SON XƏBƏRLƏR

İran Britaniyaya qarşı cavab addımı atıb

2021.10.20, 07:36
İran Britaniyaya qarşı cavab addımı atıb

Gunaz.tv

GünAz TV: İran parlamenti böyük səs üstünlüyü ilə Britaniya ilə diplomatik münasiblətlərin səviyyəsinin aşağı salınmasına səs verib.

 

İran parlamentinin bu qərarı Britaniya hökümətinin İran bankları əleyhinə qəbul etdiyi sanksiya (təhrim) qərarına cavab addımı olub.

 

London və digər qərb ölkələri hesab edir ki, İran bankları İranın nüvə proqramının maliyyələşdirilməsində iştirak edir.

İran parlamenti qərarının qanun qüvvəsinə minməsi üçün ölkənin Konstitusiya (Anayasa) keşikçiləri şurası tərəfindən təsdiqlənməlidir.

Bu baş versə İran Britaniya səfirindən ölkəni tərk etməyi tələb edə bilər.

 

Britaniyanın Xarici İşlər Nazirliyi İran parlamentində qəbul olunmuş qərardan təəsüfləndiyini bildirib.

Noyabrın (November) 22-də Britaniyanın Maliyyə Nazirliyi İran bankları ilə bütün maliyyə əlaqələrinin kəsildiyini elan etmişdir.

London hesab edir ki, İran bankları Tehranın nüvə proqramının maliyyələşdirilməsinə kömək edir.

 

Noyabr ayının əvvəlində Beynəlxalq Atom Enerjisi Agentliyi Tehranın nüvə silahı üzərində işlədiyini iddia edən hesabat dərc etdirib.

Tehran iddia edri ki ölkənin nüvə proqramı sülhməramlı xarakter (mahiyyət) daşıyır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar