda bu kimi çətinlik çəkiriksə , beynimizdə , ürəyimizdə vətəndaşlıq verdiyimiz yabancı sözlər çoxaldıqca bizi öldürməzlərmi? İnanc adına Ərəb egemənliyi dönəmlərində sözqırım etdiyimiz “sağucu”(həkim),” otaçı” (əttar)...kimi sözlərin anlam bilimini (semantikasını), kökənciliyini (etimologiyasını) anlamaq çətinmi, yoxsa qarşılıqları olan yabancı sözlərin? Biz Türkcə sözləri öldürməklə yabancıların bizi əkinsiz, yuğarsız damğa vurmalarınada olanaq yaradırıq. Bir yandan ulusal varlığımızın uyğarlıq qanıtı olan öz Türkcələri öldürməklə özümüzü soysuzluğa, bir yandanda yabancı inanc, əkin sömürgəsini aşılayan sözlərə olanaq sağlamaqla, ulusal egemənliyimizin köklü ağacını öz əlimizlə baltalıyırıq. Çağdaş dilçilik bilimi adına bu yobazlığı yorumlamaq çox çətindir. Mollaların ərəbcəylə ölülərdən pul qazandığı kimi , çağdaş dilçisinində yabancı modaların pozundan qazanc sağlaması düşüncə biçiminin bir olmasinin göstərgəsi deyilmi? İki kəsimdə anlaşılmayan dilin (mirzə Məmməd Əli , səməd bəy, Rüstəm bəylərdə olduğu kimi) yaratdığı qaranlıqdan yararlanıb , toplumun cebinə girmirlərmi? Bunlarla oğruların , fırıldaqçıların,... nə ayrıcalıqları var? Bir yazının düşüncəsi onun yazanının özəl varıdır. Ancaq işlətdiyi dilin sözləri bir ulusun ana varlığıdır. Dili yabancı sinliyinə çevirmək , özgə bəzək düzəyilə poz vermək oynaşlıq deyildirsə nədir? Bu gün dalıya qalmış bir ölkəyə belə yabancı saqqızı girərsə ondan vergi alınır. Bu alınan vergilərin topluma paylaşımı ölkələrin iç sorunudur. Ancaq dalıya qalmış ölkələrdə gənəldə dil vergisi alınmadan sözlər içəri soxulurlar. Teknolojinin aracıyla ardısız bütün yerdən, göydən yağan bu yabancı sözlər qarşısında ölkə yönətimlərinin dil siyasətləri olmasa , çox çəkmədən yuxarıda dediyim kimi dil özgəçiliyi o ölkədə egemen olacaqdır. Uzun geçmişlik boyu buna alışan (ərəbcə, farsca, Rusca) Azərbaycanlıda oz dilinə yadırqamaqda çətinlik çəkmiyəcəkdir. Devlətin sıxı dil siyasət olmasa bu ağır ağlatı yarınlarda bizi gözləyir. İllər boyu yazıçı Anar kimi birinin topluma diküçanı (vertalyotu) mənimsədə bilimiyibsə , bu dil siyasətimizin olmamasından qaynaqlanır. Üstə gəl N. Cəfərov kimi vurdum duymaz dilçilərimizin pozlanma siyasətini. Biriləri “ dillər bir birindən borc ala bilər” məntiqini uydurmağa çalışırlar. Ancaq dillərin özəl kurallarını önəmsəmədən deyilən bu düşüncə yalnışdır. Hind Avropa dil kurupuyla ərəb sami dillərindən aldığımız sözcüklərin işlətmə sürəsi bitdikdən sonra, ölülərini bizə buraxmayıblarmı? İndiyə kimi bu yabancı sözlərin hangısı Türkcədə yeni sözlər yarada biliblərdir? Prof. Agamusa Axundovun “ Azərbaycan dilinin fonetikası” adlı yapıtında 11,12.ci cədvəllərdə verilən səsbilim adına yabancı sözcüklərlə bu dilin yaşanmasına işıq tuta bilərmi. Bir dilçilik inistutunun başqanının səs bilim adına verdiyi sözlərdən birinin belə Türkcə olmaması, Azərbaycanda dilçiliyin yabancılardan köçürmələr olduğunun göstərgəsi deyilmidir? “Dahilər məskəni” deyən bülbüllərin yabancı qapılarda dilənçiliyini nə ilə yorumlamaq olar? Türkcənin ən gözəl , ən özəl yönünün səs uymulu (ahəng qanunlu) bir dil olması deyilmi? Bu səs uyumu dili yabancılardan qoruyan alınmaz bir qala, sağlam gəlişməsinə olanaq sağlayan eşsiz bir dil yasası deyilmi? Biz indi bu yasanın kurallarını çeynədikdə dilimizi qurdlara yem etmirikmi? Məncə Azərbaycanda bu gün dilin gəlişməsi, eləcədə yabancılaşmaqdan qorunması sağlam düşüncəli qoşuqçuların, yazıçıların görəvidir. Onlar bu yolda Türkiyədə işlədilən öz Türkcələrlə yanaşı , yaradılan yeni sözləri yapıtlarında yansıtmlı, yayqınlaştırmalıdırlar. Görəvlərə , adlara boğaz olan bu dilçilərin ümidinə dil buraxılarsa , dilimiz ölüm yolculuğunu tutar. Məncə bu görəv sorumlu gəncliyimizin qutsal ulusal borcudur. Bu gün 94 yaşlı Türkiyəli ünlü qoşuqçu Fazıl Hüsnü Dağlarca, hardasa 50 il bundan öncə öyünərək” Türkcəmi yüzdə doxsana çıxarmışam” deyirdi. Çağımızın qoşuqçusu, yazıçısı bu gün Türkcəsində yüzdə doxsan doquza çıxmayıbsa nə ilə öyünə bilər? D. Osmanlının bulaq kimi duru sözlərində yabancı ölüləri yudurdan Prof, N. Cəfərovu məhkəməyə vermirsə onun öz işidir. Ancaq adlı sanlı bir dilçinin dili yabancılar sinliyinə çevirməyi əkinsəl cinayətdir. Bunlar bu cinayətlərinə hansı məhkəmədə cavab verməli olacaqlar? Hardasa iki il bundan öncə N. Cəfərovun kamutayda (məclisdə) dilin anlaşılmayan duruma gəldiyi yönündə qayğılarını oxumuşdum. Prof. N. Cəfərovu yaxşı tanıdığım üçün bu yolda atdımlar atılacağına inanasım gəldi. Ancaq sözü deyil işini (yazısını) dəyərləndirdiyimdə inancım qalmadı. Nə isə bu ümidlərimiz gəncliyin qayğılarıla ayaxda tutulacaqdır. Ərsan Ərel azadtribun

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar