SON XƏBƏRLƏR

İranda nüvə reaktoru yerləşən şəhərdə partlayış olub

2021.10.20, 07:36
İranda nüvə reaktoru yerləşən şəhərdə partlayış olub

Gunaz.tv

GünAz TV: İranın İsfaahan şəhəri yaxınlığında partlayış baş verib. Bu barədə məlumatı İranın "Fars" agentliyi yayıb.

 

Məlumata görə, partlayış səsi ötən gün eşidilib. İsfahan rəhbərliyi ciddi bir şeyin baş vermədiyini iddia etsə də, bu şəhərdə İranın nüvə reaktorlarından birinin yerləşməsi faktı xarici informasiya agentliklərinin (ajans) diqqətini bura yönəldib.

 

İranın "İRNA" agentliyinin məlumatına görə, İsfahan qubernatorunun (ostandar, valı) siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Məhəmməd-Mehdi İsmaili İsfahanda partlayışın baş verməsi barədə məlumatı təkzib edib. Məhəmməd-Mehdi İsmaili bu xəbərləri "əsassız və uydurma" adlandırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar