SON XƏBƏRLƏR

İsrail, Amerika və İranın Ermənistan sevgisi tükənmir

2021.10.20, 07:36
İsrail, Amerika və İranın Ermənistan sevgisi tükənmir

Gunaz.tv

GünAz TV: Həftənin sonunda ermənilər yenə dünyaya saxta tarixi sırımaq üçün cəhd edib. Onlar bunu İranda da gerçəkəşdirməyə nail olub. Xəbərlərə görə,ölkə paytaxtının küçə və meydanlarında türk milləti və Türkiyəyə qarşı şüarlar yazılıb.

Budan başqa errmənilərin saxta tarixi ilə bağlı İranın «Şərq» adlı qəzetində araşdırmaya da yer verilib. Tehran hakimiyyəti bununla özünün zirək bilərək, həm türk, həm də erməni tərəfə tərəfsizliyini göstərməyə çalışıb. Amma heç kimə, eləcə də İranda hakimiyyətdə baş oturanlara da sirr deyil ki, ermənilər Güney Azərbaycanın bir sıra şəhərlərində türklərə qarşı soyqırım törədib. Bunu İranda rəsmi xəritlər də təsdiqləyib.

Bu baxımdan ermənilərin törətdiyi mart soyqırımını İranda çıxan,özünün islahatçı və s. sayan qəzetlər heç həmin günə münasibət belə bildirmir. Ancaq guya məsələyə elmi yanaşırlarmış kimi, adı çəkilən qəzetdə həm ermənilərin, həm türklərin mövqeylərini  işıqlandırmağa çalışıblar.

Tehran hakimiyyətin Türkiyə və Azərbaycana mövqeyi bu sayaq münasibətdən görünməkdədir. Belə yanaşma ilə İran rəhbərliyi hələ bu iki dövlətlə əməkdaşlığı genişləndrimək niyyətindədir.

Qəribə təzad yaranıb - İran ermənilərin türklərə qarşı düşmən münasibətinə, beynəlxalq ictimaiyyət isə İran-Ermənistan əlaqələrinə göz yumur.

Aprelin ortalarında Güney Azərbaycanın Xoy şəhəində İranla Türkiyə arasında yeni sərhəd keçid məntəqəsinin açılış oldu. Təntənəli açılışda iştirak, eləcə də çıxış edən İslam Respublikasının (Cümhuriyyətinin) xaici işlər naziri Ələkbər Salehi və onun türkiyəli həmkarı Əhməd Davudoğlu bunu ölkələr arasında yeni əlaqələrin inkişafı üçün təkan adlandırıblar.

Güney Azərbaycanın Urmiya şəhərində isə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun qatıldığı üç tərəfli (Azərbaycan, İran və Türkiyə) görüşün nəticəsi olaraq, «Urmiya bəyannəmsi»də qəbul olunub. Bu sənəd ilk baxışdan Azərbaycan, İran və  Türkiyə arasında münasibətlərin inkişafına xidmət edəcəyini vəd edir. Ancaq Türkiyə və Azərbaycana qarşı düşmənlik edənlə İran İslam Respublikasının bütün sahələr üzrə əlaqəsi üç tərəfli münasibətlərin gələcək inkişafının səmim olmayacağını indidən proqnozlaşdırmağa (öngərmək) imkan verir.

Çünki Azərbaycan torpaqlarını işğal etmiş, Türkiyəyə qarşı saxta tarix və ərazi iddiası çıxış edən Ermənistanı Tehran hakimiyyəti hərtərəfli dəstəkləyir. Bu baxımdan Türkiyənin xarici siyasətdə, qonuşlarla münasibətdə irəli sürdüyü «sıfır varaintı» özünü doğrultmur.

Aprelin 24-də Tiqran Hzmalyanın «Armin Veqner – soyqırım fotoqrafı» adlı filmi Tehranda nümayiş etdiriləcək. Bu haqda danışan filmin rejissoru deyib : «Mən çox sevinirəm ki, bu film məhz apredin 24-də göstəriləcək. Filmin təqdimatında yalnız İranda yaşayan etməni icması deyil, eləcə də İran İslam Məclisinin üzvləri iştirak edəcək. Filmin İran tele kanallarından birində göstəriləcəyi də istisna olunmur.Bu kino fars dili ilə yanaşı, alman, fransız dillərinə də tərcümə ediləcək».

Bu erməni rejissor 1992-94-cü illərdə Dağlıq Qarabağda Ruisya televiziyası «Vesti» proqramının müxbiri işləyib. 1994-96-cı illərdə Amerrikadakı erməni assambleyasında (məclisində) siyasi təhlilçi kimi çalışıb. 1996-97-ci illərdə BMT-nin Ermənistandakı ictimai informasiya idarəsinin direktor müavini vəzifəsində işləyib. Bunularla yanaşı o, «Sardarapat» adlı erməni ictimai hərəkatının üzvüdür. Qeyd edək ki, bu təkşilat İslam Respublikası ilə əməkdaşlığını gücləndirilməsi istiqamətində fəallıq göstərənlərdəndir.

Bundan başqa erməni rejissorlar Xarutyun Xaçatrayan və David Muradyanın «Sərhəd» və «Şairin geri dönüşü» filmləri də aprelin 24-28 tarixində nümayiş etdiriləcək. Xəbərlərə görə, bu filmlər «ermənilərin tarixindən» bəhs edir.

İslam Respublikası ilə Ermənistan arasında mədəni sahədə əlaqələr durmadan inkişaf etəmkədədir. 2011-ci ildə hər iki ölkənin paytaxtında mədəniyyət günlərinin keçirilməsi planlaşdırılır.

«Novosti-Armeniya»-nın məlumatına əsasən, bu tərdirin keçirilməsi ilə bağlı məsələ İslam Respublikasının mədəniyyət və islam irşadı naziri Məhəmməd Hüseyni ilə Ermənistanın İrandakı səfiri Qriqor Arakelyan arasında müzakirə edilib.

Rəsmilər ikitərəfli mədəni əlaqələrin dərinləşdirilməsi və gücləndirilməsinə dair məsələdən də danışıblar.

İslam irşad naziri qeyd edib ki, cari ilin oktyarbrında Ermənistanda İran «Mədəniyyəti günlərinin» keçiriləcəyini əlaqələrin genişlənməsi kimi dəyərləndirib.

 

Enerjidaşıyıcıları ilə bağlı məkdaşlıqda da Tehran-Yerevan münasibəti uğurla inkişaf etməkdədir.

 

İran qaz şirkətinin baş direktoru Cavad Ouci bildirib ki, ölkəsi Ermənistana nəql etdiyi «mavi yanacağın» həcmini 6 dəfə artıra bilər. 2004-cü ildə iki ölkə arasında imzalanmış uyğun müqaviləyə əsasən, 2010-cu ildə İran Ermənistana ildə bir milyard kub metr qaz ixrac edib. Hazırda islam Respublikası Ermənistana gündə bir milyondan artıq «mavi yanacaq» ötürür. Qeyd edək ki, bu müqavilə 20 illikdir.

 

Amma təəssüflər olsun ki, biri-birinə qarşı olan ABŞ (Amerika Birləşmiş Ştatları) və İslam Respublikası Ermənistanın «bəslənməsi» ilə məşğuldur.

 

Bu yaxınlarda ABŞ Dövlət Departamentinin mətbuat katibi Mark Tonerdən Ermənistanın İranla münasibətinə dair sual verilib. Ondan erməni prezident Serj Sarqsyanın Tehrana martın 27-28-də etdiyi  səfərə departamentin   münasibəti soruşulub. Sulla verilən zamanı mətbuat katibinə xatırladılıb ki, həmin səfərdə Ermənistanla İslam Respublikası arasında bir sıra sənəd imzalanıb, eləcə də enerji daşıyıcılarına haqda əməkdaşlığın genişləndirilməsi istiqamətində razılıq əldə edilib.

 

M.Toner isə deyib ki, soruşunlan məsələnin təfərrüatından xəbərsizdir və anlaşmalarla tanış olduqdan sonra suala cavab verə bilər.

 

Bununla belə o, İranla ticarət əlaqələrinə dair bunları söyləyib : «İranla ticarət əlaqələrinə dair bizim dəqiq siyasətimiz var. Biz dəfələrlə bəyan etmişik ki, Tehran atom-nüvə proqramı ilə bağlı suallara  aydınlıq gətirməyib, Anaq mən bu müqavilədən xəbərsizəm. Onu öyrənməyə və sualı cavablandırmağa cəhd göstərəcəyəm».

 

Xatırladaq ki, enerji sahəsində Tehranla Yerevan arasındakı əməkdaşlığın 450 milyon dollar olduğu bu dövlətlərin rəsmi mənbələri bəyan edib.

 

Yeri gəlmişkən. Bir müddət öncə ABŞ Belorusun «Belorusneft» adlı şirkətinə BMT-nin (Birləşmiş Millətlər Təşkilatının) bəlli yasaqlarını pozaraq,  İslam Respublikası enerji daşıyıcılarına dair müqavilə imzaladığına görə, sanksiya (təhrim) tətbiq edib.

 

Dövlət Departamentinin nümayəndəsi, Mark Toner bu məsələ ilə bağlı bildirib ki, bunun üçün təmsil etdiyi qurumun hər cür əsası var. Belə ki, «Belorusneft» 2007-ci ildə İranın neft şirkəti ilə 500 milyon dollarlıq sövdələşmə imzalayıb. «Həmin vaxt İranla neft sahəsində sanksiya həddi 20 milyon dollar müəyyən edilmişdi»-deyə amerikalı diplomat bildirib. 

 

Bu baxımdan İran –Ermənistan arasında bu sahədə əməkaşlıq 450 milyon dollar təşkil etdiyindən ermənilərin də uyğun qurumlarına yasaqlar tətbiq olunmalıdır. Əks halda ABŞ-ın bu iki dövlətə yanaşmasında qərəzin olduğu istisna edilmir.

 

Hələ ötən ilin payızında İslam Respublikasından Ermənistana maşınqayırma, inşaat və yeyinti sənayesini təmsil edən 108 şirkətin təmsilçisi Yerevanda keçirilən  İran İslam Respublikası – Ermənistan formunda iştirak edib. Onlar yerli müəssisələrdə görüşlər keçirib. Forumu iqtisadi-ticarət əlaqələrin genişləndirilməsi  məqsədi gerçəkləşdirilib. 

 

Ermənistan mənbələrinin bildirdiyinə görə,  iqtisadi tərəfkeşləri arasında İran 7-ci yerdədir. Yerevan rəsmiləri bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün Mane yoxdur.

 

Həmin tədbirin açılışında İranın «E.N.N. kompleksi»nin başçısı Seyid Babai  «Nədən Ermənistan?» sualına cavab verərkən demişdi : «Biz əminik ki, Ermənistanla İran arasında iqtisadi əlaqə istənilən səviyyədə deyil. Təəssüflər olsun ki, sahibkarlarımız bu ölkəyə 3 milyonluq, kiçik ölkə kimi baxır. Biz yaxın qonşuyuq, biri-birimizə təklif etməyə çoxlu nəsnələr var. Ermənistan ticarət əlaqəsi saxlamağımız üçün çox uyğun dövlətdir».

 

Bu yaxınlarda Avropa Birliyi dövlətlərinin zirvə toplantısında  atom-nüvə proqramı ilə bağlı  İran İslam Respublikasına qarşı yeni sanksiya qəbul edildi. Brityaniyanın baş naziri Devid Kemeron bildirmişdi ki, Tehran hakimiyyətinə qarşı basqıların güclənməsiində Avropa Birliyi fəal rol oynamalıdır. Onun sözlərinə görə, indiki şəraitdə İrana qarşı «sərt yasaqlar zərfinin tətbiqi daha vacibdir». 

 

Xatarladaq ki, həmin sanksiyada İslam Respublikasının neft-qaz sahəsinə sərmayə yatırımının dondurulması, bu sənayeyə texnologiya və avadanlığın satılması, eləcə də çeşidli sahələr üzrə xidmətin yasaqlanması nəzərdə tutulub. Bundan başqa hərbi məqsədlər üçün istifadə olunacaq məhsuların satışı da qadağan edilib.

 

Avropalılar İran İnqilab Keşikçiləri Qvardiyası (Sepah) rəhbərlərinə məxsus bank hesablarının dondurulması, eləcə də onlar viza verilməsinin məhdudlandırılması bu sanksiya layihəsində nəzərdə tutulub.Həmin sənəddə AB (Avropa Birliyi) dövlətlərinə İran bankları ilə əməliyyat aparmaq qadağan edilib.

 

İran hakimiyyətinə qarşı yeni sanksiyaların tətbiqi məsələsindən Ermənistan  daha çox rahatsız görünür. Bu ölkənin siyasiləri son günlər yasaqlara baxmayaraq, İslam Respublikası ilə əməkdaşlığı dayandırmayacaqlarını bəyan edir.

 

Ermənistandakı «Noravank» elmi-araşdırma mərkəzinin direktor müavini, iranşünas Sevak Saruxanyan deyib ki,İslam Respublikasının onlar üçün enerji daşıyıcılarına, tranzit yol kimi başlıca tərəfkeş olaraq, qalmaqdadır.

 

«Sanksiyaların tətbiqindən Erəmnistan-İran əməkdaşlığı sonuncuya münasibət baxımından zərər görməyəcək»-deyə, iranşünas söyləmişdi.

 

Yeri gəlmişkən xatırladaq ki, yeni sanksiya yalnız Tehran hakimiyyətinə qarşı deyil, onunla yasaqlanmış sahələr üzrə əməkdaşlıq edən ölkələrə tətbiq ediləcəyi də istisna edilmir. Bəhs etdiyimiz sənəd qəbul olunmazdan öncə, ABŞ –ın Yerevandakı səfiri Mari Yovanoviç İrana qarşı sanksiyanın Ermənistana da təsrisiz ötüşməyəcəyini söyləmişdi.

 

«ABŞ-ın İrana qarşı yasaqları Ermənistanın da maraqlarına toxunacaqmı» sualına cavabında səfir deyib :  «Sözü gedən sanksiyanı Amerika deyil, BMT tərəfindən qəbul edilir. Ermənistanda BMT-nin üzvüdür. Odru ki, qətnamə qəbul olunacağı halda Ermənistanda bu sənədə əməl etməlidir».

 

Yada salaq ki,  1995-ci il martın 15-də ABŞ-ın o vaxtkı prezidenti Bill Klinton Amerika şirkətlərinə Tehranla bütün maliyyə-iqtisadi əməliyyatların, o cümlədən İrandakı neft-qaz yataqlarında birgə işləməyi yasaqlayan sanksiya imzalamışdı.

 

Ötən ilin yayında BMT(Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamənin yasaqlarında isə bunlar da vurğulanıb:

 

-İran yük gəmilərinin liman və açıq dənizdə yeni qaydada yoxlanılmalıdır;

 

-Bu zaman həmin gəminin nüvə silahına aidiyyatı olan sursat daşımasından şübhələnilrəsə, saxlanılıb araşdırılmalıdır;

 

-İrana tank, zirehli döyüş maşınları, döyüş təyyarələri, hərbi gəmilər və başqa ağır silah satılması yasaqdır;

 

- Nüvə silahının yayılmasında istənilən şəkildə əli olan İran bankları filialların, törəmə şirkətlərin açılması qadağandır;

 

-Nüvə silahının yayılmasında əli olan istənilən anlaşma üzərində nəzarət gücləndirilsin;

 

- Xarici banklarda hesabı dondurulacaq İran İslam İnqilab Keşikçiləri Qvardiyası üzvlərinin siyahısını genişləndirilsin…;

 

Bunlarla yanaşı İranın neft-qaz sənayesində istifadə ediləcək, malların və avadanlığın İrana ixracına məhdudiyyət qoyulub.

 

BMT Təhlükəsizlik Şurasının İranla bağlı məlum qətnaməsinə əməl etməyən rəsmi Yerevana sanksiyanın tətbiq edilməməsi həmin sənədin bütün dövlətlər üçün məcburi xaraket daşımadığı ehtimalını irəli sürməyə əsas verir. Halbuki Ermənistan da atom-nüvə texnologiyasına aşağı-yuxarı malik dövlətlərdən sayılır.  Belə bir hal isə Tehran hakimiyyətinə atom-nüvə proqramını inkişaf etdirməyə yardım edilməsi qənaətinə gəlməyə əsas verir.

 

«MIGnews»-un məlumatına görə,  İsrail hökuməti də ötən həftənin sonunda İslam Respublikasına qarşı tətbiq edilmiş sanksiya rejiminə əməl edilməsini müşahidə etmək üçün özəl komissiya yaradıb. Yeni yaradılmış bu qurumun vəzifəsi üçüncü ölkənin yardımı ilə İranla ticarət əlaqəsi saxlayan dövlətlər və qurama şirkətlərin fəaliyyətini aşkarlamaqdır.

 

Məlumata əsasən, İsrail gələcəkdə də BMT Təhlükəsizlik Şurası, ABŞ, Avropa Birliyi, eləcə də ayrı –ayrı dövlətlər tərəfindən İrana qarşı tətbiq olunan bütün növ sanksiyaların icrasını izləyəcək.Əsas hədəf isə İslam Respublikası ilə neft, qaz hasilatı, nəqliyyat və beynəlxalq maliyyə əməkdaşlığı, ticarətidir.  

 

Beləliklə, ABŞ və İsrail beynəlxalq sanksiyaları poduğuna görə, Ermənistanın cəzalandırılmasına nail olacaqmı? Nədən İslam Respublikası rəhbərliyindən Azərbaycan torpaqlarını işğal etmiş bir dövlətə etdiyi yardıma üçün bunu dayandımaq tələb olunmur? Çünki Tehran hakimiyyəti bölgədə durumun uzun müddət bu sayaq qalmasında maraqlıdır. Axı, oradakı rejim ilər uzundur,  öz maraqları naminə Ermənistanı Azərbaycana qarşı «tarazlıq» adı altında dəstəkləyir.

 

Beləliklə, Vaşinqton, Təl-Əviv və Tehran sözləşibləşrmiş kimi Yerevanı hər tərəfli dəstəkləyir. Bunun adını isə təəssüf ki «erməni lobbisinin fəaliyyəti» təki türklərə təqdim edirlər. Halbuki beynəlxalq hüquqda «lobbiçilik fəaliyyətinin təsiri» adlı bir ifadə yoxdur.

 

Sədrəddin Soltan

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar