SON XƏBƏRLƏR

Suriyada PKK üçün düşərgə yaradılıb

2021.10.20, 07:36
Suriyada PKK üçün düşərgə yaradılıb

Gunaz.tv

GünAz TV: Suriya rəhbərliyi öz ərazisində Türkiyəyə qarşı fəaliyyət göstərən Kürd Fəhlə Partiyasının (PKK) yaraqlılarının (silahlı)  hazırlanması üçün düşərgə yaradıb.

 

Türkiyə kəşfiyyatındakı mənbələrə istinad edən qəzetin məlumatlarına görə, düşərgə Türkiyə ilə sərhəddə, Ras əl-Eyn şəhəri yaxınlığında yerləşir. Burada 150-dən artıq insan hərbi və siyasi hazırlıq keçir. Bundan başqa, separatçılar (bölücülər) şimali İraqdakı digər düşərgələrindən Suriyaya köçürmə imkanlarını nəzərdən keçirirlər. Bu barədə Milliyet qəzeti məlumat yayıb.

 

Qəzet düşərgənin Suriya Milli Şurasının – Bəşşar əl-Əsədin istefasına çalışan müxalif qurumun rəhbərliyini qəbul etmiş Ankaranın hərəkətlərinə Dəməşqin cavabı olduğunu yazır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar