SON XƏBƏRLƏR

Norveç İrandakı səfirliyini bağlayır

2021.10.20, 07:36
Norveç İrandakı səfirliyini bağlayır

Gunaz.tv

GünAz TV: Norveç rəhbərliyi etirazçıların Britaniyanın diplomatik nümayəndəliyinə hücumundan sonra İrandakı səfirliyini bağlamaq qərarına gəlib.

Bu barədə Frans-Press Agentliyinə Norveç hökumətindən məlumat verilib.

 

Norveç XİN-in (xarici işlər nazirliyi) rəsmisi Hild Steinfeldin agentliyə bildirdiyinə görə, hələlik Norveçin diplomatik missiyasının (görəv, məmuriyyət) əməkdaşları Tehrandadır və onların təxliyəsi barədə qərar hələ qəbul edilməyib. 

 

Qeyd edək ki, çərşənbə axşamı radikal əhval-ruhiyyədə olan iranlı tələbələr Böyük Britaniyanın bu ölkədəki səfirliyi önündə etiraz aksiyası (etiraz göstərisi) keçirib, səfirliyin binasına daxil olaraq Britaniya bayrağını yandırıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar