SON XƏBƏRLƏR

Güney Azərbacanda çəkilən “Qaban” filminin tizeri təqdim olunub + VİDEO

2021.10.20, 07:36
Güney Azərbacanda çəkilən “Qaban” filminin tizeri təqdim olunub + VİDEO

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı rejissor tərəfindən türk dilində çəkilən “Qaban” filminin tizeri ictimaiyyətə təqdim olunub.

 

 

Tammetrajlı ekran əsərin böyük hissəsi Təbrizdə, bəzi yerləri isə Kəleybərdə çəkilib.

 

 

Filmin rejissoru və prodüseri təbrizli gənc Səccad Raddır. Filmin Operatoru Əli Abpak və rollarda, Fərid Ədhəmi, Mühəddisə Heyrət, Nasir Haşimi, Hadi İftixarzadə, Əmin Hacıəkbəri və Mahmud Nəzərəliyan çəkiliblər.

 

 

 

 

Qeyd edək ki, son illərdə bütün təzyiqlərə baxmayaraq Güney Azərbaycanda türkcə filmlərin çəkilişinə rəğbət artıb və Güney Azərbaycan kino sənəti son illərdə xeyli inkişaf edib. Riza Siami, Sədra Əbdullahi, Rəhbər Qənbəri, Nəqi Neməti, gənc nəsildən isə Riza Cəmali, Ərk qardaşları, Fərhad Eyvəzi, Haydə Muradi, Həmid Əzizi və digərləri Güney Azərbaycanın ən tanınmış rejissorlarıdırlar.

 

 

Ü.F 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar