SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Şirzad Hacilunun məhkəmə iclası keçirilib

2021.10.20, 07:36
Azərbaycanlı fəal Şirzad Hacilunun məhkəmə iclası keçirilib

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəalın birinci məhkəmə iclası Xoy şəhərinin inqilab məhkəməsində keçirilib.

 

Hacilu dünən bazar günü keçirilən məhkəmə iclasında ona qarşı irəli sürülən ümumi nizamı pozmağa cəhd göstərməklə bağlı ittihamı rədd edib və Xoy şəhərinin polis məmurlarının tutuqlanmış azərbaycanlı fəallara qarşı münasibətlərini qanunsuzluq adlandırıb.

 

Xatırladaq ki, Şirzad Hacilu “Əvrin” qeyri-hökumət müəssisəsinin müdir-məsulu, türk dili müəllimi və tanınmış azərbaycanlı milli-mədəni fəallardan biridir. O, senyabrın 26-ı (mehrin 4-ü) Xoy şəhərində mərhum Cəfərzadə ailəsinin dəfn mərasimi zamanı 80 nəfərdən çox milli-mədəni fəalla birlikdə tutuqlanıb və 24 gün işgəncələr altında saxlanılmışdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar