SON XƏBƏRLƏR

Öyrəncilər universitetin təhlükəsizlik bölümünə çağırılıblar

2021.10.20, 07:36
Öyrəncilər universitetin təhlükəsizlik bölümünə çağırılıblar

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanlı öyrəncilərə qarşı təzyiqlər davam edir. Bir qrup öyrənci Binab dövlət universitetinin təhlükəsizlik bölümünə (hərasət) çağırılıblar.

 

 Bölümə çağırılan öyrəncilər, Qərb cərəyanlarına bağlılıqda və pantürkizmdə ittiham edilirlər. Artıq öyrəncilərin yataqxanası və evləri qanunsuz olaraq yoxlanılıb və heç bir şübhəli məqam ortalığa çıxmayıb.

 

Bütün bunlar ona görə baş verib ki, öyrəncilər Urmu Gölü Ocağı yaratmaq və bu zəmində fəaliyyət göstərmək istəyiblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar