SON XƏBƏRLƏR

Rəsmi Tehran Londonu cavab tədbirləri ilə hədələyib

2021.10.20, 07:36
Rəsmi Tehran Londonu cavab tədbirləri ilə hədələyib

Gunaz.tv

GünAz TV:  İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ramin Mehmanpərəst Londonun İran səfirliyini bağlaması barədə qəbul etdiyi qərarını şərh edərək bildirib ki, İran Böyük Britaniyaya qarşı “cavab tədbirləri” görəcək.

 

GünAz TV mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, Mehmanpərəst İran hökumətinin xarici dövlətlərin səfirliklərinin əməkdaşlarını və əmlakının təhlükəsizliyini təmin etməsində aciz olması ittihamları rədd edib və bildirib ki, Britaniyanın Tehrandakı səfirliyinə edilmiş hücum gözlənilməz olub.

 

İran dövlət televiziyası ilə çıxış edən Mehmanpərəst deyib ki, Britaniya səfirliyi ilə bağlı hadisələr Londonun İran dövlətinə qarşı apardığı siyasətlə bağlı olub.

O deyib: “Sayıqlıq və görülmüş tədbirlər nəticəsində Britaniya diplomatlarından xəsarət alan olmayıb”.

Onun sözlərinə görə, “İran məhkəmə sistemi səfirliyə hücum edənlərlə məşğul olur. Onlar cəzalandırılacaq”.

 

Mehmanpərəst İranın Londondakı səfirliyin bağlanılmasını Böyük Britaniyanın "tələsik və düşünülməmiş” addımı kimi qiymətləndirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar