SON XƏBƏRLƏR

İran Türkiyəni hədələdi

2021.10.20, 07:36
İran Türkiyəni hədələdi

Gunaz.tv

GünAz TV: İran rəsmiləri hədə-qorxu gəlir. General Əmir Əli Hacızadə İrana qarşı hər hansı hücum barədə ciddi xəbərdarlıq edib.  

 

İranın İnqilab Qvardiyasının (Sepah) ali baş komandanı (fərmandeh) bəyan edib ki, əgər ABŞ (Amerika Birləşmiş Ştatları) və İsrail İrandakı obyektlərə (təsisat) zərbə endirsə, ölkəsi NATO-nun Türkiyədəki raket əleyhinə müdafiə (RƏM) sistemlərinə hücum edəcək.

 

Qvardiyanın hava qüvvələri qoşunlarının rəhbəri general Əmir Əli Hacızadə bildirib ki, ABŞ və İsrailin İrana qarşı siyasəti Tehranı müdafiə doktirnasına yenidən baxmağa vadar edib. General xəbərdarlıq edib ki, İran yeni müdafiə strategiyası çərçivəsində ABŞ və İsrail tərəfindən artan təhdidlərə müqavimət göstərəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar