SON XƏBƏRLƏR

Tarixçi alim Kərəm Məmmədovun GünAz TV mətbuat mərkəzinə MÜSAHİBƏSİ...

2021.10.20, 07:36
Tarixçi alim Kərəm Məmmədovun GünAz TV mətbuat mərkəzinə MÜSAHİBƏSİ...

Gunaz.tv

GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Kərəm Məmmədovdur.

Qardaş Türkiyədə Osmanlı imperiyasını dövrünü əhatə edən “Möhtəşəm Yüzillik” filmi yayımlanır. Azərbaycanda da filmi diqqətlə izləyirlər. Onu qeyd edək ki, film efirə yayımlanandan sonra ölkə tarixçiləri, aydınları film haqqında birmənalı fikir bildirmədilər.  Filmdə kifayyət qədər ziddiyyətli məqamlar var. Xüsusilə, filmdə bizim diqqətimizi çəkən məqamlardan biri də, Osmanlı Sultanı Səfəvi padşahı Şah İsmayil Xətai haqqında aşağılayıcı sözləri işlətməsi və onu dövlət xadimi olaraq qəbul etməməsidir. Bu epizod (hadisə, məsələ) Azərbaycanda ciddi etirazla qarşılanıb və film haqqında xoşagəlməz fikirlərin yaranmasına səbəb olub. Bu və ya digər haqda suallarımızın cavabını almaq üçün Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Kərəm Məmmədov mətbuat mərkəzimizə verdiyi müsahibəsini təqdim edirik.

 

- Türkiyəli tarixçilərinin Səfəvi padşahı Şah İsmayil Xətai belə yanaşmalarının elmi əsası varmı? Siz, əsas səbəbi nə ilə bağlayırsınız?

 

- Həm Osmanlı, həm də Səfəvi dövlətləri təbii ki hansısa miras üzərində qurulmuş dövlətlərdir. Hər iki dövlətin sələfi səlcuqlardır. Əgər Səfəvilər dövləti paytaxtı İsfahan olan Böyük Səlcuq imperatorluğunun varisləri idilərsə, Osmanlılar Böyük Səlcuq sultanı Alparslana qarşı qiyam qaldırmış və donuz damında ölümə məhkum edilmiş, Süleyman Qutalmış tərəfindən qurulmuş Rum Səlcuq sultanlığının varisi idi. 44 nəfərindən analarının cəmi 2-nin Türk olduğu Osmanlı sultanları Səfəvilərə qarşı fitvalarında həmişə onları "Turanı dirçəltmək istəyən Əfrasiyab nəsli" olaraq suçlamışlar.

- Amma bir amili də yaddan çıxarmaq olmaz ki, Osmanlı dövləti ilə Səfəvi dövlətini müqayisə edərkən, ikinci daha çox türklüyə yaxın olub. Biz bunu Şah İsmayil Xətai ilə Sultan Səlim arasında olan diplomatik yazışmalarda da görürük. Yəni, Xətai məktubu türkcə yazırdı, Səlim isə farsca...

 

- Səlcuqlar dövründə saray dili fars dili olduğundan bu ənənə Azərbaycanda moğolların gəlişinə qədər davam etdi. Elxanilər dövründən başlayaraq Qacar xanəddanın hakimiyyətinin son illərinə qədər Azərbaycanda həm sarayda, həm də ölkə əhalisinin danışıq dili Türk dili olduğu halda, istər Rum səlcuq sultanlığında, istərsə də XX yüzilliyin I rübünə qədər yaşamış Osmanlı xanədanının dövlət dili ərəb-fars tərkibli "ali-Osman"iyyə olmuşdur.

 

- Ümumiyyətlə, Səfəvi-Osmanlı münasibətlərinin kökündə tarixçilərin dediyi kimi məzhəbarası ideoloji savaş dururdu, yoxsa burada başqa amillər var?

 

- Osmanlının Azərbaycan dövlətlərinə qarşı məzhəb savaşı aparması fikri kökündən yanlışdır. Əgər Səfəvilərlə apardıqları savaşa məzhəb donu geyindirirlərsə, onda Osmanlıların sünnü məzhəbli Bayandurlarla (Ağqoyunlular) və Misir məmlük sultanlığına qarşı apardıqları savaşlara necə haqq qazandırmaq olar?

- Bəs Səfəvi dövlətinin əsas ideoloji nüvəsi olan Qızılbaşlıq ideologiyası Osmançılıq ideologiyasına qarşı idimi? Bu gün Türkiyədə Şah İsmayil Xətai və Səfəvi dövlətinə obyektiv (tərəfsiz) yanaşan tarixçilər varmı?

 

-  Tarixi təftiş etmək fikrimiz olmasa da, Osmanlının tarixin sonrakı inkişafına etdiyi mənfi təsirlər göz qabağındadır:-  İndi Doğu Anadolu deyilən ərazilərin Türklərdən "təmizlənməsi"- Tarixi mənbələrdə "Dövlət ət Türkiyə" adlanan Misrin ərəb dövlətinə çevrilməsi- Türklərə məhəbbəti ilə "seçilən" Fransaya kapitulyasilar verməklə onun Avropanın ən güclü dövlətinə çevrilməsi dururdu.Türkiyə tarixşünaslığında bu məsələyə qismən də olsa obyektivliklə yanaşan tarixçi Faruk Sümərdir.

Söhbətləşdi: Elnur Eltürk

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar