SON XƏBƏRLƏR

İranın bütün diplomatları Böyük Britaniyadan qovuldu

2021.10.20, 07:36
İranın bütün diplomatları Böyük Britaniyadan qovuldu

Gunaz.tv

GünAz TV: Böyük Britaniya rəhbərliyi Tehranda Britaniya səfirliyinin ələ keçirilməsinə qarşı sərt tədbirlər görüb.  

 

Bu barədə jurnalistlərə Böyük Britaniyanın XİN (xarici işlər nazirliyi) rəhbəri Uilyam Heyq məlumat verib.

 

Britaniya XİN-nin tələbi üzrə, bütün iranlı diplomatlar 48 saat ərzində ölkəni tərk etməlidirlər. İranın Londondakı səfirliyi bağlanılacaq.

 

Bununla yanaşı U.Heyq qeyd edib ki, İran rəhbərliyi “müəyyən dərəcədə Tehranda səfirliyə hücuma dəstək göstərib.”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar