Tramp: İran ərzaq, dərman və ağır inflyasiya böhranı yaşayır
Pakistan: İranın ballistik raketlərə sahib olmaq haqqı var
İsrail gizli şəkildə İrana peyk interneti avadanlıqları göndərib
Rubio: İranın Hörmüz boğazından keçid üçün ödəniş tələb etməsinə icazə verilməyəcək
ABŞ: İki aviadaşıyıcı hələ də İran yaxınlığında fəaliyyət göstərir, qüvvələr ayıq-sayıqdır
Tramp: İran uzunmüddətli nüvə yoxlamalarına razılıq verib
İranda bank sistemində geniş nasazlıq yaranıb
İran Prezidenti Pakistana getdi
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib
Vaşinqton-Tehran razılaşması insan haqlarının pozulması bahasına olmamalıdır- Sato
Milli fəalla bağlı yeni cəza hökmü çıxarıldı
Netanyahu: İranla qarşıdurma hələ bitməyib
ABŞ Konqresində azərbaycanlıların Ermənistanda etnik təmizləməyə məruz qalmasına dair konfrans keçiriləcək
Urmu gölünün son vəziyyəti
İranda məhbuslar yenidən aclıq aksiyasına başladılar
Təbrizin Həsən Padşah meydanı hələ də xarabalıq vəziyyətində qalmaqdadır
Tehranda çörəyin qiyməti 100% bahalaşıb
İsrail ordusu Livanın cənubunda İran tərəfindən maliyyələşdirilmiş və layihələndirilmiş tunel aşkar edib
İranda İsrailə görə həbs edilənlərin sayı açıqlandı
İranda daha iki vəkilə ağır həbs cəzası verildi
Mühafizəkar media orqanı Xameneinin ABŞ ilə danışıqlarla bağlı mesajının yalnış təqdim edildiyini deyir - Xamenei danışıqlara qarşıdırmı?
FT: ABŞ-İran arasında qismən razılaşma belə qlobal ticarətdə normallaşmaya kömək edə bilər
Tramp: İranın nüvə silahını inkişaf etdirməsinin qarşısını almaq dünya böhranından daha vacibdir
İran ABŞ ilə danışıqlara paralel olaraq hərbi gücünü artırmağa çalışır
Tramp İranın dəniz blokadasının hava hücumlarından daha effektiv olduğunu bildirib
Tramp ABŞ-ın NATO-ya ildə 600 milyard dollar xərcləməsini dəlilik adlandırıb
İran-ABŞ danışıqlarından sonra dörd işçi qrupu yaradılıb
“Ford” və “General Motors” şirkətləri “Patriot” və “Tomahawk” raketlərinin istehsalına başlaya bilər
ABŞ Hörmüz boğazından tədarükün böhrandan əvvəlki səviyyəyə qayıtdığını açıqlayıb
Fransa İrana qarşı sanksiyaların ləğvini dəstəkləməyəcək
ABŞ dövlət katibi Körfəz ölkələrinə səfər edəcək
Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə iki ölkə arasındakı mövcud vəziyyəti müzakirə edib
Netanyahu İsrailin lazım olduğu müddətcə güney Livanda qalacağını bildirib
İranda 15 məhbus edam edildi
Vens: Dondurulmuş İran aktivləri açılarsa, vəsait terrora deyil, iranlılara xidmət etməlidir
ABŞ BAEA müfəttişlərinin bu həftə İranda işə başlaya biləcəklərini gözləyir
Zəncanda müharibə və etirazlara görə 1000 nəfərə cinayət işi açılıb
Sərt xətt tərəfdarı olan redaktor İran danışıqlar qrupunu Trampı alçaltmaq üçün danışıqları tərk etməyə çağırıb
Xamənei ilə İraqda da vida mərasimi keçiriləcək
Numan Kurtulmuş Azərbaycana səfər edəcək
Təbrizdə çörək bahalaşdı
Azərbaycan və Qırğızıstan hərbçiləri əməliyyatların planlaşdırılmasını müzakirə edib
Bu gündən İsveçrədə ABŞ-İran ekspert qruplarının danışıqları başlayır
GünAz TV: Cari ilin son aylarında Orta Şərqdə baş verənləri dünya ictimaiyyəti diqqətlə izləməkdədir. Azərbaycanın parçalandığını nəzərə alsaq bu ərazinin həm də Orta Şərqə aid olduğu isttisna edilmir.
İranın tərkibində olan Güney Azərbaycanda 2011-ci ilin aprelindən bəri baş verənlər həm bölgədə gedən proseslər, həm də milli – mənəvi baxımdan Quzey Azərbaycana yaxınlığına görə bizlər üçün çox böyük önəmə malikdir.
Bu ilki olaylar Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində yerləşən Urmiya gölünün qurumasına Tehran hakimiyyətinin laqeyd münasibətinə etiraz aksiyaları (yürüşlər) ilə müşaiyət olunub.
Bu ilin aprelində keçirilən aksiyada 70 nəfər həbs olunmuşdu. Etirazçılar aksiya zamanı bir stəkan suyu gölə tökərək, «Urmiya gölü susuzluqdan yanır!», «Urmiya gölündə su yoxdur, Azərbaycan indi oyanmasa, gec olacaq!!», «Uzun yaşa, Azərbaycan!» və başqa bu sayaq şüarlar söyləmişdilər.
Avqustun 27-də bu təbii su hövzəsinin qurumasına hakimiyyətin soyuqqanlı münasibətinə da yenidən etiraz asiyası keçirilidi.
Sentyabrın 3-də Urmiya, Təbriz və başqa şəhərlərdə keçirilmiş yürüşləri gölün qurumasına laqeydliklə bağlı hələlik ən irimiqyasıl saymaq olar.
Avqustda da minlərlə insan küçə, meydan və xiyabanlara çıxmışdı. Onda iki nəfər etirazçının öldürüldüyü bildirilmişdi. Sentyabrda (September) onldan fərqli olaraq, hakimiyyət etiraz çıxışlarına daha «yaxşı hazırlaşmışdı» İş o yerə çatıb ki, aksiya keçirilən şəhərələrin küçələrində, özəlliklə təbrizdə evlərin və binaların damlarına snayperlər (tək tirəndaz) yerləşdirilib.
Çoxlu sayda tutlan, yaralanan var. 20-22 yaşlı bir etirazçı gəncin öldürüldüyü haqda da məlumat yayılıb.
İran elə qapalı ölkədir ki, oradan məlumat çox çətin yayımlanır. BMT (Birləşmiş Millətlər Təşkilatı) İnsan Haqları Şurasının bu ölkə üzrə təyin etdiyi nümayəndənin 10 ilə yaxındır Tehran hakimiyyəti tərəfindən İrana buraxılmaması durumun ağırlığını bir daha təsdiqləyir.
Heç şübhəsiz yaxın zamanda fədakar insanların sayəsində tutulan, yaralanan və öldürülən bir nəfər barəsində məlumatlar yayılacaq.Rəsmi açıqlamalara görə, sonuncu etiraz zamanı 60 nəfər həbs olunub.
Urmiya gölü haqda qısa məlumat
Ş.Tağıyeva, Ə. Rəhimli, S.Bayraamzadənin birgə hazırladığı «Güney Azərbaycan» (sorğu kitabı) kitabında yazılıb ki, bu su hövzəsi həçminə görə, İranda ən böyük göl hesab olunur. Onun sahəsi təqiribən 5000-6000 kv.km-dir.Göldəki suyun həcmi isə 20-24 milyard kub metr idi. Gölün eni 40 km, uzunluğu 130 km-dir. Dəniz səviyyəsindən 1274 m. yüksəklikdə yerləşən bu su hövzəsinin dərinliyi orta hesabla 5 m-dir. Ən dərin yerinin isə 7 m olduğu bildirilir. Qədim türk dilində bu gölün mənası «suda yaşayış yeri» anlamını verir. Başqa sözlə türklər bu gölün ətrafındakı həmişə yaşadığından Urmiya şəhərinin adına uyğun olaraq, ona bu sayaq ad veriblər.
Azərbaycanını başqa coğrafi adlarının başına açılan oyunlar Urmiya gölündən də yan ötməyib. Rza şahın dövründə, 1937-ci ildə gölün adı onun şərəfinə «Rzaiyyə» adlandırılıb. 1946-cı ildə Azərbaycan Milli Hökuməti bu adı dəyişdirsə də oğlu Məhəmmərza Pəhləvinin dövründə bu gölə «Rzaiyyə», «Rzaiyyə gölü», «Kəbudan», «Çiçsit» və sair qondarma adlar verilib.İndikilər hakimiyyətə gələndən sonra şahla bağlı adları dəyişdirdiklərindən Urmiyanın da adını əvvəlki kimi adlandırdılar.
Bu gölə Azərbaycanın çeşidli bölgələindən çaylar axır. Onlardan Acıçay, Sofiçay, Leylançay, Qalaçay, Üsküçay,Tufarqançay,Dərəçay,Sınıxçay və. b. adlarını çəkmək olar. Yağıntı az olsa da bu gölün səviyyəsi aşağı düşməyib. Bunu gölə yeraltı çayların axması ilə əlaqələndirirdilər.
Qışın ən sərt vaxtlarında belə buranın suyu donmur. Çünki su şordur. Bu cəhətinə görə, Urmiya gölü müalicəvi əhəmiyyətə malikdir. Orada boğulmaq təhlükəsidə yox dərəcəsindədir.
Urmiya gölündə irili-xırdalı 102 ada var. Adaların ümumi sahəsi 33,640 hektardır. Şahi, Qoyundağı, Əşkdağı, Arzu qismən böyük quru sahələr sayılır. Şahının sahəsi 3525 ha-dır. Əvvəllər burada Saray, Gəmiçi,Teymurlu, Qıpçaq, Burasarlu, Xoralı adlı yaşayış məntəqələri olub. Şahiyə adi məlumatlarda bildirilir Ki, 1979-cu il iqilabına qədər burada 1170 ailə yaşayıb. Hazırda adada yaşayanlar əsasən əkinçilik maldarlıq, gülçülük, bağçılıq, xalçaçılıq və s. işlə məşğul olurlar. Şərfəxana və Gülməxana limanlarında çalışanların çoxunun da Şahidən oduğu haqda məlumat verilir.
Bu ada da iki dağ və Keçiçay adlı çay, şirin sulu 54 bulaq var.
Çox saylı köçəri quş növləri bu adanın bəzəyi sayılır.
İkinci böyük ada Qoyundağdır. Onun uzunluğu 9 km., eni isə 4 km-dir. Sahəsi isə 3175 km-dir. Adanın dəniz səviyyəsindən 1521 m ən yüksəkdədir. Burada daimi axarı olan iki bulaq var. Şirin su, bol otlaq, münasib hava şəraiti burada heyvandarlığın inkişafı üçün əlverişlidir. Bununla yanaşı həmin adalarda turizm üçün də şərait mövcuddur.
Göldə çeşidil köçəri quşlarla yanaşı, ördək, kəklik, yaşılbaş sonna,qaz, ağbaş ördək, habelə dağ keçisi, maral da var. Yadellilərin özbaşına ovçuluğu adanın fanuasına çox ciddi zərbə vurub.
Urmiya gölü və onun palçığı artiroz, əsəb, traxoma, müxtəlif dəri xəstəlikləri, böyrək, həzm sistemi, qadın xəstəliklərinin dərmanı sayılır. Buranın suyu və palçığı da nəzarətsizlik ucbatından talan edilir.
Azərbaycanın bu bənzərsiz su hövzəsi təbii gözəlliyi, şəfalı suyu, saf iqlimi və müalicəvi palçığı ilə yanaşı başqa təbii sərvətlərlə də zəngindir.
1967-ci ildə Urmiya gölü qoruq elan olunub. Bundan başqa UNESKO-da buranın qorunan təbii ərazilər sıransına daxil edilib. Amma təəssüflər olsun ki, Tehran hakimiyyəti kimi BMT-nin bu qurumu da vədinə əməl etmir…
Yeri gəlmişkən.Hazırda mühacirətdə yaşayan,hüquqçu,əslən güney azərbaycanlı Baybək Təbrizlinin qələmə aldığı bir yazıdan parçanın diqqətinizə çatdırmaq istərdik: «Azərbaycan ən əski mədənqiyyətlərin düşərgəsidir. Bu ərazi abidələrin, daş kitabələrin, kurqanların sahibidir. Ölkəmizin həm də zənhin təbiəti var. Belə yerlərdən biri də «Şorabil» gölüdür. Suyu şor olduğundan bu göl qışın ən soyuq çağlarında belə buz bağlamır.
Müəllif ürəkağrısı ilə bildirib ki, hakimiyyətin laqeydliyi ucbatından nəinki şor su, duz belə buz bağlayacaq:«Ərdəbil şəhərindəki min illərlə yaşı olan Şorabil gölü dünyanın tanınmış şor gölllərindəndir. Bu göl Azərbaycanın Urmiya gölü kimi artemiyanın yaşadığı suya sahibdir. Bu heyvanlar yalnız şor sularda yaşayır, eyni zamanda köçəri quşlar üçün yem sayılır.
Amma Tehranın göstərişi ilə bu gölün tərkibi dəyişdirilir. Hakimiyyət bu su hövzəsində balıq yetişdirməyə başlayıb. Həmin balıqları isə adətən şirin sularda yetişdirirlər. Belə bir vəziyyətdə Şorabilin tərkibinin də dəyişdiriləcəyi gözlənilir. Bu gölə çirkab suları axıdılaraq, kanalizasiya (fazlab) quyusu kimi istifadə olundu. Azərbaycanın susuz qalan başqa yerlərinə su verməyi çox görən İran hakimiyyəti başlanğıcını Savalan dağından götürən Balıqlı çayının şirin suyunu kanal çəkərək, Şoabilə axıdır. Azərbaycan ziyalılarının, yerli əhalinin çox saylı etirazına məhəl qoymayan hakimiyyət təmsilçiləri bu istiqamətdə gördükləri itşdən əl çəkmir.
Ərdəbilin 50 dərəcə şaxtada buz bağlamayan bu duzlu gölü üstündə indi -15 dərəcədə belə xizək və konki sürmək mümkündür.
Qeyd edək ki, Urmiya gölü bir əsrə yaxındır farsların etdiyi zülmə dözür. Amma bu müqavimət bir gün tükənəcək. Şorabilin aqibətini bir gün Urmiya gölü təkrarlayacaq. Azərbaycanının ekologiyasını qorumaq üçün Tehran hakimiyyətinin bu sayaq pozucu fəaliyyətinə «Dur!» deməliyik. Onların təbiətimizə uzanan xain planlarının qarşısını almalıyıq.
Bu hadisədən sonra göldəki artemiyalar yoxa çıxıb. Şorabil ətarfındakı müalicəvi palçıqda tapılmır. Artemiya yemək üçün gölə gələn köçəri quşlarda artıq buralardan uçmurlar. Hakimiyyət Azərbaycanın təbiətindən qəribəliyi və zənginlyi ilə seçilən göllərdən birini –Şorabili xəritəmizədn silməkdədir.
Hakimiyyətin məsələyə yanaşması
Mütəxəssislərn fikrincə, Urmiyanın quruması prosesi 1999-cu ildən başlayıb. Başqa sözlə indiki hakimiyyət bunu Azərbaycan türklərinə indiklərdən heç də az sitəm etməmiş Məhəmmədrza şahın boynuna ata bilməz. Çünki gölə gələ çaylar üzərində süni su anbarlarının tikintisi İslam Respublikasının zamanıda başlayıb.Bu keçmiş SSRİ-nin (Şurəvi) dövründəki «təbiətə hücuma» çox oxşayır. Mövcud hakimiyyətin «kənd təsərrüfatında cihad» adı altında gerçəkləşdirilən layihələr Urmiyanın qurumasına səbəb olub.Onda ölkədəki uyğun ədəbiyyat gölə yeraltı çaylardan suyun axdığını əsas göstərərək, yağıntı olmasa belə gölün suyunun qurumayacağını yazdı.
Ötən il Urmiya gölünün qurudulması ilə bağlı hakimiyyət daha bir addım atdı. GÖlə gələn çaylar üzərində qurulmuş «Venyar» adlı su anbarını yaxın zamanlarda işə salmağa hazırlışırlar.
10 ildən artıqdır ki, Güney Azərbaycan türkləri beynəlxalq ictimaiyyətin diqqətini gölün qurumasına çəkməyə çalışır.
2009-cu ildə də ölkədə gedən siyasi kampaniyadan istifadə edərək, güney azərbaycanlıları İran rəhbərliyinin nəzərini bu məsələyə yönəltməyə çalışdı. Prezidentliyə namizədələr (bu gün müxalifət kimi tanınan yaşıllar- Mirhüseyn Musəvi, Mehdi Kərrubi) bütün məsələlərdən danışsalar da, buna diqqət etmədilər.
Vəziyyətin gərginləşdiyini görən hakimiyyət Güney Azərbaycan türklərinin başını qatmaq siyasətinə üstündük verdi. 2009-cu ilin prezident seçkisindən öncə prezident Mahmud Əhmədinejadın başçılığı ilə keçirilən hökumətinin iclaslarından birində onun rəhbərliyi altında Urmiya gölünün problemlərinin araşdırılması ilə bağlı dövlət komissiyası yaradıldığı elan olunsa da ötən iki ilə yaxın müddət ərzində gölün qurumasının qarşısının alınması istiqamətində əməli bir iş görülməyib. Onda Prezidentin müavini və komissiyanın sədri Məhəmmədrza Rəhimi isə bildirmişdi ki, bu su hövzəsi ətrafında çoxsaylı problemlər yaranıb və onları həll etmək lazımdır :«Yaranan komissiya tarixi gölün problemləri ilə məşğul olacaq və onun quruması səbəblərini araşdıracaq. Gölü xilas etmək üçün biz əlimizdən gələni edəcəyik».
Bu komissiya yaradıldıqdan sonra Şərqi Azərbaycandakı kənd təsərrüfatı idarəsinin təmsilçisi Mənuçehr Bağbani gölün qurumasına istehza ilə yanaşaraq, demişdi:«Urmiya gölü qurusa idi, burada dəvə saxlayardıq. Buranın havası və iqlimi dəvə saxlamaq üçün əlverişlidir». Bu azmış kimi Tehran hakimiyyətinin yerli rəsmisi əlavə edib : «Dəvə çətin şəraitə, aclığa dözümlü heyvandır. Urmiya gölü quruyandan sonra orada çıxacaq tikanlarla çoxlu sayda dəvə yetişdirmək olar».
Mənuçehr Bağbani bu istehzanı azərbaycanlıların Urmiya gölünün qurudulmasına qarşı keçirdiyi ötənilki toplantıdan iki həftə sonra söyləməsi hakimiyyətin bu məsələyə münasibətinin açıq-aşkar örnəyidir. Bu isə gölün qurudulması ilə bağlı hakimiyyətin planından əl çəkmədiyinin gösətəricisi kimi dəyərləndirilir.
İran parlamentin avqustda keçirilən toplantısında Urmiya gölünün quruması ilə bağlı çeşidli fikrilər səslənib. Deputatların (millət vəkillərinin) söylədiklərindən belə nəticə çıxarmaq olar ki, hakimiyyət bu su hövzəsinin quruması ilə barışır və ya onun quruyub məhv olmasını istəyir.
Bucnurddan olan palament üzvü Musəlrza Sərvətinin söylədikləri bu qənaəti bir daha təsdiqləyir. O, müzakirələ zamanı deyib ki, Urmiya gölü ətrafındakı əhali (əsasən azərbaycanlılar-S.S.) «başqa yerə köçsün, gedib başşqa bir işlə məşğul olsun.Bu göl quruyacaq».
M.Sərvəti əlavə daha sonra edib:«Göl ətrafında əkinçiliklə məşğul olanlara vəsait ayırmaqdansa, onların oralardan köçüb getməsinə pul vverilsə daha yaxşı olar. Bu vəsaitlə onlar başqa işlə məşğul olarlar. Bir halda ki gölün iki ilə quruyacağını söyləyirsiniz,onda niyə hay-küy salıb, dövləti qınyayırsınız?»
Şərqi Azərbaycan əyalətinin bəzi rəsmiləri Urmiya gölünün qurumasının qarşısının alınması üçün ayrılan maliyyə vəsaitinin həcmi barədə təzadlı xəbərlər yayırlar.
Təbrizin İran parlamentindəki nümayəndəsi Məhəmmədhüseyn Fərhəngi 35 milyon dollara yaxın vəsaitin Urmiya gölünün qurumasının qarşısının alınmasına sərf olunacağı haqda yerli informasiya təmsilçilərinə məlumat verib.
Şərqi Azərbaycan əyalətinin valisi Əhməd Əlirza Beygi onun «yalan danışdığını» söyləyərək, deyib ki, İran təqvimi ilə bu ilin dövlət büdcəsindən Urmiya gölünə 20 milyon dollar ayrılıb.
«Nəsimi Qaradağ» qəzetinin məlumatına əsasən, vali deputatın dediklərinə işarə edərək, bildirib: «Onun fikrincə, təkcə Araz çayından gölə su gətirmək üçün bir trilyon tümən (bir milyard dollar) maliyyə vəsaiti lazımdır».
O, deputatın bu çıxışını qarşıdan gələn parlament seçksi ilə əlaqələndirib: «Seçklər yaxınlaşdığından özlərini yenə məclis üzvü görmək istəyənlər Urmiya gölünün qurulmasından təbliğat vasitəsi kimi yararlanmaq istəyir, bu səbəbdən problemin aradan qaldırılması üçün maliyyə vəsaitini bu məbləğdə göstərirlər».
Məhəmmədhüseyn Fərhəngiyə istinad edən, mətbuat Araz və Silvə çaylarından Urmiya gölünə su gətirilməsi layihənin bir milyard dollar lazım olduğunu, ancaq bu ilki büdcədən cəmi 35 milyon dollar ayrıldığını yazıb.
Sentyabrın 3-dəki etirazlardan sonra Tehran hakimiyyəti yenə də azərbaycanlıları tələblərindən yayınmaq və ya vaxtı uzutmaq taktikasını seçib. İranın Ətraf Mühit və Ekologiya Təşkilatının rəhbəri Məhəmmədcavad Məhəmmədzadə məsələ ilə bağlı bunları söyləyib: “Urmiya gölünə Araz və Silvə çaylarından su kəməri çəkilməsi nəzərdə tutulur. Bu layihəni həyata keçirmək üçün isə hökumət tərəfindən 900 milyon dollar vəsait ayrılıb”. İran prezidentinin parlament məsələləri üzrə müavini Məhəmmədrza Mirtacəddini jurnalistlərə açıqlamasında hökumətin Urmiya gölü probleminin həlli üçün Nazirlər Kabinetində ciddi müzakirələr aparıldığını və qərarlar qəbul olunduğunu deyib: “Urmiya gölünün xilası üçün prezidentin birinci müavini Məhəmmədrza Rəhiminin başçılığı ilə işçi qrup yaradılıb. Qrup bu problemin həlli istiqamətində ciddi işlər görür. Araz çayından suyun Urmiya gölünə axıdılması məqsədilə bu ilin dövlət büdcəsindən 25 milyard tümən (22 milyon dollar) vəsait ayrılıb».
Vəziyyətin ağırlığını bildikləri halda İran parlementi bu il avqustun 16-da «Urmiya gölünün dirçəldilməsi» layihəsini nədən rədd etdi?
Mərkəzi Urmiya şəhəri olan Qərbi Azərbaycanı türklərdən təmizləmək
Panfarsçı düşüncə sisteminin daşıyıcılarının apardığı siyasi ideologiyaya əsasən İran türklərdən «təmizlənməldir».Bu məqsədlə onlar Azərbaycan türklərinin indiki Güney Azərbaycan ərazilərinə «gəlmə» olduğuğun çeşidli saxta tarixi kitabalarla sübut etməyə çalışır. Çünki «gəlmələrin» dövlət öz müqəddəratını təyinindən danışması beynəlxalq hüquqa görə yolverilməzdir.
Ona görə də son 90 il ərzində Tehranda biri-birini əvəzləyən rejimlərin qarşısna qoyduğu başlıca məqsəd Azərbaycan türklərini assimilyasiya edib, dədə-baba torpaqlarından köçürmək olub.
Mərkəzi Urmiya olan Qərbi Azərbaycan əyalətinəd bu özünü daha açıq göstərməkdədir. Bunun üçün Tehran qonşu dövlətlərdəki kürdlərdən yararlanır. İraqda Sədam Hüseyn dövründə narkotik və başqa malların qaçaqmalçılığı ilə məşğul olan kürdlər xeyli sərvət əldə etdi. Onların əldə etdiyi var - dövlətdən hakimiyyətə də pay düşüb. Həmin kürdlər Qərbi Azərbaycanda türklərin mülklərini,torpaqlarını baha qiymətə alaraq, yerli əhalinin köçməsini bais olublar. hakimiyyətin bölgəyə laqeyd münasibəti ucbatından yerli türklər öz mülklərini və torpaqlarını satmaq məcburiyyətində qalıblar.
Urmiya Güney Azərbaycanın qərbində yerləşən ən böyük şəhərdir, Qərbi Azərbaycan əyalətinin baş şəhəridir.
2006-cı il əhalinin siyahıya alınmasına əsasən Urmiya əhalisinin sayı 580 mindən artıqdır. Şəhər əhalisi əsasən Azərbaycan türklərindən təşkil olunsa da burada kürdlər, ermənilər və az sayda assurlar da var.
Qərbi Azərbaycanda kürdləşdirilmə siyasətinə, tarixi abidələriin baxımsızlığan dair bir neçə örnək göstərməklə faciənin miqyasına diqqətin çəkmək istərdik.
Güney Azərbaycanın Urmiya şəhərinin «Gülüstü» məhəlləsində yerləşən «Lütfəlixan məscidi» uçmaqdadır. Bu məscid Azərbaycanın mühüm qədim tarixi abidələrindən sayılır.
Yeri gəlmişkən Bakıda məscid davası aparanlardan bu və Azərbaycan əyalətlərində sökülmüş və uçub-dağılmaqda olan qədim məscidin məhv olması ilə bağlı səs çıxmır.
Məlumata görə, 4-5 il öncə şəhərin hazırda «İmam» xiyabanı adlanan küçəsində «Şeyx Əlixan Hamamı»-ın da «Sərdaran» prospektinin (xiyabanını) salınması adı altında sökdülər.
İslam Respublikasına (Cümhuriyyətində) rəhbərlik edənlər Azərbaycanın tarixi abidələrini söküb-dağıda bilməyəndə isə onun adını dəyişir. Urmiya şəhərindəki «Doqquz pillə buzxanası»nın adı dəyişdirilib. İranın Mədəni irsi qoruma idarəsi bu sayaq məsələlərdə tarixiliyi qorumaq yerinə özü bu işlərə başçılıq edir. Qurumun təşəbbüsü ilə «Doqquz pilə buzxanası»nın adı fars dilinə tərcümə edilərək, «Yəxçəle nohe-pille» kimi adlanıb.
Belə təhrifləri fars şovnistləri kimi kürdlər də etməkdədir. Çeşidli çoxsaylı və təkzibedilməz mənbələrdə türk olduğu dəfələrlə sübut edilmiş Nizami Gəncəvini «kürd ziyalıları» «kürd» kimi qələmə verməyə çalışır. Onlar bu dahi türkü «Vikipediya»da «kürd» kimi yerləşdiriblər.
Bu bölgədə, Qoşaçay (farslaşdırılaraq, Miyandoab olub) və Soyuqbulaq (Mahabad) rayonları arasında Badam kəndi yerləşir. Bu kənd qonşu türk kəndləri ilə birlikdə uzun illərdir, özəlliklə 1979-cu il iqilabından sonra dəfələrlə kürd terror qruplarşmalarının silahlı basqılarına məruz qalır. Belə terror aksiyaları nəticəsində əliyalın yerli türklərin çox öz dədə-baba kəndlərindən köçməyə məcbur olub.
Onların yerinə isə gəlmə kürdlər bu kənddə yerlişdirilib. Bu yolla Azərbaycan kəndlərində yerli türklərlə gəlmə kürdlər arasında etnik tərkibi ikincilərin xeyrinə dəyşirlər. Belə bir vəziyyət isə yerlilərlə gəlmə kürdlər arasında zaman-zaman qarşıdurmaların yaranmasına səbəb olur. Bu günlərdə Badam kəndinin kürd kökənli icra başçısı quraqlıqla bağlı verilən kredit, gübrə və unu mənsub olduğu etnik qrupun arasında paylayıb. Bu ədalətsizliyə dözməyən yerli türklər etiraz ediblər. Bu isə kürd-türk qarşıdurmasına səbəb olub. Məsələ ilə bağlı hakimiyyətə müraciət olunsa da indiyə qədər bir nəticə yoxdur.
Belə vəziyyətin yaranmasında Tehran hakimiyyətinin rolu danılmazdır. Çünki illərdən bəri İran rəhbərliyi çalışır ki, Güney Azərbaycan türkləri ata-baba torpaqlarından çıxsın. Bunu nə müddətdir terrorçu kürdlərin əli ilə gerçəkləşdirir. Güney Azərbaycandakı tarixi abidələr dağıdılır, tarixi saxtalaşdırılır və s.
Azərbaycanın Qərb bölgəsinin Tikantəpə (indi bura Tikab deyirlər ) rayonundakı Qaraömər kəndi yaxınlığında qədim mağara tapılıb. Bu mağaranın içində bir neçə otaq və əşyalar aşkarlanıb. Əlavə etmək lazımdır ki, Tehran başqa ərazilər kimi Qərbi Azərbaycan əyalətinə aid bu rayonun da adını dəyişdirməklə bölgənin türklərə məxsus olmadığını sübuta yetirmək niyyətindədir.
Ötən illər ərzində bölgədə Tehran tərəfindən yürüdülən bu ayrı-seçkilik siyasəti nəticəsində Azərbaycanın bir çox ərazisi kürdləşdirilib. Xana şəhərinin «Piranşəhr», Soyuqbulağın «Mahabad», Sulduzun «Nəğədə», Qızıl Xənəyənin «Xaneqahe-Sorx» adlandırılması tarixin saxtalaşdırılıması və Üşnəviyyə kimi bölgələrdə kürdlərin cinayət törətməsi ilə nəticələnib.
Bu minvalla türk kəndləri kürdləşdirilir, Güney Azərbaycanla Türkiyənin əlaqəsi kəsilir. Həmin dəhlizdə Urmiya, Salmas, Sulduz, Xoy , Maku və s. yerləşir. Bu dəhlizi kürdləşdirməklə Tehran hakimiyyəti Güney Azərbaycanla Türkiyə arasında kürdləri yerləşməsinə yardım edir.Bu isə perspektivə hesablanmış bir plandır. Onun Tehran hakimiyyəti indidən həyata keçirir.
Bir neçə il öncə Sənədəc şəhərindən olan deputat Bəhaəddin Ədəb adlı bir kürd Urmiya şəhərinin «kürdlərə aid olduğunu» vurğulamışdı. Bu yaxınlarda isə Urmiya bələdiyyə şurasının üzvü, kürd etnik qrupuna aid olan Xədicə Mənsuri də bu şəhərin «kürd şəhəri» olduğunu söyləyib. O, buradakı Azərbaycan türklərini «qonaq» adlandırıb. Əlbəttə, bu informasiya savaşında Tehran da belə düşüncəli kürdlərə yardımçı olub.
İranın televiziya verilişlərində bu kimi məsələlər də qabardılmaqdadır. Ötən il televiziya vasitəsi ilə nümayiş etdirilən «Səmaya səfər» adlı sənədli filmində Urmiya kürd şəhəri kimi təqdim olunmuşdu.
Bir neçə il öncə Xoy şəhərində keçirilmiş «Şəms» adlı festivalda İranın keçmiş daxili işlər naziri Mustafa Purməhəmmədi bu şəhərin açarını kürd müğənnisi Şəhram Naziriyə bağışlamaqla qulluq etdiyi hakimiyyətin pis niyyətlərini gizlətməyib.
Tehran hakimiyyətinin «Came-Cəm» adlı qəzet isə öz saytında «Böyük Kürdüstan»ın xəritəsini yerləşdirərək, Güney Azərbaycan şəhərlərini kürd şəhərlərin kimi təqdim etmişdi.
Güney Azərbaycan torpaqlarına yiyələnmək istəyən kürdlərin aşağıdakıları gerçəkləşdirmək niyyətində olduğu barədə xəbərlər yayılmışdı: - Türklərin çoxluq təşkil etdiyi Qərbi Azərbaycandan «seçiləcək» kürd deputatların parlamentdə yalnız kürdcə danışaraq, bu əyalətin onlara aid olduğunu nümayiş etdirmək; -Qərbi Azərbaycan əyalətində demoqrafiq vəziyyəti kürdlərin xeyrinə dəyişmək və bu bölgədə çoxluğun onlardan ibarət olduğunu dünyanın diqqətinə çatdırmaq; -İran rəhbərliyinin Güney Azərbaycana qarşı yürütüyü siyasətdən yararlanaraq, torpaqlarımızda «Kordistani-Mokriyan» adlı bir əyalətin yaranmasına, bununla da əvvəlcə Qərbi Azərbaycan əyalətini bölünməsinə sonra isə onun ləğvinə nail olmaq.
Uzun sürən fasilədən sonra iki il öncə İslam Respublikası Güney Azərbaycanın Urmiya şəhəri yaxınlığında yerləşən eyni adlı gölün üzərindən körpü açıldığını elan etdi. Ancaq onun bu təntənəsi çox çəkmədi.
Danimarkanın «COWI» şirkətti Urmiya gölünün üstündə tikilən körpünün tikintisini illər uzunu monitorinqini aparıb. Şirkət körpünün standartlara cavab vermədiyini bəyan edib. Qurum İran hakimiyyətinin məsələyə dair məsullarına tikintinin düzgün aparılmaması ilə bağlı etirazını bildirib. Şirkət körpünün dayaqlarının təhlükəli olduğunu İslam Respublikası təmisilçilərinə çatdırıb. Ancaq Güney Azərbaycan bütün işlərə dırnaqarası baxan hakimiyyət danimarkalıların rəyini nəzərə almayıb. Ona görə də şirkət bölgəni tərk edərək, məsuliyyətin İran rəhbərliyinin üzərinə düşdüyünü bildirib.
Yerli müşahidəçilər və mütəxəssislər də körpünün standartlara uyğun aparılmadığını, habelə keyfiyyətsiz betonun duzlu suya davam gətirməyəcəyini, istifadə olunan metal məhsullarının çürük olduğunu söyləyiblər. Onların fikrincə, körpünün bir hissəsi istismara verilsə də, bu iş yarımçıqdır. Bu su üsütü yol keçidinin istismara verilməsini İran prezidenti Mahmud Əhmədinijat çəkinmədən «zəfər» adlandırıb. Mənbənin məlumatına əsasən bu körpünün tikintisi üçün 30 il öncə dövlət büdcəsindən maliyyə vəsaiti ayrılıb. Ancaq ötən illər ərzində həmin maliyyə vəsaiti yarmıçıq qalmış başqa işlərə xərclənib. Halbuki hakimiyyət Qərbi Azərbaycan əyalətinin əhalisinə körpünün 2-3 ilə təhvil veriləcəyini boyun olmuşdu.
Bir gün bu körpünün çökməsinə də eiraz aksiyasının keçiriləcəyi istisna edilmir.
Bir müddət öncə İranın Mədəniyyət Nazirliyi saytında şirkətlərin istifadəsi üçün yasaqlanmış türk sözlərri və adlarının siyahısını yerləşdirilmişd: «Biz mağaza şüşələrində, ad lövhələrində, malların qablaşdırılmasında və s. bu kimi sahələrdə səlahiyyətli orqanlar, o cümlədən bələdiyyə, polis, fars dil və ədəbiyyatı qurumu, eləcə də şirkətləri qeydə alan idarələrlə əməkdaşlıq edərək, qeyri-farsların dilləində istifadə edilməsinə imkan verilməməsi haqda razılıq əldə etmiş və buna çalışırıq».
Həmin sözlərdən bir neçəsini diqqətinizə çatdırırıq : «Alma», «alış», «ana», «ay», «aylar», «aynaz», «barlı», «taysız», «dadlı».
Urmiyanın quruması, yaxud qurudulması dostları tanıtdı
Bu il Orucluq bayarmı münasibəti ilə Türkiyədə keçirilən rəsmi bayram duasında dəyanət idarəsinin təmsilçisi dua oxuyurdu.Onun dualarının demək olar kiÖ hamısına «amin» dedim.O, duarlardan biri de belə idi:«Allah millətlərin dilini bağlayan müstəmləkəçilərə lənət eləsin!»Onu bunu hansı niyyətlə dedyini bilmirəm, ancaq mən bunun Güney Azərbaycandakı türklərlə bağlı olduğunu niyyət edib:«Amin!» dedim.
Son zamanlar Türkiyə hökumətinin Orta Şərqdə apardığı siyasəti maraqla izləyirik. Fələstin məsələsində fəallıq, Somali aclarına yardım, Suriyada müxalifəti müdafiə (hətta bu məsələdə Türkiyə hökuməti müttəfiqi İran tərəfindən də hədədələnməyə məhəl qoymadı) etməsinin və s. şahidiyik.
Mətləbi çox uzatmadan bir atalar sözünü Türkiyənin rəsmi və müstəqil sayılan informasiya vasitələrinə xatırlatmaq istərdik:«Könül uman yerdən küsər». Axı, Güney Azərbaycanda milli haqlarını tələb edən, dədə-baba yurdlarından zorla köçürlməsi sürətləndirilən insanlar da fələstinli, somalili kimi müsəlmandır. Suriyalı kimi o da öz haqqını istəyir. Bəs, belə qardaşlıq olar?Türkiyənin istisnasız olaraq, bütün informasiya vasitələri Somalidən, Fələstindən, Suriyadkı müxalifətdən yazıb onların haqqını müdafəi etdiy halda sizlər niyə susursunuz?
Elə bu hal Aərbaycan Respublikasındakı telekanallara da aiddir. Türkiyəilə İsrail arasında münasibətin gərginləşdiyini sevinə-sevinə yayan telekanallarların bəhs etdiyimiz etiraz aksiyası ilə bağlı xəbəri isə 5-7 saniyədən artıq deyildi.Telekanallardan biri etiraz aksiyasının keçirilməsinin ardınca İran İnqilab Keşikçiləri Qvardiyasının terrorçu PEJAK və PKK-nın mövqeylərinə zərbə endirdiyi, Buşəhr Atom Elektrik Stansiyanın işə düşməsi haqda xəbəri yaydı. Bunun nə niyyətlə edildiyi də sirr deyil.
Qəzetlər isə özünə çox əziyyət vermədi. İranın ölkəmizdə «drujinaçısı» kimi çıxış edən xəbər agentliyi isə yaydığı xəbərlə Tehranın ayıbını örtə basdır etməyə çalışıb.
Azərbaycan Respublikasındakı hüquq müdafiəçiləri susub. Ekoloqlar isə məsələ ilə bağlı danışmaq belə istəmir. Bununla bağlı kimin göstərişə ehtiyac varrmı? İnsan haqlari və ekoloji faciə bir dövlətin daxili işi deyil. Hüquq müdafiəçilərimiz mandat gözləyir? Ekoloqlarımız martda Yaponiyada baş verən faicə ilə bağlı ürək ağrısı ilə elə danışırdı. Sanki dünyanın axırıdır. Ancaq onlar Urmiya qurmasına məsəlsində ağızlarına su alıb.
Gerçəklik isə budur - Urmiya gölünün yarısından çoxu quruyub. Oradan küləklə gələcək «duz sunamisi» 15 milyonluq əhalinin yaşadığı bir ərazini əhatə edəcək. Duz tozunun Naxçıvan bölgəsinədək gələcəyi gözlənilr.
Gözləntilər
Bu etiraz aksiyası bir daha göstərdik ki,Tehran hakimiyyəti Güney Azərbaycandakı problemlərə çox laqeyd yanaşır.Urmiya gölünün qurumasınan istifadə edərək, adi insanlara pul verib, onların fars dilli bölgələrə köçünü həvəslə təşkil edəcək. Bu fəlakət onların əlinə «göydən düşmə olub».
Azərbaycanın çağdaş tarixindən bir olayı xatırlamaq istərdik. 1988-ci ildə Azərbaycanın indii işğal altında olan ərazisində, Qarabağda Topxana qoruğunda errmənilər qanunsuz ağac qırması hər kəsin yadındadır. Onda Azərbaycan SSR-in əhalisi (ermənilərdən başqa) bu hadisəyə etiraz olaraq, çoxmilyonlu aksiya keçirdi.Onda etirazçılar heç ağlına da gətirməzdi ki,bu hadisə bir neçə ay sonra Azərbaycanın atom bombası olan SSRİ-nin tərkibindən çıxması şüurları ilə əvəzlənəcək.Niyə? Çünki hamı elə çoxluq elə bilirdi ki, Moskva baş verənlərdən «xəbərsizdir». Ancaq ermənilərin əməlləri həm özlərinin, həm də Kremlin iç üzünü,niyyətini, mahiyyətini Azərbaycan SSR-nin əhalisini bir daha göstərdi.
2006-cı ilin mayında Tehranda çıxan «İran» adlı rəsmi dövlət qəzetində türklərin aşağılanmasına dair material Güney Azərbaycan türklərinin İslam Respublikasının pəhləvilərdən mənəvi,siyasi,sosial, ideoloji və s.açılardan heç nə ilə fərqlənmədiyini sübut etdi. Urmiya gölünün qurumasına hakimiyyətin laqeyd münasibəti, etiazçılara divan tutulması İrandakı mövcud hakimiyyətin Azərbaycana yönəli siyasətinin mahiyyətini bir daha təsdiqlədi.
Baş verənlərə əsasən belə ehtimal etmək olar ki, hakimiyyət çeşidli vədlərlə əhalini sakitləşdirməyə çalışacaq,həbs olunanları «casus» damğası ilə ittiham edəcək, «»çərə yoxdur, gərək Urmiyadan köçəniz» tezsini təbilğinə başlayacaq, gölün qurumuş ərazilərindən torpaq payı verəcək,öz laqeydliyini ört-basdır etmək üçün aksiyaçıların «xarici dövlətlərdən maliyyələşdiyi» barədə tutulanlardan televizyalarda «etiraf»lar alacaq və s.
Hakimiyyət çalışacaq ki, baş verən olayı öz gerçək yönündən çıxarsın, yəni ona siyasi don geyindirsin,məsələn, Urmiya gölünün qurumasına Tehranın laqeyd münasibətinə etiraz edənlər, «separatçıdır».
Odur ki, hakimiyyətin «yalanının hələ ayaq tutub yeriyəcəy»i istisna deyil. Ancaq baş verənlər dünya ictimaiyyətinə bir daha sübut etdi ki, İranda 30 milyondan çox bir millət var- Azərbaycan türkləri. Onların bütün insan haqları tapdanır, əraziləri isə ekoloji fəaləkt zonasıdır.
Sədrəddin Soltan
İranda məhbuslar yenidən aclıq aksiyasına başladılar
Tehranda çörəyin qiyməti 100% bahalaşıb
İranda İsrailə görə həbs edilənlərin sayı açıqlandı
İranda daha iki vəkilə ağır həbs cəzası verildi
Fransa İrana qarşı sanksiyaların ləğvini dəstəkləməyəcək
İranda 15 məhbus edam edildi
Təbrizdə girov götürmə hadisəsi baş verib
Sərt xətt tərəfdarları rejimyönlü küçə toplantıları ilə bağlı hökumət hesabatını tənqid edib
Qətərin əsas qaz mərkəzində partlayış baş verib, 54 nəfər yaralanıb, 18 nəfər itkin düşüb
ABŞ-İran danışıqlarında 60 gün ərzində yekun razılaşmanın əldə olunmasına dair yol xəritəsi razılaşdırılıb
ABŞ-ın keçmiş İran nümayəndəsi: İran razılaşmasının ən təhlükəli nöqtəsi Livandır
İranda silahlı hücum - Polis zabiti öldürülüb
Paris Tehran müxaliflərinin mitinqinə icazə vermədi
İsrail və Hizbullah arasında atəşkəs?
Avropa Birliyi İranı insan haqlarını pozduğuna görə tənqid etdi
Fransa razılaşmanın şərtlərindən məmnun qalmadığı halda Irana qarşı BMT sanksiyalarının ləğvinə razılıq verməyəcəyini bildirib
Qoşaçay Qeydiyyatı İdarəsi 7 aydın "Elman" adına doğum şəhadətnaməsi vermir
Memorandum imzalandı, mollalar yenidən qonşuları hədələdi
Tramp İranla müharibə qərarını müdafiə edib
"Reuters": İsveçrədə planlaşdırılan ABŞ-İran danışıqları ləğv olunub
“Urmiyə Aşıq Məktəbi Musiqisi Ensiklopediyası” kitabının təqdimatı keçirilib
İran məhkəmə sisteminin rəhbəri edamlarla bağlı işlərə sürətlə baxılmasını istəyib
Təbrizdə Əsli və Kərəm tarixi kompleksi bərpa ediləcək
Qərbi Azərbaycan əyalətində çörək bahalaşdı
The Jerusalem Post: İran rejimi niyə yox edilməlidir?!
Mollalar Azərbaycan Respublikası ilə sərhədlərin açılmamasından narahatdırlar
6 şəhərdə daha 8 məhbus edam edildi
İsrail İrana geniş zərbə planını ləğv edib — Times of Israel
Güney Azərbaycanlı vəkil Məcíd Pejumanın cəsədi aşkar edilib
İran ilə ABŞ arasında danışıqlar cümə günü davam edəcək
İsrail Hizbullah mövqelərinə zərbələr endirib
İranda silahlı qruplaşma üzvləri həbs edilib
Almaniya mümkün Hörmüz əməliyyatı üçün Qırmızı dənizə gəmilər göndərir
Kirman əyalətində polis şiddəti nəticəsində 7 bəluc qadın yaralanıb
Qoşaçay Qeydiyyatı İdarəsi 7 aydın "Elman" adına doğum şəhadətnaməsi vermir
Xorasan qəzeti İran nümayəndə heyətinə ABŞ rəsmiləri ilə şəkil çəkdirməməyi tövsiyə edib
Memorandum imzalandı, mollalar yenidən qonşuları hədələdi
Fransa razılaşmanın şərtlərindən məmnun qalmadığı halda Irana qarşı BMT sanksiyalarının ləğvinə razılıq verməyəcəyini bildirib