SON XƏBƏRLƏR

Tehran 50 kiloqramdan çox zənginləşdirilmiş uran istehsal etdiyini bildirib

2021.10.20, 07:36
Tehran 50 kiloqramdan çox zənginləşdirilmiş uran istehsal etdiyini bildirib

Gunaz.tv

GünAz TV: İran 20 faizlik konsentrasiyada (ğelzətdə) 50 kiloqramdan çox zənginləşdirilmiş uran istehsal edib.  

Gün.Az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın MAQATE-dəki (Beynəlxalq Enerji Ajansı) nümayəndəsi Əli-Əsgər Sultaniyyə məlumat yayıb. 

Nüvə silahsızlaşdırılması üzrə ikinci beynəlxalq konfrans çərçivəsindəki qeyri-rəsmi söhbətlərdə Sultaniyyə İrana zənginləşdirilmiş uran istehsalını 120 kiloqramadək artırmağın zəruri olduğu rəyini bildirib. Bu “tibbdə ehtiyac olan radioaktiv izotoplar istehsal etmək üçün Tehrandakı tədqiqat xarakterli (mahiyyətli) reaktorlar üçün” lazımdır.

2009-cu ildə İran öz ərazisində uranın zənginləşdirilməsi üzrə 10 zavod tikmək niyyətində olduğunu bəyan etmişdi.

ABŞ (Amerika Birləşmiş Ştatları) və bir sıra Qərb ölkələri İranı dinc atom proqramı altında nüvə silahı hazırlamaqda ittiham edir, rəsmi Tehran isə öz nüvə proqramının yalnız ölkənin enerjiyə olan tələbatının ödənilməsinə yönəldiyini bildirərək, bütün ittihamları rədd edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar