SON XƏBƏRLƏR

Tağı Sələhşur və Mehdi Həmidi Şəfiqi müvəqqəti azadlığa buraxmadılar

2021.10.20, 07:36
Tağı Sələhşur və Mehdi Həmidi Şəfiqi müvəqqəti azadlığa buraxmadılar

Gunaz.tv

GünAz TV: Azərbaycanlı fəallar Tağı Sələhşur və Mehdi Həmidi Şəfiq barədə çıxarılan həbs qərarı vəsiqə qərarı ilə əvəz edilməyib.

 

Azərbaycanlı fəalların ailəsi dünən bazar günü  Təbrizin inqilab məhkəməsinə müraciət ediblər. Lakin, məhkəmə adını çəkdiyimiz fəalları müvəqqəti azadlığa buraxmayıb.

 

Qeyd edək ki, Tağı Sələhşur və Mehdi Həmidi Şəfiqlə eyni dosyeyə sahib olan bir neçə nəfər keçən günlərdə mülki vəsiqə qarşılığında azadlığa buraxılıblar. Belə məlum olur ki, bu iki nəfər hələ zamanı müəyyən olmayan məhkəmə iclasına qədər zindanda qalmalıdırlar.

 

Xatırladaq ki, adını çəkdiyimiz milli-mədəni fəallar avqustun 24-ü (şəhrivərin 2-i) Təbrizin Qumtəpə məhəlləsində iftar mərasimi zamanı tutuqlanan milli-mədəni fəallardandırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar