SON XƏBƏRLƏR

Böyük Britanya diplomatlarını İrandan çıxarır

2021.10.20, 07:36
Böyük Britanya diplomatlarını İrandan çıxarır

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obama İranın hakimiyyət dairələrini Böyük Britaniyanın Tehrandakı səfirliyinin binasına hücum etmiş şəxsləri məsuliyyətə cəlb etməyə çağırıb.

 

GünAz TV mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Birləşmiş Ştatların dövlət başçısı Tehranda nümayişçilərin Britaniya səfirliyinə hücum etmələri ilə bağlı narahatlıq keçirdiyi bildirib: "Etiraz aksiyası (göstəri) iştirakçılarının belə davranışı yolverilməzdir".

 

Böyük Britaniya Tehrandakı diplomatik missiyasının (görəv, məmuriyyət) bütün əməkdaşlarını vətənə qaytarmaq qərarına gəlib.

"Əl Ərəbiyyə" bildirir ki, britaniyalı diplomatlar İrandan Birləşmiş Ərəb Əmirliklərinə yollanıblar.

Rəsmi London isə bildirib ki, İrandakı bu aksiya cavabsız qalmayacaq.

 

ABŞ-ın dövlət katibi Hillari Klinton isə bəyan edib ki, Britaniyanın İrandakı diplomatik missiyasına hücum bütün dünya birliyinin təhqir edilməsidir.

 

"Birləşmiş Ştatlar bu hücumu qətiyyətlə pisləyir. İran hökumətinə Britaniyanın diplomatik missiyasını qorumaq üçün yardım etməyə hazırıq və əmin olmaq istərdik ki, İran zəruri mühafizəni təmin edəcək", - Klinton deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar