SON XƏBƏRLƏR

“The Sunday Times” qəzeti: “İsfahanda baş verən partlayış atom təsisatında olub”

2021.10.20, 07:36
“The Sunday Times” qəzeti: “İsfahanda baş verən partlayış atom təsisatında olub”

Gunaz.tv

GünAz TV: Keçən günlərdə İsfahanda baş verən partlayış zamanı bu şəhərdə yerləşə uran zənginləşdirilən zavoda (öngörü) ciddi ziyan dəyib.

Bu barədə bu gün “The Sunday Times” qəzeti məlumat yayıb.

Qəzet qeyd edir ki, İran rəsmilərinin iddia etdiyi kimi partlayış hərbi təlim zamanı yox, İsfahandakı atom obyektində (təsisat) olub. “The Sunday Tmes” bu xəbəri İsrail kəşfiyyatına mənbəyə istinadən yayıb. İsrail kəşfiyyatı peyklərdən (mahvarə) çəkilən şəkillər əsasında tüstünün uran zənginləşdirilən zavoddan qalxdığını müəyyənləşdirib. İsrail kəşfiyyatı birmənalı olaraq əmindir ki, partlayış zamanı 2004-cü ildə istismara verilən bu zavodda atom qurğusu zədələnib və bu, hərbi təlim zamanı baş verən bədbəxt hadisə deyil.

 

İsrail kəşfiyyatındakı mənbə “The Sunday Times” qəzetinə bildirib ki, xüsusən İsfahandakı zavodda saxlanılan xammala ciddi ziyan dəydiyi qənaətindədirlər. ABŞ Dövlət Departamentinin (Amerika Birləşmiş Ştatlarının Xarici İşlər Nazirliyi) mətbuat katibi Mark Toner də məsələni araşdırdıqlarını söyləyib.

 

 Partlayışdan sonra radiasiyanın baş verib-vermədiyi, bunun İran və qonşu dövlətlərin xalqları üçün nə dərəcədə təhlükəli olduğu da araşdırılır. Lent.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar