SON XƏBƏRLƏR

Davudoğlu Suriyaya tətbiq ediləcək sanksiyaları (təhrim) açıqladı

2021.10.20, 07:36
Davudoğlu Suriyaya tətbiq ediləcək sanksiyaları (təhrim) açıqladı

Gunaz.tv

GünAz TV: Bu gün Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkiyənin Suriyaya qarşı həyata keçirəcəyi sanksiyaları (təhrim) açıqlayıb.

 

Əhməd Davudoğlu bildirib ki, Türkiyə və Suriya arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq mexanizmi ləğv olunacaq. Bu barədə Lent.az “Hürriyət” qəzetinə istinadən xəbər yayıb.

 

Suriyada xalqa qarşı zorakılıq törətməkdə ittiham olunan bəzi şəxslərin Türkiyəyə səyahətinə qadağa qoyulacaq, Türkiyədəki sərvətləri dondurulacaq. Türkiyədən Suriyaya silah satışı dayandırılacaq və Türkiyə üzərindən üçüncü ölkədən Suriyaya hərbi sursat və silah aparılmasına yol verilməyəcək.

 

Əhməd Davudoğlu Suriya Mərkəzi Bankı, Suriya Ticarət Bankı və “Eximbank” ilə də əlaqələrin dondurulacağını açıqlayıb. Bir həftə ərzində iki ölkə arasında ikitərəfli təyyarə reysləri dayandırılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar