İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Pezeşkian Moskvadadır
KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
"Neft pulları bir lotereyaya bənzəyir, biz ondan səmərəli yararlana, yaxud qısa müddətdə xərcləyə bilərik" "Qara neft Azərbaycan dövlət büdcəsinin rəngini də qara edib" Dünya iqtisadiyyatının durumu ilə bağlı Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında Azərbaycana xüsusi yer ayrılıb. Hesabatda yazılır ki, daxili məhsulun həcminin dəyişməsindəki mənfi dinamika 2012-ci ildə gözlənilir. 2012-ci ilə kimi aşağı düşmə kiçik templərlə getsə də, 2012-ci ildə birdən-birə 1,7 faiz azalma olacaq. 2013-cü ildə bu azalma 2,6 faiz təşkil edəcək. BFV bildirir ki, əgər 2007-ci ildə Azərbaycanda iqtisadi artım 23,4 faiz idisə, 2008-ci ildə bu rəqəm 18,6 faizdən yuxarı qalxmayacaq. 2009-cu ildə daha az-15,6 faiz, 2010-cu ildə 4,8 faiz, 2011-ci ildə 1,6 faiz olacaq. Ramiz Mikayıloğlu Hesabatdan belə bəlli olur ki, Azərbaycan MDB-yə üzv ölkələr içərisində yeganə dövlət olacaq ki, onun iqtisadiyyatı uzaq prespektivdə tənəzzülə uğrayacaq. BVF bu proqnozlarını iqtisadiyyatımızın neftdən asılılığı ilə əsaslandırır. 2012-ci ilədək Azəri-Çıraq-Günəşli yataqlarından neft hasilatı gösitəriciləri pikə çatacaq. Proqnoz müəllifləri həmin vaxta qədər Azərbaycanın yeni neft yataqları tapacağına şübhə ilə yanaşır. Onlar qaz hasilatının neft hasilatını əvəzləyə biləcəyinə də inanmırlar. BVF ölkənin qeyri-neft sektoruna ümid bağlamağı da yanlış sayır. Zidd proqnozlar Məsələylə bağlı fikirlərini öyrəndiyimiz iqtisadçı ekspert Vüqar Bayramov deyir ki, Azərbaycan iqtisadiyyatı ilə bağlı beynəlxalq maliyyə qurumlarının müxtəlif proqnozları bir-birini inkar edir. Məsələn, BVF ölkə iqtisadiyyatının bir neçə ilə tənəzzülə uğrayacağı, Dünya İqtisadi Forumu iqtisadiyyatımızın yaxın illərdə inkişaf edəcəyilə bağlı proqnoz verir. Konkret BVF-nin 2012-ci ildə iqtisadi böhranın baş verəcəyilə əlaqədar son proqnozuna gəldikdə, bu proqnoz iki əsas arqumentə əsaslanır. Birincisi, Azərbaycanda 2012-ci ildən başlayaraq neft hasilatı azalacaq, ikincisi, bu gün neft satışından əldə olunan vəsaitlər səmərəli xərclənmir. Vüqar Bayramov birinci arqumentlə razılaşmır. Düzdür, 2012-ci ildə Azərbaycanda neft hasilatı azalmağa başlayacaq, amma hasilatın kəskin şəkildə azalacağından söhbət gedə bilməz. 2013-cü ildə Azərbaycanda 370 milyon barrel neftin hasil olunması proqnozlaşdırılır. Bu, əslində 2008-ci il ərzində hasil ediləcək neftdən 30 milyon barrel artıqdır. 2008-2012-ci ildə ölkəmizdə neft hasilatında pik nöqtələr olacaq. 2009-cu ildə Azərbaycanda neft hasilatı 420 milyon barrelə, 2010-cu ildə 450 milyon barrelə qədər artacaq, 2011-ci ildə 410 milyon, 2012-ci ildə 380 milyon barrelə düşəcək. Rəqəmlər göstərir ki, ölkədə neft hasilatı ən azı 2016-cı ilədək kəskin azalmayacaq. 2016-cı ildə neft hasilatı 240 milyon barrel olacaq. 240 milyon barrel bütün hallarda ciddi rəqəmdir. Səmərəli gəlirlər İqtisadçı ekspertin sözlərinə görə, problem ondadır ki, Azərbaycanın dövlət gəlirlərinin böyük əksəriyyətini neft satışından əldə olunan vəsaitlər təşkil edir. Keçən il dekabrın 24-də prezidentin sərəncamına əsasən, ölkədə Neft Fondundan dövlət büdcəsinə 1,1 milyard manatın transfert edilməsi nəzərdə tutulmuşdu. Amma 2008-ci ilin may ayında dövlət büdcəsinə edilən əlavə və dəyişikliklərdən sonra Neft Fondundan büdcəyə əlavə 2,7 milyard transfert rəsmiləşdi. Neft Fondunun gəlirləri 2008-ci il üçün 10, 144 milyard manata, xərcləri 4,380 milyon manata çatıb. Maraqlıdır ki, həmin vəsaitlərin 3,8 milyard manatı məhz dövlət büdcəsinə transfertlər şəklində həyata keçirilib. Qısası, əsas problem iqtisadiyyatımızın neftdən kəskin asılı olmasıdır. Neft Fondundan büdcəyə sonuncu dəfə 2,7 milyard manat transfert edildikdən sonra neft sektornunun büdcədə payı kritik həddə qədər yüksəlib. Büdcədə bu sektorun payı 75 faizə qədərdir. Faktiki qara neft Azərbaycan dövlət büdcəsinin rəngini də dəyişib, büdcənin rəngini qara edib. Bu, olduqca qorxuludur. Eyni zamanda, Neft Fondunun 2008-ci il üçün gəlirləri 10,144 manat olsa da, bu vəsaitlərin əldə olunmasından edilən gəlirləri cəmi 148, 898 min manatdır. Bu onu göstərir ki, həm dövlət büdcəsinin, həm də Neft Fondunun gəlirləri faktiki neft satışından formalaşır. Neft Fondunun gəlirlərinin idarə olunmasından əldə edilən gəlir çox cüzidir. 148, 898 min manatı 10, 144 milyard manatla müqayisə etmək qeyri-ciddidir. 2010-cu ildə İraq nefti qiymətləri ucuzlaşdıracaq Bu onu göstərir ki, dövlət büdcəsi neft sektorundan, neft sektoru beynəlxalq birjalarda neftin qiymətindən asılıdır. İmperativ olaraq bu o deməkdir ki, Azərbaycanın dövlət büdcəsi xarici faktorlardan, birjalardakı qiymətlərdən asılı vəziyyətə düşüb. İqtisadçı ekspert dedi ki, 2010-cu ilə kimi birjalarda neftin qiymətinin yüksək qalmasıyla bağlı proqnozlar üstünlük təşkil etsə də, 2010-cu ildən sonra neftin qiymətində də azalmalar müşahidə olunacaq. Bunun səbəbi ABŞ-ın İraqda neft hasilatını yüksəltmək üçün hərəkətə keçməsiylə bağlıdır. Müqayisə üçün deyək ki, İran istisnayla, Xəzər hövzəsində dünya neft ehtiyatlarının cəmi 54 faizi var. İraqda isə dünyanın neft ehtiyatlarının 11 faizi yerləşir və ABŞ bu ölkədən külli miqdarda neft hasil etmək niyyətindədir. Belə olan halda artıq neftə tələbatın ödənilməsi ehtimalı daha böyükdür. Ona görə də 2010-cu ildən neftin qiymətinin aşağı düşəcəyilə əlaqədar çox ciddi proqnozlar var. Vüqar Bayramova görə, BVF-nin ikinci arqumenti ilə razılaşmaq olar ki, Azərbaycanda neft pulları səmərəli xərclənmir. İnkişafı gələcək üçün zəruri qeyri-neft sektoruna heç 2 milyard manat xərclənmir. Dövlət qurumları dövlət büdcəsindən daha çox vəsait almaq uğrunda mübarizəyə girişiblər. Nigeriya təcrübəsi İqtisadçı ekspert bir məqama da toxundu. Hökumət neft pulları ilə bağlı Azərbaycanda Norveç modelini tətbiq etdiyini bəyanlayır. Əslində belə deyil. Norveçdə Neft Fondundan büdcəyə transfertlərin limiti Fondun gəlirlərinin 4 faizindən çox olmur. Azərbaycanda tamam fərqlidir. 2008-ci ildə Neft Fondunun illik gəlirinin 35 faizi büdcəyə transfert edilib. Norveçdə strelizasiya tədbirləri həyata keçirilir, Azərbaycanda belə tədbirlər çox zəifdir, manat başqa valyutalara nisbətən möhkəmlənir, amma manatın alıcılıq qabiliyyəti aşağı düşür. Bu o deməkdir ki, biz Norveç modelinin əsas elementlərini təfsir etmirik. Digər tərəfdən, müqayisə üçün deyək ki, dünyada Nigeriya modeli ən uğursuz model kimi xarakterizə olunur və öyrənilir. 1990-cı illərin ortalarında Nigeriyada neft satışından böyük gəlirlər əldə olunub. Azərbaycandakı kimi nazirliklərin yox, Nigeriyada vilayətlərin neft pulları uğrunda mübarizəsi gedib. 90-cı illərin ortalarında hər üç vilayətdə üç poladəritmə zavodlu tikilib. Həmin vaxt dolların kursu da yüksək olub, zavodların hər birini 6 milyard dollara tikmək qərarlaşdırılıb, daha sonra o zavodlardan birinin maya dəyəri 8 milyard dollara qədər yüksəlib. Faktiki 20 milyard dollar həmin zavodların tikintisinə xərclənib. Sonradan bəlli olub ki, əslində 3 zavodun tikintisinə ehtiyac yoxdur. Əvvala, zavodlar baha başa gəliblər, həmin zavodların istehsal etdiyi polad olduqca bahadır. Nəzərə alınsa ki, həmin zavodlarda müasir texnologiya tətbiq olunmayıb, əslində Avropadan poladı gətirmək o zavodların polad istehsal etməsindən daha ucuzdur. Bu gün həmin zavodlardan yalnız biri, həm də 20 faiz gücü ilə işləyir. 2016-cı ilə qədər vaxt Azərbaycanda da mahiyyətcə eyni durumdur. Sadəcə, vilayətlər deyil, dövlət qurumlarının neft pulları uğrunda mübarizəsi gedir. Vüqar Bayramov vurğuladı ki, bu gün Azərbaycanda dövlət qurumları həddən artıq böyük həcmli layihələrlə çıxış edirlər. Bu da narahatçılıq doğurmaya bilməz. Qısa vaxtda neft pullarının xərclənib qurtarması ehtimalı var. Hökumətin də yanaşması ondan ibarətdir ki, 2010-cu il qədər neft satışından əldə olunan vəsaitlər xərclənsin, yığım formasından istifadə olunmasın: "Bu şərtlər daxilində BVF-nin proqnozuna gəldikdə, mən düşünmürəm ki, 2012-ci ildə Azərbaycanda tənəzzül müşahidə olunacaq. Ümümdaxili məhsulun (ÜDM) həcmi 2010-cu ildən faiz etibarilə azalmağa başlayacaq, amma artım qalacaq. Neft pulları səmərəsiz xərclənsə də, neft pulları yığılmasa da, Neft Fondunun idarə edilməsindən əldə olunan vəsaitlər az da olsa, dövlət büdcəsinin neft sektorundan asılılığı qalsa da, 2012-ci ildə tənəzzül gözlənilmir. Azərbaycanda 2016-cı ilədək normal iqtisadi artıma nail olmaq mümkündür. Çox böyük ehtimalla həmin vaxta kimi iqtisadi tənəzzül müşahidə olunmayacaq. Bütün hallarda Azərbaycanda tənəzzülün baş verib-verməməsi neft pullarını necə xərcləməyimizdən asılı olacaq. Neft pulları bir lotereyaya bənzəyir. Biz ondan səmərəli yararlana, yaxud mükafat sayıb, qısa müddətdə xərcləyə bilərik. Tənəzzül neft pullarını səmərəli xərclənməsindən, qeyri-neft sektorunu inkişafından asılı olacaq. 2016-cı ilə qədər isə ümumiyyətlə, tənəzzül gözlənmir". xalqcebhesi
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Təbrizdə iki hüquqşünas həbs edilib
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
İranda dollar yenidən bahalaşmağa başladı
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda