SON XƏBƏRLƏR

Daha bir diktator Beynəlxalq Cinayət Məhkəməsinə göndərildi

2021.10.20, 07:36
Daha bir diktator Beynəlxalq Cinayət Məhkəməsinə göndərildi

Gunaz.tv

GünAz TV: Fildişi Sahilində (Sahele Ac) ötən il keçirilən prezident seçkilərində məğlub olmasına baxmayaraq hakimiyyətdən getməkdən imtina edərək ölkəni vətəndaş müharibəsinə sürükləyən Loren Qbaqbo Beynəlxalq Cinayət Məhkəməsinə (Haaqa=Lahə) təslim edilmək üçün Hollandiyanın Lahey şəhərinə gətirilib.

 

Alassan Uattaraya qarşı silahlı mübarizəni uduzaraq bu ilin aprelində ələ keçən Qbaqbo həmin tarixdən etibarən ölkənin qərbindəki Korhogo bölgəsində həbsdə saxlanılırdı. Qbaqbo hakimiyyətdən getməyi rədd edərək aylarla davam edən və təxminən 3 min insanın öldüyü vətəndaş müharibəsinin səbəbkarı olmaqda günahlandırılır.

 

Xatırladaq ki, ötən ilin noyabrında (November) keçirilmiş seçkilərdə məğlub olmasına və beynəlxalq ictimaiyyətin prezident kimi tanımadığı Fil Dişi Sahilinin diktatoru Loren Qbaqbo daxili və beynəlxalq güclərin birgə müqaviməti sonrası həsb olunmuşdu. Hakimiyyətdən getmədiyi üçün BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) sülhməramlı qüvvələrinin və Fransa ordusunun Qbaqbo rejiminə qarşı keçirdiyi hərbi əməliyyatlar keçirmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar