SON XƏBƏRLƏR

Amerika və Avropa Birliyi Böyük Britanyanın səfirliyinə hücumu şiddətlə pisləyiblər

2021.10.20, 07:36
Amerika və Avropa Birliyi Böyük Britanyanın səfirliyinə hücumu şiddətlə pisləyiblər

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) və Avropa Birliyidə Böyük Britaniyanın İrandakı səfirliyinə hücum edilməsini kəskin şəkildə pisləyiblər.

 

ABŞ prezident Administrasiyasının (hökumət) nümayəndəsi bildirib ki, Vaşinqton hər zaman Böyük Britaniyanın yanında olub və olacaq.

 

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton belə bir hadisənin baş verməsindən təəssüfləndiyini bildirib və bu addımın heç bir məntiqə sığmadığını açıqlayıb.

 

Xatırladaq ki, səfirliyin qarşısında aksiya (etiraz göstərisi) keçirən tələbələr Böyük Britaniya və İsrail əleyhinə şüarlar səsləndirib, binanı yumurta atəşinə tutublar, şüşələrini sındırıb və yandırıcı maddələr atıblar. Aksiya iştirakçıları səfirlik binasından asılmış Britaniya bayrağını endirərək onun yerinə İran bayrağı asıblar, Britaniya və İsrail bayraqları yandırılıb. Eyni zamanda etirazçılar içəri daxil olaraq səfirliyə məxsus bəzi məxfi sənədləri oğurlayıb, bəzilərini məhv ediblər. İran polisi səfirliyə hücum zamanı girov götürülmüş altı britaniyalı diplomatı azad edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar