SON XƏBƏRLƏR

May hadisələrinin (xordad qiyamının) növbəti ildönümü Berlində anılacaq

2021.10.20, 07:36
May hadisələrinin (xordad qiyamının) növbəti ildönümü Berlində anılacaq

Gunaz.tv

GünAz TV: May (xordad) hadisələrinin növbəti il dönümü Almaniyanın Berlin şəhərində də anılacaq. Bu barədə yayılan Bildirini olduğu kimi təqdim edirik:

 

“Əziz həmvətənlər,

Xurdad qiyamı Güney Azərbaycanın müasir tarixində ən əlamətdar hadisələrdən biridir. 5 il bundan öncə Azərbaycan xalqı Tehranın rasist hakimiyyətinə öz gücünü və iradəsini nümayiş etdirdi. İranın pan-farsist- rasist rejimi bu qiyamdan sonra bir çox soydaşlarımızı vəhşicəsinə qətlə yetirmiş, minlərlə soydaşimızı yaxalayıb dəhşətli işgəncələrə məruz qoydu.

əziz həmvətənlər,

Sizi, Mai ayının 21/22-də Alamaniyanın Berlin şəhərində bu qiyamın 5-ci ildönümünə həsr olunmuş Anım tədbirində iştirak etməyə dəvət edirik. Bu tədbir heç bir qurum və təskilat tərəfindən təskil olunmur. Soydaşlarımzdan, eləcə də cəmiyyət və qurum üzvlərindən xahiş olunur ki, öz təskilat bayraqlarını gətirmədən bu tədbirə qatılsınlar.

P R O Q R A M

 

şənbə günü 21.05.2011 :

 

Saat 14.00- 15.00 Iran Səfirliyi qarşisında Mitinq

Ünvan: Podbielskiallee 65, 14195 Berlin

 

Saat 17.00 - 20.00 Seminar

 

Məruzəçilər: 1.Dr. Ziya Sədr

2.Saleh Kamrani

3.əhməd əlizadə

Ünvan: Katharinenstr. 9, 10711 Berlin (S-Bahn Halensee)

 

Saat 20.00 axşam yeməyi

 

Bazar günü 22. 05.2011:

 

Saat 11.00 -16.00 dəyirmi masa

Xurdad qiyamı ətrafında fikir mübadiləsi

Ünvan: Katharinenstr. 9, 10711 Berlin (S-Bahn Halensee)

 

Hörmətlə

 

Xurdad komitəsi- Almaniya”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar