SON XƏBƏRLƏR

Talvitiyenin

2021.10.20, 07:36
Talvitiyenin

Gunaz.tv
Talvitiyenin "Qarabağ resepti" ATƏT sədrinin xüsusi elçisi: "Azərbaycan Ermənistanı öz iqtisadi proqramlarına cəlb etməlidir" ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stab həmyerlisi Heykki Taltiviyeni özünə "donduruluş münaqişələr" və Cənubi Qafqazda siyasət üzrə xüsusi nümayəndə təyin edib. Bu barədə "Ekspress"ə Talvitiyenin ofisindən məlumat veriblər. Talvitiye vaxtı ilə ATƏT-in Minsk Konfransının sədri olub, 2004-2006-cı illərdə isə Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışıb. Gələn həftə Talvitiye Bakıya gələcək. Amma təkcə münaqişəni yox, seçkilər və başqa məsələləri də müzakirə edəcək. Qeyd edək ki, ATƏT-in təcrübəsində qurumun sədrlərinin Qarabağ problemi üzrə xüsusi nümayəndə təyin etmək praktikası mövcuddur. Sonuncu dəfə bu addımı 2004-cü ildə tяşkilata başçılıq etmiş Bolqarıstanın XİN rəhbəri Solomon Pasi atmışdı - Bolqarıstanın keçmiş baş naziri Filipp Dimitrovu münaqişə üzrə özünə xüsusi nümayəndə ayırmışdı. Lakin bu təyinat o qədər gec baş vermişdi ki, (təxminən 2004-cü ilin payız aylarında) Dimitrovun fəaliyyətinin heç bir əhəmiyyəti qalmadı. Belə ki, məruzəçi bölgəyə də gəldi, məruzə də hazırladı, ancaq cəmi iki aydan sonra (2005-in yanvarı) onu yeni sədrin - Dimitri Rupelin (Sloveniya) başçılıq etdiyi ATƏT-ə yaxın da buraxmadılar. Və bir il sonra Dimitrov Avropa qəzetlərinə verdiyi müsahibələrində Pasinin qətiyyətsizliyindən gileyləndi. Amma sələflərindən fərqli olaraq, ATƏT-ə sədrlik postuna ilortasında yiyələnmiş (O, yazda Finlindiya XİN-in rəhbərliyindən uzaqlaşdırılmış İlkka Kanervanı əvəz edir) A.Stab "dondurulmuş" münaqişələrə xüsusi diqqət göstərilməsinə tərəfdar olduğunu nümayiş etdirir. Sədr bu yaxınlarda fəaliyyət prioritetləri sadalayarkən bu məsələyə xüsusi toxunmuşdu. "Avropadakı dondurulmuş münaqişələr cəmiyyətləri iki yerə bölən divarlar ucaldıb, bu divarlar uçurulmalıdır. Bu çətin münaqişələrin müvəffəqiyyətlə həll olunması üçün biz indi müdaxilə etməliyik və gələcək uğurlar üçün baza yaratmalıyıq", - Stab bildirib. Əsas istiqamətlər sırasında o, terrorizmə qarşı mübarizə, ətraf mühitin mühafizəsi, ictimaiyyətlə hökumətlər arasında plüralist münasibətlərin qurulmasını qeyd edib: "Əvvəllər də ATƏT bu problemlərin həlli istiqamətində xeyli ciddi addımlar atıb, lakin hələ də həllini tapmayan məsələlər var. Məsələn, biz "Avropa" layihəsini başa çatdıra bilməmişik. Bu layihə üzərində iş 2008-ci ildə də davam etdiriləcək". Stab artıq Minsk qrupunun həmsədrlərilə görüşüb və deyib ki, tərəflər çətin seçim qarşısındadır. Odur ki, konkret proqnoz vermək mümkün deyil. Ancaq sədr həmsədrlərdən razıdır. Bununla yanaşı, sədr münaqişələrin nizamlamasında "vahid mexanizm"in axtarılmasını məntiqsiz adlandırıb. O, Kosovo probleminin həll mexanizminin Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiyada da tətbiqilə bağlı çağırışlara mənfi yanaşıb: "Bu beş münaqişə müxtəlif vəziyyətləri və şəraitləri əks etdirir ki, bu da hamısına tətbiq edilə biləcək vahid standartlar və universal model çağırışlarını inkar edir. ATƏT Dnestryanıda və Dağlıq Qarabağda keçirilmiş seçkiləri tanımadı, eyni zamanda, onların qarşısını ala bilmədi". Stab GUAM ərazisindəki münaqişələrin həllini "maraqlı tərəflərin xoş niyyət nümayiş etdirməsində" gördüyünü bildirib. Bir sıra müşahidəçilərin fikrincə, Qərbin Qarabağ məsələsində ehtiyatı iqtisadi amillərlə bağlıdır. Belə ki, böyük neft kəməri Dağlıq Qarabağ ərazisindən cəmi bir neçə kilometr aralıda keçir və bununla bağlı ehtiyat edilir ki, hər hansı bir qeyri-sabitlik Xəzər dənizindən dünya bazarlarına gedən neft axınına hədə yarada bilər. Dünən "Ekspress" qəzeti Heykke Talvitiyeyə qarşıdakı səfəri və münaqişə ilə bağlı bir neçə sualla müraciət edib: - ATƏT sədrinin münaqişə üzrə xüsusi nümayəndə təyin etməsi sülh danışıqlarına hansısa hərəkətlilik gətirə bilər? - Əvvəlcə deyim ki, bu, xüsusi mandat deyil. Və konkret məxsusi təyinat da deyil. Sadəcə Finlandiyanın ATƏT-ə sədrlik edən ölkə kimi, münaqişələrin nizamlasında, xüsusilə də Cənubi Qafqazın siyasi sabitliyinə diqqətini artırmasının niyyətidir. Avropa Birliyi və ATƏT-inn timsalında, Avropa öz ərazisindəki konfliktlərin həllinə müəyyən layihələrlə töfhə verməkdə həvəslidir. Məsələn, ehtimal olunur ki, AB müəyyən mərhələdə bölgədəki münaqişələrlə bağlı müxtəlif layihələr üçün maliyyə vəsaiti ayrılması üçün təşəbbüs göstərsin. Bu baxımdan, Cənubi Osetiya və Abxaziya münaqişələrinin həllinə yardım məqsədilə AB kimi ATƏT-in də güclü siyasi dəstək verməsi üçün Gürcüstan müvəffəqiyyətli lobbiçilik fəaliyyəti nümayiş etdirmişdi. Ymumiyyətlə, ATƏT-in Qafqazdakı münaqişələrin həlli üçün imkanları get-gedə daha da artır. Amma bu, heç də o demək deyil ki, bu və ya başqa təşkilat siyasi bəyanatlar və layihələrin icrası yoluyla yardim göstərməkdənsə, tərəflərin yerinə qərar qəbul edəcək... - Bəs münaqişələr, ümumilikdə necə həll olunmalıdır? - Tərəflər danışıqlar ücün bir masa arxasında oturmalı və çətin kompromisə hazır olmalıdırlar. Heç bir hökumət öz vətəndaşlarına münaqişələri tez bir zamanda hərbi yolla həll edəcəyinə söz verməməlidir. Əslində, hər iki münaqişə tərəfi üçün inam yaratma və insanlar arasında qarşılıqlı əlaqə yaranmasına böyük ehtiyac var. Bütün Cənubi Qafqazda qaçqın və məcburi köçkünlərin könüllü şəkildə müharibədən əvvəlki evlərinə qayıtması üçün imkanlar yaradılmalıdır. Hər iki tərəf inanmalıdır ki, müharibə etməkdənsə, münaqişənin həll olunmasından daha çox yararlanacaqlar, xüsusilə iqtisadi inkişaf və ticarət sahəsində. Xüsusilə də Azərbaycanı Ermənistanı öz iqtisadi proqramlarına cəlb etməlidir. - ATƏT-in Minsk qrupunun 14 illik səyləri nəticə verməyib... - Mən sülh danışıqlarının siyasi ağırlığından danışmaq istəməzdim. Bu, az əhəmiyyət daşıyan məsələdir. Mən özüm də həmsədr olanda bu barədə danışılmasını istəməzdim. Amma əgər Cənubi Qafqaz regionu iqtisadi zona kimi fəaliyyət göstərərsə, o zaman daha çox xarici investor bu regionda işləməyə maraq göstərəcək. - Regiona qarşıdakı səfəriniz konkret olaraq bu məsələlərlə bağlıdır? - Xeyr. Gələn həftə Bakıya ATƏT sədrinin xüsusi elçisi kimi səfər edəcəyəm. Əlbəttə, ATƏT uzun müddətdir, Qarabağ münaqişəsi ilə məşğul olur, bu sırada təşkilatın səylərini görməmək mümkün deyil. Biz problemi həll etməkdə iki ölkəyə kömək etməyə çalışırıq, biz sülh prosesinə kömək edirik, əsas iş isə xarici işlər nazirlərinin işidir. Amma biz onu da nəzərə alırıq ki, hər il atəş xəttində hər iki tərəfdən cavanlar ölür, kimisi gülləyə tuş gəlir, kimisi minaya düşür, bəziləri bütün ömrü boyu şikəst qalır. Biz xüsusilə, xalqlararası etimadın qurulması prosesini öyrənmək niyyətindəyik. Fikrimcə, görülə biləcək çox iş var. Bütğün bunlarla yanaşı, mən Bakıda çoxdan görmədiyim dostlarımla birlikdə Azərbaycandakı siyasi vəziyyət, xüsusilə qarşıdan gələn prezident seçkiləri ətrafında da diskussiya aparmaq istəyirəm. Biz Azərbaycanın ATƏT standartlarına uyğunlaşmaq barədə niyyətini eşidir və alqışlayırıq. Hesab edirəm ki, bu istiqamətdə fəaliyyətimiz davam etməlidir. Ələkbər Raufoğlu express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar