SON XƏBƏRLƏR

Ərəb Birliyi Suriyaya qarşı sanksiyaları (təhrim) təsdiqlədi

2021.10.20, 07:36
Ərəb Birliyi Suriyaya qarşı sanksiyaları (təhrim) təsdiqlədi

Gunaz.tv

GünAz TV: Ötən gün Misirin paytaxtı Qahirədə toplanan Ərəb Ölkələri Liqası (Birliyi) Xarici işlər nazirlərinin iclasında Suriyaya qarşı 14 maddəlik iqtisadi sanksiyalar (təhrim) paketi təsdiqləyib.

 

Qeyd edək ki, Liqanın üzvü olan 22 ölkədən 19-u bu sanksiyaların lehində, ikisi əleyhinə (Əlcəzair və Yəmən) səs verib, bir ölkə (İraq) isə bitərəf qalıb. Livan (Lübnan) isə səsvermədə iştirak etməyib.

 

Ərəb Ölkələri Liqasının sədri – Qətərin baş naziri Şeyx Həmad bin Casim qəbul edilən sanksiya qərarlarının dərhal qüvvəyə minəcəyini deyib.

 

Sanksiya qərarları arasında ərzaq və təməl ehtiyac maddələri istisna olmaqla bu ölkəyə qarşı həyata keçiriləcək embarqo (təhrim) qərarı da var. Anspress

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar