SON XƏBƏRLƏR

Paniranizm İranın dövlət siyasətidir- MÜSAHİBƏ

2021.10.20, 07:36
Paniranizm İranın dövlət siyasətidir- MÜSAHİBƏ

Gunaz.tv

GünAz TV mətbuat mərkəzini növbəti müsahibi, Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri,  siyasi şərhçi Natiq Miridir.

 

 - Türkiyə-İran münasibətləri gərginləşdirməkdədir. Sizcə, İranın Türkiyə raket zərbəsi endirməsi mümkündürmü?

 

- Bu İran əleyhinə cəbhənin böyüməsi demək olardı. Türkiyə bölgənin ən güclü dövləti olduğu kimi, həm də İslam bayrağını daşıyan bir dövlətdir. Yəni, İranın Türkiyə ərazisində kimlərə məxsus olmasından asılı olmayaraq hər hansı bir hədəfi vurması bütün müsəlman dünyasını onun əleyhinə çevirəcək. Bütün bunları nəzərə alanda, demək olar ki, İranın bütün bu amilləri gözardı edəcək qədər boyu uzun deyil. Sadəcə, İran vahid güc mərkəzi tərəfindən idarə edilmədiyindən hər ağızdan bir avaz gəlir. Bunu qabaqlayıcı psixoloji (rəvani) basqı kimi dəyərləndirmək lazımdır.

 

- Ümumiyyətlə, Siz İranın hərbi-siyasi dairələrinin Türkiyə qarşı belə qıcıq yaratmasının əsas səbəbini nə ilə bağlayırsınız?

 

- NATO-nun Türkiyəyə yerləşdirdiyi raket əleyhinə radar sistemləri İranın bütün raketlərini neytrallaşdıracaq (xunsa olmaq) gücdədir. Bu isə İranın ciddi təhdidlərinə kölgə salır. Digər tərəfdən, İranda bu sistemlərin İsraili də qoruyacağı əndişəsi var. Başqa tərəfdən, İran Ərəb dünyasında öz nüfuzunu itirdiyi halda, Türkiyə bölgədə əski status-kvonu (hazırkı vəziyyəti) dəyişərək həlledici rola malik olmaqdadır. Bunun üstünə Türkiyənin Ərəb Liqasını (birliyi) arxasına alaraq Yaxın Şərqdə İranın yeganə qalası olan Suriyanı küncə sıxışdırmasını da gəlsən İranın Türkiyəyə qıcıq olmasının səbəbləri aydınlaşar.

 

- Artıq, dünya mətbuatında ən çox müzakiər olunan İrana qarşı hərbi müdaxilə məsələsi gündəmdədir. Əgər, İrana hərbi müdaxilə olsa 35 milyon türkün taleyini necə görürsünüz və soydaşlarımız hansı addım atmalıdırlar?

 

- Bu gün dünya gücləri bölgədə ikinci bir böyük türk dövlətinin yaranmasını istəmir. Dünya bu cür dəyişikliyə hazır deyil. Həqiqəti desək, bu cür dəyişikliyə nəinki dünya, hətta Azərbaycan və qardaş Türkiyə belə hazır deyil. Belə olduğu təqdirdə, İranda rejim dəyişikliyi baş versə belə, bizim soydaşlarımız üçün müsbət mənada nəyin isə dəyişəcəyini güman etmirəm. Çünki Paniranizim İranın fundamental (əsasi, təməl) dövlət siyasətidir və rejimlər bir-birini əvəz etsə də, bi şovinist siyasət dəyişməz qalır. Ona görə də Azərbaycan və Türkiyən həm bölgədə, həm də dünyada ciddi güc mərkəzinə çevrilməyənədək passionar (qüvvə) insanlarımızı qorumalı və həlledici "döyüşə" hazırlamalıyıq.

 

Söhbətləşdi: Elnur Eltürk

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar