SON XƏBƏRLƏR

Böyük Britanyadan İrana cavab

2021.10.20, 07:36
Böyük Britanyadan İrana cavab

Gunaz.tv

GünAz TV: Noyabrın (November) 27-də Böyük Britaniya Xarici İşlər Nazirliyinin sözçüsü jurnalistlərə açıqlamasında ölkə səfirinin İrandan qovulacağı təqdirdə Tehrana kəskin cavab veriləcəyini bildirib.

Sözçünün açıqlaması İran parlamentinin Böyük Britaniyanın İrandakı səfirinin ölkədən qovulması haqda qərar qəbul etməsindən bir neçə saat sonra yayılıb.

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, Böyük Britaniya Xarici İşlər Nazirliyinin sözçüsü İran parlamentinin Londonla diplomatik münasibətlərin aşağı səviyyəyə endirilməsi haqda qərarından təəssüfləndiyini bəyan edib: “Əgər İran bu layihəni həyata keçirsə, biz beynəlxalq müttəfiqlərimizlə məşvərət edərək Tehrana kəskin cavab verəcəyik.

Heç nə ilə izah olunmayan bu hərəkət hazırda dünyadan təcrid edilən, nüvə proqramının mahiyyəti və insan hüquqlarının pozulması ilə bağlı beynəlxalq nigarançılıqlara cavab verməyən bir rejimə yardım etməyəcək”.

Noyabrın 27-də İran parlamenti Böyük Britaniyanın İrana qarşı rəftarına, İran Mərkəzi Bankına sanksiya qoymasına etiraz əlaməti olaraq Londonla diplomatik münasibətlərin minimuma endirilməsinə, bu ölkənin İrandakı səfirinin ölkədən qovulmasına qərar verib. Qərara görə İran prezidenti Mahmud Əhmədinejad hökuməti iki həftə içində Böyük Britaniyanın İrandakı səfirini ölkədən qovmalı, bu ölkə ilə bütün diplomatik əlaqələri məhdudlaşdırmalıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar