SON XƏBƏRLƏR

Müxalifət lideri Yəmənin baş naziri təyin oldu

2021.10.20, 07:36
Müxalifət lideri Yəmənin baş naziri təyin oldu

Gunaz.tv

GünAz TV: Yəmən prezidenti Əli Abdulla Salehin hakimiyyətdən getməsindən sonra onun səlahiyyətlərini icra edən vitse-prezident (prezident müavini) Əbd Rabbo Mənsur Hadi müxalifət lideri Məhəmməd Basindvanı baş nazir təyin edib.

 

O, bu postu koalisiyada (etilaf) birləşmiş 7 partiyanın namizədi kimi tutub. Bu barədə Milli.Az xəbər portalı Reuters-ə istinadən xəbər yayıb.

 

Xatırladaq ki, Yəməndə uzun müddətdir, hökumət əleyhinə nümayişlər və toqquşmalardan sonra, noyabrın (November) 23-də prezident Saleh hakimiyyətdən getməyə razılaşıb. O, hakimiyyətin müxalifətə ötürülməsi haqda razılaşmanı imzalamaqla, 33 illik hakimiyyəitinə son qoyub. Əvəzində Saleh özünün və ailəsinin toxunulmazlığına zəmanət alıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar