SON XƏBƏRLƏR

Yəmən əhalisi diktatoru cəzasız buraxmaq istəmir

2021.10.20, 07:36
Yəmən əhalisi diktatoru cəzasız buraxmaq istəmir

Gunaz.tv

GünAz TV: Saleh istefa versə də, xalq onun toxunulmazlıq statusuna (vəziyyət) etiraz edir – yenə ölənlər var.

Yəməndə prezident Əli Abdullah Salehin istefa verməklə bağlı sazişi imzalaması da xalqı sakitləşdirə bilməyib. Ölkədə etiraz aksiyaları (yürüş) və zorakılıq dalğası davam edir. Xalq Körfəz (xəlic) Əməkdaşlıq Təşkilatının vasitəsilə Saleh və müxalifət arasında əldə edilmiş razılaşmadan məmnun deyil. Etirazçılar müxalifətin xəlvəti qaydada Salehlə əməkdaşlıq etməsinə etiraz etməklə yanaşı, Salehin toxunulmazlıq statusu alması ilə qəti olaraq razılaşmırlar. Yəmənlilər Salehin və ətrafındakıların tökdükləri qana görə cəzalanmasını tələb edirlər.

 

Nümayişçilərə Salehin hərbi qüvvələrinin və mülki geyimli adamların atəş açdığı bildirilir. Paytaxt Sanada ən azı beş, ölkənin cənubunda isə ən azı 17 adamın öldürüldüyü açıqlanıb. Müxalifət isə etiraz aksiyalarının liderləri ilə görüşərək xalqın təməl istəklərini nəzərə alacaqlarını vəd ediblər. Razılaşmaya əsasən Salehin səlahiyyətlərini təhvil alan vitse-prezident (president müavini) Mansur Hadi müxalifətin təklif etdiyi namizədə baş nazir olaraq mili hökumət qurmaq səlahiyyəti verəcək. Hadi ən geci doxsan gün ərzində keçirilməsi nəzərdə tutulan prezident seçkilərinin də tarixini yaxın günlərdə açıqlayacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar