SON XƏBƏRLƏR

Rusiya səhiyyəsində qalmaqal: azyaşlı qızı xəstəxanada zorladılar

2021.10.20, 07:36
Rusiya səhiyyəsində qalmaqal: azyaşlı qızı xəstəxanada zorladılar

Gunaz.tv

Rusiyanın Stavropol diyarının Budyonovsk rayonunda 9 yaşlı Yulya zorlanıb. Hadisənin təfərrüatlarını araşdıran NTV telekanalının müxbiri Yuri Uqryumov isə döyülüb.Hadisə Budyonovsk rayon mərkəzi xəstəxanasında baş verib. Zərərçəkən qızın qohumu Valentina NEWSru.com saytına məlumat verib ki, zorlama hadisəsi xəstəxananın Lor (burun, boğaz, qulaq) şöbəsində qeydə alınıb. Onun sözlərinə görə, 9 yaşlı Yulya həmin şöbədə badamcıq vəzilərinin iltihabından müalicə alırmış. Uşaq gecə oyanıb və tualetə gedib. Bu vaxt naməlum şəxs ona hücum edib və qızın sağlamlığına bərpa olunmayacaq xəsarətlər yetirib. Azyaşlı qız əməliyyat olunub və əlil qala biləcəyi istisna olunmur. Bundan başqa, o, ağır stress keçirib və kəkələməyə başlayıb.Qızın qohumu hesab edir ki, xəstəxana xoşagəlməz hadisəni ört-basır etməyə çalışır. O, yardım üçün KİV-ə müraciət edib. Zərərçəkən tərəfin harayına ilk səs verən NTV telekanalının əməkdaşı olub. Müxbir Yuri Uqryumov hadisənin təfərrüatlarını araşdırmaq üçün xəstəxanaya gedib. Jurnalist “İnterfaks”a açıqlamasında bildirib ki, qızı ilə birlikdə reanimasiya şöbəsində olan anası ilə görüşmək istəsə də, bu, baş tutmayıb: “Onu reanimasiya şöbəsindən buraxmadılar. Mən xəstəxananın görüntülərini çəkməyə başladım. 3-4 kadr çəkmişdim ki, bir kişi mənə yaxınlaşdı, kameranı əlimdən aldı və məni döyməyə başladı. Sonra xəstəxananın mühafizəçisi də gəldi və onlar birlikdə məni xəstəxananın ərazisindən zorla çıxardılar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar