SON XƏBƏRLƏR

Fazil Lənkəraninin oğlu Rafiq Tağının ölümünü təbrik edib

2021.10.20, 07:36
Fazil Lənkəraninin oğlu Rafiq Tağının ölümünü təbrik edib

Gunaz.tv

GünAz TV: İran İslam Cümhuriyyətinin əməlləri faş olmaqdadır. Artıq ayətullah Fazil Lənkəraninin oğlu yeni qətlə yetirilmiş azərbaycanlı yazıçı Rafiq Tağının öldürülməsini təbrik edib.

 

“Khabaronline” saytı təbrik mətnini belə dərc edib:

 

“Azərbaycanın Salman Rüşdüsünün öldürülməsi ilə bağlı ayətullah Hacı  Şeyx Məhəmməd Cavad Fazil Lənkərani Azərbaycan Cümhuriyyətinin xalqına sav (peyğam, mesaj) ünvanlayıb: "İslam düşmənləri bilsinlər ki, azad müsəlmanlar və qeyrətli gənclər icazə veməyəcəklər ki, beynəlxalq sionizm və emperialistlərin islama qarşı planları həyata keçsin. Onlar, satqın və dinsizləri cəzalandıracaqlar."

O, əlavə edib ki,  bu mürtədin öldürülməsinə dair fitva verən ayətullah Fazil Lənkəraninin xatirəsini hörmətlə yad edir və ona ALLAHdan əcr diləyirəm.”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar