SON XƏBƏRLƏR

Yaponiya və Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar (təhrim) tətbiq edə bilərlər

2021.10.20, 07:36
Yaponiya və Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar (təhrim) tətbiq edə bilərlər

Gunaz.tv

GünAz TV: Bu gün Avropa İttifaqına üzv olan 27 ölkənin xarici işlər nazirlərinin Brusseldə keçiriləcək sammitində (zirvə, görüş) əsas mövzulardan biri İranda baş verən son hadisələr olacaq.

 

Ehtimal olunur ki, İrana əlavə sanksiyaların (təhrim) tətbiq olunacağı barədə razılaşma əldə olunacaq. İlkin məlumatlara əsasən, sanksiyalar İranın dövlət məmurlarına qarşı, neft sənayesi və bank sektoruna (bəxş, bölüm) tətbiq ediləcək.

 

 Öz növbəsində Yaponiya hökuməti də İrana qarşı yeni sanksiyaların tətbiq olunmasını nəzərdən keçirir. Yaponiyanın XİN (xarici işlər nazirliyi) rəhbəri Koitiro Qemba bildirib ki, sanksiyalar İranın öz ərazisində xarici diplomatların və əmlakının təhlükəsizliyi təmin etmədiyinə görə tətbiq oluna bilər. Yaponiya noyabrın (November) 29-da Britaniyanın Tehrandakı səfirliyinə edilən hücumu qəti şəkildə pisləyib. Qemba deyib ki, sanksiyalar barədə yekun (nəhayi) qərar Yaponiyanın Avropa tərəfdaşları ilə məsləhətləşmələrindən sonra qəbul olunacaq. Apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar